""NBC bank" rəhbərliyi əhalinin bu vəziyyətində pul qazanmaq istəyir" - İTTİHAM VAR
Tarix: 22-01-2016, 08:25 | Çap et
Manatın üzən məzənnəyə keçidindən sui-istifadə edən NBC bank əmanətçilərin dollarla olan depozitini qaytarmır.Bu haqda verilən məlumatda qeyd olunur. Manatın devalvasiyasından qabaq banka dollarla depozit qoyanlar pulunu geri ala bilmir. Bank rəhbərliyi əmanətçilərə depozitin yalnız manat ekvivalienti ilə qaytarıla biləcəyini açıqlayıb. Bu da əmanətçilər arasında ciddi narazılıq doğurub.
Onlardan birinin sözlərinə görə, 5 ay əvvəl dollarla qoyduğu depoziti eyni valyuta ilə ala bilmir: “Bizə deyilir ki, pul yoxdur. Dollarla depozit qoyularkən 3-4 faizlə müqavilə bağlanıb. İstənilən zaman da əmanətçi pulunu ala bilər. Əgər bir illik bankda qalırsa, faiz də götürürsən. Ancaq indi deyirlər ki, manatla qaytara bilərik. Mən dollarla depozit qoymuşamsa, niyə manatla almalıyam? Üstəlik, bank rəhbərliyi Mərkəzi Bankı ittiham edir.
Guya Mərkəzi Bank onlara dollar vermir. Halbuki reallıqdır ki, banklar əlaltından dollar satırlar. Sadəcə, NBC bank rəhbərliyi əhalinin bu vəziyyətində depozitdən pul qazanmaq istəyir”. Qeyd edək ki, NBC bank 1992-ci ilin dekabr ayının 17-də «Ruzi» Bank SKB olaraq yaradılıb. Hazırda NBC bankın təsisçisi «Nurgün Qrup» MMM-dir. Məlumata əsasən, Mərkəzi Bank devalvasiyadan sonra dolların satışı ilə bağlı apardığı montiorinqlər zamanı adıçəkilən bankın valyutadəyişmə məntəqələri ilə bağlı da ilginc faktlar aşkarlayıb. Hətta bankın bir neçə valyutadəyişmə məntəqəsinin qapadıldığı söylənilir. Azərbaycanda manatla kreditləşməni dayandıran ilk banklardan biri olan NBC bankın hesabatlarında hazırda müəmmalı məqamlar var.
Çünki faktiki olaraq «Nurgun Qrup» MMM-in təsisçisi olduğu şirkətlərdə vergi və maliyyə yoxlamaları ilə bağlı olaraq müəmmalar dolaşmaqdadır. Qeyd edək ki, «Nurgün Qrup» MMM-in sahibi iş adamı Nuru Əhmədovdur. (azerbaycaninfo.az) Biz də Qafqaznews.az saytı olaraq bu məsələni araşdırmaq üçün NBC Bank ilə əlaqə saxladıq. Telefonumuza cavab verən müştəri xidmətləri departamentinin şöbə müdiri Aynur İsmayılova suallarımıza cavab olaraq bildirdi ki, “Elə bir şey yoxdur, ola bilər, müraciət edilən tarixdə kassada həmin valyuta olmayıb və deyiblər ki, manatla verək. Razılaşsalar verilər, razılaşmasalar gözləyərlər. Vətəndaşların şikayəti varsa baş ofisə gəlsinlər müraciət etsinlər.
Onlara lazımi köməklik göstəriləcək. Vətəndaşın depoziti dollarladırsa, həmin kursla da ödəniləcək”, – deyə A.İsmayılova bildirdi. Biz bu məsələ ilə bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə əlaqə saxladıq. “Bankın ixtiyarı yoxdur elə bir şey eləməyə. Vətəndaş hansı valyuta ilə əmanət qoyubsa, indi də həmin valyutaya uyğun olaraq pulunu götürməlidir. Əgər verilmirsə, bu müqaviləyə ziddir və vətəndaş bankı məhkəməyə verə bilər”, – deyə Mirvari Qəhrəmanlı cavab verdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|