Əsas Səhifə > Siyasət, Manşet > UNİBANK-ın Bərdə filialında özbaşınalıq

UNİBANK-ın Bərdə filialında özbaşınalıq


6-12-2016, 08:19
UNİBANK-ın Bərdə filialında özbaşınalıq
Bərdə şəhər sakini Əfsanə Əliyeva UNİBANKın Bərdə Filialına kredit üçün müraciət edəndə ağlının ucundan belə keçirməzdi ki, bank haçansa onu məhrumiyyətlərlə üz-üzə qoyacaq. Götürdüyü kreditə görə etdiyi ödənişlər dollar bahalaşmasının hesabına yaranan infilyasiyanın yeminə çevriləcək. Banka nə qədər ödəniş eləsə də manatla olan borcu azalmır ki, azalmır. Əksinə artır.

Miq.Az-ın məlumatına görə, Əfsanə xanım Əliyeva Bərdə şəhərindəki məktəblərdən birində müəllimə işləyir. Ailənin gəlirləri az olduğundan yurd -yuva qurmaq məqsədiylə həyat yoldaşına dayaq olsun deyə kredit götürüb. Bir ev tikib, yarı-yarımçıq qaralıyıb içinə yığılıblar. Lakin bu evdə - Allah sənə şükür-deyib, rahat yaşamaq çox da uzun çəkməyib. Dollar bahalaşıb.0.78 dollar kursuyla hesablanan krediti 1.05 manatla tələb ediblər. Gənc ailə gəlirlərinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəğmən bankla razılaşıb, ödənişlərini çətinliklə də olsa davam etdiriblər. Fikirləşiblər ki, tikdikləri evə xərclənən pulların arasında UNİBANK kreditindən də bir pay var. Ödəmək lazımdır. Əmanətə xəyanət etmək olmaz.
Ancaq nə vaxta qədər?

Ölkə iqtisadiyyatındakı ikinci dollar zəlzələsindən sonra eyni aqibəti yaşayan azərbaycanlı ailələrindən biri kimi bu ailədə şişən kredit aylığını ödəməkdə çətinliklə üzləşiblər. İkinci devalvasiyadan bəri hökumətin bu sahədə aparacağı siyasətdə kreditlərin taleyinə biganə olmayacağı, yaxşıya doğru addımların atılacağı, ən əsası vətədaşlara bu problemdən qurtulmaqda hökumətin əl uzadacağına ümidlər bəsləyib, çətin də olsa ödəmələri davam etdiriblər. Lakin sonda ümidlər doğrulmadığından və dolların gündən-günə rekordlarını təzələdikcə, yaşayış bahalaşdıqca bu kreditin sonuna yetişmək, ödəyib başa çatdırmaq əl çatmaz olub.
İki aydır ki, yüzlərlə borclu kimi Əfsanə Əliyevada UNİBANKA olan borcunu ödəyə bilmir. Əvəzində borclu xanımın özünün, həyat yoldaşının, atasının mobil telefonlarına Unibank əməkdaşları tərəfindən davamlı olaraq zənglər gəlir. Bildirirlər ki, gedin Bərdə filialına Sizə kömək edəcəklər. İstəyirsiniz manata çevirin. Banka gedəndə isə güzəştdən söhbət getmir. Manata çevirmək üçün günün məzənnəsiylə təklif edirlər. 1.77 manatla dollar kreditinin manata çevrirməyin mümkünlüyünü bildirirlər. Əslində bank işçiləri bilmirlər necə eləsinlər, hansı yalanı uydursunlar ki, təzə yaranan aylıq borclarını borclulardan ala bilsinlər.
Əfsanə xanım Əliyeva birinci istiyərdi ki, 1.05 manatla dollar kreditini manata çevirsinlər. Əgər bu mümkün deyilsə, banklar üçün qəbuledilməzdirsə 1.30 manatla heç olmasa borclularla banklar razılaşsınlar.
Əfsanə xanım Əliyeva bildirir ki, həyat yoldaşı M. Muradlının da mobil nömrəsinə belə zənglər gəlir. Zəng edən UNİBANK- dan yoldaşınızın iki aylıq 170 dollar ödənilməyən borcu var bildirib. M.Muradlı danışanın adını, soyadını soruşub. Danışan Unibankın baş ofisindən İlkin Mustafayevdir-deyib.Və keçib əsas mətləbə. Borcunuzu ödəməlisiniz. Və s. İlaxır.nə bilim nə. Məgər qanunda belə hal var?.Ödəyə bilmirəmsə məhkəməyə versinlər. Tərəflər arasında müqavilə öhdəliyinə uyğun məhkəmə qərar çıxarar.

Bankların bu sayaq zəngləri heç şübhəsiz vətəndaşlara psixoloji cəhətdən pis təsir edir. Bu səbəbdən də sirr deyil ki, kredit borcunu ödəyə bilməyənlər arasında intihara əl atanların sayı da az deyil.
Görünür dövlətin vətəndaşlarının intihara əl atmasının qarşılığında daha anlayışlı olmalı, bu kimi problemlərin həlli yolunda düşünməlı, qəti tədbirlərin görülməsini təmin etməlidir. Əks təqdirdə bu heç kimə xeyir gətirməyəcək. Nə dövlətə, nə onun qiymətli vətəndaşına, nə də banklara. İnanmaq istərdik ki, dövlət bir daha bu barədə düşünəcək.

Geri qayıt