Əsas Səhifə > Siyasət, Manşet > Eldar Həsənov dövlətin pullarını yaratdığı şübhəli fond vasitəsilə necə mənimsəyir

Eldar Həsənov dövlətin pullarını yaratdığı şübhəli fond vasitəsilə necə mənimsəyir


29-07-2016, 09:24
Eldar Həsənov dövlətin pullarını yaratdığı şübhəli fond vasitəsilə necə mənimsəyir
DİA.AZ: - Bu yaxınlarda mətbuatda keçmiş baş prokuror və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun bir çox dövləti cinayətləri, qanunsuzluqları və korrupsiya əməlləri ilə bağlı məlumatlar verilmişdi. Onu da qeyd edək ki, DİA.AZ-a "Antikorrupsiya Layihesi" imzası ilə keçmiş baş prokurora qarşı sərt ittihamların yer aldığı araşdırma materialı göndərilib. Həmin materialı təqdim edirik:

"Eldar Həsənovun pul mənimsəmə və digər qaranlıq, şübhəli məqsədlər üçün istifadə etdiyi qurumlardan biri “Qara Dəniz Xəzər Dənizi Beynəlxalq Fondu” adlı təşkilatdır. Bu fondun Rumıniyanın keçmiş prezidenti Trayan Basesku və Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığı iddia olunur. Saytında Rimıniyada, Belçikada, Serbiyada, Bolqarıstanda, Türkiyədə, Rumıniyada və Belarusda ofislərinin olduğu göstərilir. Lakin araşdırmalar nəticəsində müəyyənləşdirilmişdir ki, həmin ofislərin göstərildiyi ünvanlar saxtadır və bu ünvanlarda ümumiyyətlə “Qara Dəniz Xəzər Dənizi Beynəlxalq Fondu” adlı qurum mövcud deyil.

Belə ki, fondun Belçika ofisinin yerləşdiyi iddia edilən 1030 Brussels, Kingdom of Belgium 185, Blvd. Auguste Reyers ünvanı
( http://www.brussels.bscsif.org/contact.php ) satışda olan bir mənzil kimi üzə çıxır ( https://www.homelog.be/fr/trouver-un-bien/BE/1030/schaerbeek/appartement/a-vendre/boulevard-auguste-reyers/185/be-1030-15024640814148546 ) . Saytın özünün son məlumatı isə 2011-ci ilə aiddir.

Serbiya ofisi kimi göstərilən 26 Kralja Milana St, Belgrade ünvanında ( http://bscsif.rs/en/contacts/ ) isə paltar və idman malları satılan mağazaların, butikin və bir vəkil kontorunun yerləşdiyi göstərilir ( http://www.infograd.rs/addr/stari_grad_kralja_milana_26_beograd.html ). Bolqarıstan, Türkiyə və Rusiyadakı ünvanlar isə ümumiyyətlə mövcud deyil.

Saytların özündə isə son məlumatlar 2011-ci ilə aiddir. Yalnız Rumıniya ofisinin saytında görüntü üçün 2016-cı ildə fondun guya hansısa toplantısının keçirildiyi barədə məlumat yerləşdirilib".

Daha sonra dia.az-a daxil olan materialda qeyd olunur: "Rumıniya ofisinin saytında göstərilmiş ünvan isə başqa maraqlı mətləbləri ortaya çıxardır. Buxarestdə Nicolae Balcescu 32-34 kimi tanınan bu ünvan həm də Rumıniya-Azərbaycan Ticarət Palatasının yerləşdiyi yer kimi də qələmə verilib. Əsasən Balkanlarda və digər Şərqi Avropa ölkələrində korrupsiya araşdırmaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) məhz həmin palatanın Rumıniyada müxtəlif maliyyə maxinasiyaları və fırıldaqlar, çirkli pulların yuyulması məqsədilə Eldar Həsənov tərəfindən yaradıldığını ortaya çıxartmışdı (https://www.occrp.org/en/corruptistan/azerbaijan/2015/12/04/building-on-a-shaky-foundation.html). Indi isə məlum olur ki, keçmiş baş prokuror həmin qurumu pul silmək üçün yaratdığı fond üçün də çətir kimi istifadə edir. Bundan başqa E.Həsənovun Rumıniyada digərləri kimi yalnız kağız üzərində mövcud olan Azərbaycan-Rumıniya Gənclərinin dostluq cəmiyyəti və Rumıniya demək olar ki mövcud olmayan azərbaycanlılarının diaspora təşkilatı kimi saxta qurumlar yaradaraq onların da ofislərinin həmin ünvanda yerləşməsi kimi sənədləşdirmiş və bu adlar altında illərlə Azərbaycan dövlətindən vəsait alaraq mənimsəmişdir.

Başqa müəmmalı bilgilər bu fondun Rusiyadan olan Viktor Xmarin adlı nümayəndəsi ilə bağlıdır. Dünyaca məşhur Forbes jurnalının yazdığına görə özünü iş adamı kimi qələmə verən bu şəxs əvvəllər Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsi ilə əlaqəli şəxs kimi tanınsa da, sonralar hansısa şübhəli əməllərinə görə oradan uzaqlaşdırılıb. Jurnal Xmarinin yaxın dostluq münasibətlərində olduğu şəxslərdən biri kimi Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun da adını çəkir. Onun Qara dəniz-Xəzər dənizi fondu vasitəsilə hansısa biznes layihələri həyata keçirmək istədiyi barədə məlumatlar verilir ( http://www.forbes.ru/kompanii/infrastruktura/246369-bednyi-rodstvennik-pochemu-drug-putina-viktor-khmarin-ne-stal-milliar ). Maraqlı burasıdır ki, fondun nizamnaməsində onun qeyri-kommersiya məqsədilə yaradıldığı göstərilib. Daha sonra mətbuatda Andranik soyadlı erməni əsilli bir şəxsin də fondun rəhbərliyində təmsil olunması ilə bağlı mətbuatda iddialar yayılmışdı.

Daha bir ilginc iddia ondan ibarətdir ki, Eldar Həsənov vaxtilə Azərbaycanın Rumıniyada səfiri olduğu vaxtlarda katibə kimi işə götürdüyü Natali Popesku və Felisiya Skoarte adlı şəxslri fondun əməkdaşları vəzifələrinə qəbul edib. Bildirilir ki, Eldar Həsənov səfirliyin bütün gizli sənədlərini və möhürlərini saxlamaq üçün heç kimə, hətta səfirliyin diplomatlarına deyil, bu katibələrə verirmiş. Beləliklə Azərbaycanın dövlət sirləri və gizli sənədləri xarici şəxslərin ixtiyarında olub. Bundan əlavə mətbuatda E.Həsənovun Azərbaycanın yüksək vəzifəli rəsmilərindən konfidensial informasiya əldə etmək üçün məhz moldovan əsilli katibələrdən istifadə etməsi haqqında məlumatlar getmişdi ( http://www.haqqin.az/news/56739 ).

Əldə edilən dəqiqliyi şübhə doğurmayan başqa bir məlumatda təsisçiləri kimi başqa ölkələrin adı çəkilsə də, fondun fəaliyyəti üçün maliyyə vəsaitinin Eldar Həsənovun onun guya ölkəmizin mənafeləri üçün ciddi iş görəcəyi vədi ilə yalnız Azərbaycan hökumətindən aldığı bildirilir. Lakin belə məlum olur ki, fondun ofislərinin saxlanılması və ümumlikdə fəaliyyət göstərməsi üçün dövlət vəsaiti əslində Eldar Həsənov tərəfindən mənimsənilir, çünki qurumun bir neçə saytda göstərilən ofisləri əslində mövcud deyil. Kifayət qədər böyük məbləğdə olan bu büdcənin Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi vasitəsilə ayrıldığı deyilir. Burada konkret olaraq xarici işlər nazirinin müavinləri Xələf Xələfov, Nadir Hüseynov və nazirlər kabinetinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Ağadayı Ağayevin bu məsələ ilə əlaqəli olduqları iddia edilir. Beləliklə, Eldar Həsənov başda olmaqla Azərbaycanın digər yüksək rütbəli məmurlarının və reputasiyası ən azı şübhəli olan xaricilərin Azərbaycanın dövlət vəsaitinin oğurlanması sxemi içində olmalarına dair əsaslı şübhələr ortaya çıxır".

DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt