Əsas Səhifə > Siyasət, Manşet > Aydın Əliyev vəzifədən alınır

Aydın Əliyev vəzifədən alınır


3-10-2016, 08:54
Aydın Əliyev vəzifədən alınır
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik yaxın günlərdə baş tutacaq. Bu barədə DİA.AZ-a xəbəri verən mənbə iddia edir ki, DGK sədri Aydın Əliyevlə yanaşı onun müavinlərindən ikisi də görəvdən alınır. Hələlik işlərini itirəcək müavinlərin kimliyi barədə dəqiq informasiya yoxdur.

Amma mənbə dia.az-a açıqlamasında iddia edir ki, yaxın günlərdə Aydın Əliyevin məsələsi rəsmən müəyyən olunacaq.

Qeyd edək ki, artıq ölkənin gömrük sistemində təmərküzləşmə siyasətinə start verilib. Bunun da nəticəsində YENİ RƏHBƏRLİYİN, yəni DGK rəhbərliyinin yenilənməsinin zərurətə çevrildiyi deyilir.

Geri qayıt