Əsas Səhifə > Siyasət, Manşet > Əbülfəs Qarayev kadrları hansı kriteriyalarla müəyyən edir?

Əbülfəs Qarayev kadrları hansı kriteriyalarla müəyyən edir?


5-05-2016, 08:52
Əbülfəs Qarayev kadrları hansı kriteriyalarla müəyyən edir?
Qlobal mədəniyyətin formalaşması, bu formalaşmanın bəzən xarici amillərin təsirinə məruz qalması qarşımızda yeni-yeni öhdəliklər qoyur. Tarixi abidələrimizin, qədim musiqi alətlərimizin Azərbaycana məxsus olduğunun qorunub saxlanmasında ilk əvvəl məsuliyyət Mədəniyyət və Turizm Nazirliyinin və onun yerli şöbələrinin üzərinə düşür. Bu paralellik qorunmayanda, əlavə problemlər çıxır ki, əziyyətini uzun illər çəkməli oluruq.

Nədən? Çünki bəzən işi iş bilənə tapşırmırıq. Təcrübəli, savadlı mədəniyyət işçiləri kənarda qalır, rayonlarda bu sahəyə aidiyyatı olmayan şəxslər rəhbərlikdə təmsil olunur. Hətta, elə rayonlar var ki, mədəniyyət və turizm şöbələrinə mühasib, zootexnik, hətta baytar ixtisaslı şəxslər rəhbərlik edib,edir. Belə şəxsləri isə təbii, mədəni abidələrin qorunması, bu barədə insanların maarifləndirilməsi deyil, pul qazanmaq maraqlandırır. Rayon mədəniyyət və turizm şöbələri alver predmetinə çevrilir.

Mədəniyyətlə bağlı gələcək isə bir çox rayon mədəniyyət şöbə müdirlərini narahat etmir. Onlar rayonlarda tarixi mədəniyyət abidələrinin qorunub saxlanması, restavrasiyası, bərpası ilə məşğul olmaq əvəzinə özləri üçün sərfəli şəkil alan başqa işlərlə məşğul olurlar. Elə mədəniyyət şöbə müdirləri də var idi ki, hətta nazirinin adındakı axrıncı hərfin “Z” yoxsa “S” olduğunu bilmirdi, nazirinə məktub ünvanlayarkən “cənab”, yoxsa “cənabları” ifadəsinin işlədilməsində yanlışlığa yol verir, başqalarını köməyə çağırırdı. Belə şəxslər mədəniyyətimizin inkişafında nə dərəcədə yaxından iştirak edə bilərlər ki?!

Amma onlar dövlət vəsaitinə xor baxmağı bacarırlar. Artıq ödəmə, təyinatdan yayındırma, nəzərdə tutulan yanacaq pulunun mənimsənilməsi, idarədə lazımsız ştatların saxlanmasında xüsusi rol oynayan belə “müdirlər” çox böyük maliyyə pozuntularına yol verirlər,onlar dövlət vəsaitinin mənimsənilməsində xüsusi istedada malikdirlər. Bir müddət əvvəl işdən çıxarılmış İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Süleyman Bəşirovun dövlət vəsaitini mənimsəməsinə dair faktı nazir özü belə etiraf etdi. Qəribədir, hörmətli nazir Əbülfəz Qarayev Süleyman Bəşirova “gözün üstə qaşın var” demədən sadəcə işdən çıxartdı.

Deməli, Mədəniyyət və Turizm Nazirliyinə tabe olan belə şöbə müdirləri varsa, onların rəhbərlik etdikləri rayonlarda yüksək mədəni xidmətin göstərilməsi, poeziya bayramlarının yüksək səviyyədə keçirilməsi, yaşı əsrlərlə ölçülən abidələrin bərpasına yanaşma tərzi istənilən səviyyədə ola bilməz.

Musiqi mədəniyyəti tarixindən xəbəri olmayan əksər rayon turizm və mədəniyyət şöbə müdirləri saz, kamança, qarmon, skripka, klarnet, zurna-kanon, nağara, fortopiano, balaban, gitara, tar və digər musiqi alətlərini tanımadan bu sahəyə rəhbərlik edib milyon manatlarla dövlət vəsaitini mənimsədilər.

İndinin özündə də mənimsəmə ugrunda mübarizə gedir.Yeni yaradılmış Regional Mədəniyyət və Turizm şobələrinə rəhbərlik etmək ugrunda “əziyyətə” qatlaşan Bərdə,Füzuli,Zəngilan,Gədəbəy ,İmişli,Tovuz və digər rayon mədəniyyət şöbəsi müdirləri böyük səylə çalışırlar ki,əvvəlki ”əməllərini”davam etdirmək üçün regional idarələrə rəhbərlik etsinlər.Bunun üçün nazir Əbülfəz Qarayev onlara “yaşıl işıq”yandırsın, onlar da təkrar milyonlarla manatı mənimsəsinlər.

Təəccüb və təəssüf doguran hal isə ondan ibarətdir ki, görəsən, Mədəniyyət və Turizm şöbəsinə müdir təsdiqinə gələn şəxslərdən soruşurlarmı ki, musiqi alətlərini tanıyırsınızmı, musiqi alətlərinin tarixinə dair hansısa fikir bildirə bilərsinizmi?! Ardı var..
Fuad İsgəndərov
Faktinfo.az

Geri qayıt