Əsas Səhifə > Siyasət, Manşet > Eldar Mahmudovun yaxın adamı icra başçısının müavini olacaq

Eldar Mahmudovun yaxın adamı icra başçısının müavini olacaq


23-05-2016, 09:11
Eldar Mahmudovun yaxın adamı icra başçısının müavini olacaq
Gözlənilmədən vəzifədən uzaqlaşdırılan, ciddi nəzarətə götürülən və hələ də harada olduğu bilinməyən eks Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın ətrafı yenidən vəzifə eşqinə düşüb.
Belə ki, E.Mahmudov qalmaqalında kifayət qədər ciddi məsələlərdə adı çəkilən şəxslərdən biri də Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyev idi. O zaman A.Hacıyevin adı Mahmudovla biznes və daha ciddi əlaqələrdə çəkilirdi.
Bu gün Bizimxeber.az-a isə daha ciddi məlumatlar daxil olub. Bildirilir ki, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyev yaxın vaxtlarda icra başçılarından birinə müavini təyin olunacaq: “Onun icra başçısı olması üçün əlimdən gələni etdim. İndi isə o da məni müavin olmam üçün çalışır” deyən A.Hacıyev günlərini sayır. A.Hacıyevin hansı rayon icra başçısına müavin təyin olunması artıq bəllidir. Sadəcə müəyyən məsələlərə görə, rayonun adını qeyd etmirik.
Ümumiyyətlə, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyev hazırkı vəzifəsindən uzaqlaşmaq niyyətindədir. Çünki, Birliydə ciddi problemlər mövcuddur. Təkçə vergi qalmaqalı A.Hacıyevi cox narahat edir… (???)
Yaxın günlərdə bu barədə daha ətraflı məlumat verəcəyik…

Geri qayıt