Əsas Səhifə > Siyasət, Manşet > Cəbhə xəttindəki gərginlik Gədəbəyin icra başçısını təlaşa salıbmış...

Cəbhə xəttindəki gərginlik Gədəbəyin icra başçısını təlaşa salıbmış...


6-04-2016, 09:43
Cəbhə xəttindəki gərginlik Gədəbəyin icra başçısını təlaşa salıbmış...
DİA.AZ: - Şanlı Ordumuzun 4 günlük hərbi əməliyyatları bərpa etməsi və ciddi nailiyyətlər qazanması bütün ölkəni ruhlandırdığı, coşquya gətirdiyi bir dönəmdə sən demə, bu durumdan tədirgin olanlar, daha dəqiqi, atəş səslərinin artmasından qorxuya düşüb təlaş keçirənlər də var imiş. Bu barədə DİA.AZ-a Gədəbəy sakinləri məlumat verib.

Onların bildirdiyinə görə, həmin gərginlik zamanı rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov rayonda bacardığı qədər az qalmağa üstünlük verib. Sakinlər dia.az-a maraqlı açıqlamalar da veriblər:

"İcra başçısının bütün yaxınları hətta cəbhə xəttindən uzaq ərazilərdən belə qaçaq düşmüşdülər. Sanki onların canları candır, bizimki yox. Gədəbəylilər hələ 1-ci Qarabağ savaşı zamanı qorxmayıb, indi də düşməndən çəkinmirik. Amma icra başçısının və yaxınlarının bu halı bizə çox gülməli gəldi".

Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt