Əsas Səhifə > Siyasət, Manşet > Lerikdə şəhidə qarşı hörmətsizlik

Lerikdə şəhidə qarşı hörmətsizlik


26-08-2016, 10:50
Lerikdə şəhidə qarşı hörmətsizlik
"Lerik Rayon İcra hakimiyyətinin şəhidimizə qoyduğu hörmət. Şəkildə gördüyünüz bu abidə Lerik Rayon Küsəkaran kənd sakini şəhidimiz Baləmir Məmmədovun adına adını daşıdığı məkəbin həyətində qoyulan abidədir. Deməli təxminən 10 ildən yuxarı Küsəkaran kənd əsas məktəbinin keçmiş direktoru Əbülfət İsiyev tərəfindən öz şəxsi imkanları hesabına bu abidə kompleksi düzəldilmişdir. Hətta bu abidənin açılışında keçmiş icra başçısı Hacıyevdə iştirak etmişdir. Indi gördüyünüz kimi bu abidə bərbad vəziyyətə düşüb". Gundelik-baku.com yazır ki, bu barədə məlumatı Lerik rayonundan olan bir neçə nəfər sosial şəbəkələrdə paylaşıb. Yayılan informasiyada daha sonra qeyd edilir:

"Dəfələrlə Rayon İcra başçısı Rövşən Bağırov burda olub və bu vəziyyətlə özüdə tanış olub. Amma heç bir tədbir görməyib. Həm də Təhsil şöbəsinin müdiri seçilmiş Balaşirin Nəsirovda bu vəziyyəti görüb. Şəhidlər bizim qurur mənbəyimizdi və onlara edilən hər hansı hörmətsizlik xalqımıza qarşı edilmiş olur. Rayon rəhbərliyi də bu hörmətsizliyi edir. Həqiqətən bu cür yanaşma yolverilməzdir". Qeyd edək ki, bu informasiya sosial şəbəkələrdə ciddi qınaqla qarşılanıb. Ümid edirik ki, rayon icra hakimiyyəti tezliklə problemlə bağlı konkret addımlar atacaq.

Lerikdə şəhidə qarşı hörmətsizlik
Lerikdə şəhidə qarşı hörmətsizlik
Lerikdə şəhidə qarşı hörmətsizlik
Lerikdə şəhidə qarşı hörmətsizlik
Lerikdə şəhidə qarşı hörmətsizlik
Lerikdə şəhidə qarşı hörmətsizlik

Geri qayıt