Əsas Səhifə > Siyasət, Manşet > Gəncə şəhər Kardioloji Xəstəxanasında dərman mafiyasına kim qulluq edir

Gəncə şəhər Kardioloji Xəstəxanasında dərman mafiyasına kim qulluq edir


2-03-2016, 08:30
Gəncə şəhər Kardioloji Xəstəxanasında dərman mafiyasına kim qulluq edir
DİA.AZ: - Gəncə şəhər Kardioloji Xəstəxanasının Reanimasiya şöbəsinin müdiri Edison Nəzirovun qeyri-qanuni əməllərindən zərər çəkən insanların redaksiyamıza şikayətləri daxil olmaqda davam edir. Xəstələrdən birinin DİA.AZ-a şikayətinə görə, O, infarkt diaqnozu ilə reanimasiya şöbəsinə daxil olunan atasının müalicəsi üçün Edison Nəzirova müraciət etdikdə ona adıçəkilən "Dobutamin" preparatını təcili olaraq almağı məsləhət görüb. Xəstəyə seçim imkanı verməyən Edison Nəzirov xəstəyə həmin preparatı Gəncədə yalnız Kardioloji Dispanserin yaxınlığında yerləşən 611 saylı aptekden almasını tapşırıb. Əks halda preparatın təsirsiz olacağını bildirib. Süni şəkildə baha satılan preparatın niyə məhz 611 saylı aptekdən alınmasının bu qədər israrla deyilməsi həmin aptekin Edison Nəzirovla əlbir olduğunu sübut edə bilən dəlil ola bilər.
Daha bir xəstənin dia.az-a şikayət məktubunda onun da Edison Nəzirovun dərman biznesinin qurbanına çevrildiyini oxumaq olar. Xəstənin yazdığına görə, Edison Nəzirov "Dobutamin" preparatını ona almağı tapşıraraq resept yerinə ona kiçik bir kağız parçasının üzərində preparatın adını yazaraq verib. Reseptsiz olaraq, qeyri-qanuni şəkildə kağız parçasında yazılan dərmanların satışından əldə edilən külli miqdarda qeyri-qanuni vəsaitlə varlanmaq istəyən Edison Nəzirov xəstə insanların faciəsi üzərində şəxsi xoşbəxtliyini qurmaq istəyib.


Geri qayıt