Əsas Səhifə > Siyasət, Manşet > MTN-nin generalı Mövlam Şıxəliyev 2 milyon rüşvəti necə alıb

MTN-nin generalı Mövlam Şıxəliyev 2 milyon rüşvəti necə alıb


22-03-2016, 09:43
MTN-nin generalı Mövlam Şıxəliyev 2 milyon rüşvəti necə alıb
“Təzadlar”a daxil olan şikayət məktubu bir həftədən çoxdur əməkdaşlarımız tərəfindən araşdırılır, artıq müəyyən nəticələrə də gəlmişik. Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova ünvanlı şikayət ərizəsində hər kəsi şoka salacaq faktlar yer alıb… Şikayət məktubu Bakı şəhər sakinləri Xəqani Əzimov, Nizami Kazımov, Hüseyn Səfərov, Füzuli Əzimov, Hamil Rzayev, Vüqar Behbudov və başqaları tərəfindən yazılıb və məktubda tükürpədici faktlar sadalanır, MTN-nin Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin, həmin idarənin şöbə rəisi Vüsal Ələkbərovun “Texnikabank”ın işi ilə bağlı onları necə qorxudub hədələmə yolu ilə külli miqdarda pullarını rüşvət formasında aldıqlarını və s. yazıblar.
Məktubdan məlum olur ki, Mövlam Şıxəliyev “Texnikabank”ın Bakı filialına yatırdıqları əmanətlərinin şərinə düşüblər və MTN Generalı M.Şıxəliyev onları dolayısı ilə bu əmanətlərdən imtina etməkdən savayı, sonradan bu qədər pulu haradan aldıqlarını sorğu-sual etməklə onları həbslə hədələyib… Nəticədə kimi qorxusundan həmin əmanətdən imtina edib, kimisi generalın “çaldığı havaya oynamadığı üçün” həbs edilib, kimisi də külli miqdarda rüşvət verərək canını qurtarıb… 2 milyon dollar pulu Mövlam Şıxəliyev tərəfindən alınmış Hüseyn Səfərov kimi…

MTN-ni korrupsiya və hədə-qorxu aparatına çevirənlərin aqibəti…

Bəli, məlum olduğu kimi, 2015-ci ilin oktyabrın 17-də hamımızın dövləti təhlükəsizliyinin qarantı bildiyimiz, əslində isə Mahmudov, Çovdarov, Şıxəliyev... kimiləri tərəfindən dövlətimizə, vətəndaşlarımıza təhlükə mənbəyinə çevrilmiş Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi... Məlum olurdu ki, vaxtilə DİN-nin “OBXSS”inin rəisi olmuş Eldar Mahmudov bütün “obxss”lərini özü ilə MTN-nə doldurmuş, gözünə görünən hər şeyə elə bu prizmadan baxmalı olmuşdur... Nəticədə o vaxt MTN-in 7 generalı da daxil olmaqla, 30-a yaxın yüksək rütbəlisi həbs edildilər... Və Eldar Mahmudovun çiyninə general paqonu taxdığı zabit-“obxss”lərindən biri də Mövlam Şıxəliyev idi. Mövlam Şıxəliyev halbuki əvvəllər heç idarə rəisi də olmamışdı, əvvəlcə Bakının Qaradağ, sonra Səbayel rayonlarında adicə “obxss”olmuşdu.Birdən-birə general paqonu!!! Çox ağır bir yük idi,amma Şıxəliyevin nəinki çiyinləri,heç peşəkarlığı da buna tab gətirə bilməzdi... Elə belə də oldu...Təsəvvür edirsinizmi, dövlət başçısı əhalinin əmanətlərinin banklarda olması üçün vacib addımları atmağı tövsiyyə edir, bu işi stimullaşdırmaq üçün mühüm tapşırıqlar verir, insanlar Prezidentin çağırışına səs verir, pullarını banklara yatırır, amma Mövlam Şıxəliyev sonradan bu pulların Etibar Əliyevin bankında batırılması zamanı əmanətçilərin hüquqlarını qorumaq əvəzinə, onlardan “Bu pulu hardan almışdınız???” hədə-qorxusunu gəlməyə başlayır...
-Niyə MTN-nin Baş İstintaq İdarəsinin şöbə müdiri Vüsal Ələkbərov həbs edildiyi halda, onu rüşvət almağa məCbur edən,tapşırıq verən Mövlam Şıxəliyev isə azadlıqdadır?
-Bəs Mövlam Şıxəliyev sahibkar H.Səfərovun 2 milyon dollarını hansə hədələrlə almışdı?
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu

Geri qayıt