Əsas Səhifə > Siyasət, Manşet > KapitalBank: Gizli dollar möhtəkiri...

KapitalBank: Gizli dollar möhtəkiri...


15-09-2016, 08:47
KapitalBank: Gizli dollar möhtəkiri...
İki ard-arda baş verən devalvasiya ölkədə ciddi maliyyə böhranı yaratdı. Vətəndaşlar vaxtı ilə banklardan götürmüş kreditlərini verə bilmədi, banklar isə yeni kredit verilişini dayandırdı. Bir sözlə ötən illərdə dünyada yaşanan maliyyə böhranı bizləri də haqladı. Bu gün banklarla bağlı vəziyyət hər kəsə aydındır. Bəzən yaradılan süni əngəllər vətəndaş-bank münasibətlərində narazılıq yaradır. Belə banklardan biri də «Kapital bank»dır. Qeyd edək ki, gundelik-baku.com-a verilən məlumata görə, adıçəkilən bankla bağlı vəziyyət heç də ürəkaçan deyil. Əldə etdiyimiz məlumata görə, bu bankda dollar satışı ilə bağlı ciddi poblemlər mövcuddur. Əgər kimsə pul dəyişmək istəyirsə və bu zaman «Kapital bank»a müraciət edirsə, əliboş geri qayıdacaq. Bəhanə isə o göstərilir ki, bəs devalvasiyadır. Maraqlıdır ki, hər gün banklara Neft Fondu tərəfindən milyonlarla vəsait ödənilir. Amma buna baxmayaraq, «Kapital bank» bu pulları hansı məqsədlər üçünsə sərf edərək müştərilərini əliboş geri qaytarır. Bu məsələ ilə bağlı qısa araşdırma apararkən məlum oldu ki, «Kapital bank» dollarları cəm şəkildə satmağa üstünlük verir. Belə ki, gün ərzində adıçəkilən banka satılan dollarlar bank və filial rəhbəri tərəfindən özlərinə yaxın imkanlı adamlara satılır. Bu isə «Kapital bank»da süni şəkildə yaradılan əngəllərdəndir. Buna görə də, vətəndaşlar dollar almaqda çətinlik çəkirlər. P.S. Yaxın günlərdə bu filiallar və onların "bonuslu" müdirləri haqda yazılar dərc olunacaq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt