İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                     Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu .....                     Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” .....                     Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir? .....                     İran hakimiyyəti adamlarını qoruya bilmir .....                     “Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” .....                     Laçın və İrpen qardaşlaşmış şəhərlər olub .....                     Nazim Bəydəmirliyə hökm oxunub .....                     MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: .....                     Prezident bir qrup prokurorluq işçisini təltif edib .....                     “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... .....                 

Ölkə təhsilinə badalaq vuran intriqabazlar... - Nazirlik içində nazirlik...
Tarix: 3-03-2020, 09:21 | Çap et
Ölkə təhsilinə badalaq vuran intriqabazlar...
Son illər Azərbaycan təhsilinin inkişafı üçün atılan addımlar,görülən tədbirlər ayrıca bir tədqiqatın mövzusudur. İstər dövlət başçısı,istərsə də Birinci vitse-prezident tərəfindən göstərilən diqqət və qayğı aparılan siyasi xətdə xüsusi prioritet təşkil edib. Milyardlarla vəsait sərf olunub,yeni məktəb binaları tikilib, görülməsi mümkün olanından da artıq işlər görülüb. Düzdür, artıq təhsil sistemi 10 il əvvəlin “fond pulu” yığan imicindən uzaqlaşıb. Amma, heç də hər şeyin ideal səviyyədə olduğunu, gözləntilərin tam doğrulduğunu iddia etmək olmaz. Problemlər var,özü də kifayət qədərilə,yetərincə...

Misir Mərdanovdan sonra Təhsil nazirliyində aparılan kadr islahatları sistemin tamamilə yenilənməsinə hesablansa da məmur dəyişikliklərindən uzağa getmədi. İlk öncə qeyd edək ki, təhsil sisteminə tamamilə yabançı kadrların nazirliyə gətirilməsindən sonra millətin gələcəyi hesab olunan bir sahədə vergi müfəttişləri, iqtisasçılar, gömrük mütəxəssisləri əsas söz sahiblərinə çevrildilər. Müəllimə vergi ödəyicisi gözü ilə yanaşan bu “İSLAHATÇILAR” təhsil sistemində gestapo rejimi yaratmaqla qorxu,xof mühiti formalaşdırıb, qəfil yoxlamalarla məktəbləri səksəkə içərisində saxlayıb. Yəqin gələcəkdə təhsilimizin bu günlərini tədqiq edənlər dövrümüzü inzibati-amirlik mərhələsi kimi xarakterizə edəcəklər. Çünki,bu gün təhsildə formalaşdırılan mühit müəllimin qorxu içərisində saxlanılmasına,müti bir vergi ödəyicisinə çevrilməsinə xidmət edir.

Mikayıl Cabbarovun hələ də nəfəsi duyulan təhsil sistemində təcili və təxirəsalınmaz islahatların aparılması zəruridir. Diqqətli oxucularımız yəqin ki,xatırlayarlar. “Kimi təhsil naziri görmək istərdiniz?” sorğusu keçirmişdik və böyük üstünlüklə C.Bayramov bu sorğunun qalibi olmuşdu. Az sonra cənab Prezidentin əmrilə bu istək reallaşmışdı. Zaman göstərdi ki, bizim də alqışladığımız bu etimadı nazir və ətrafındakı komandası tam doğrulda bilmədi. Aparılan müşahidələr göstərilir ki, bu gün də təhsil nazirliyi kənardan idarə olunur. C.Bayramov sanki “MÜQƏVVA NAZİR” funksiyasını yerinə yetirir. Görünən odur ki, təhsil naziri kiminsə iradəsini həyata keçirir, başqalarının istəklərinin reallaşdırılmasına vasitəçilik edir. Təhsil sistemini çökdürmək üçün bundan yaxşı plan ola bilməz. C.Bayramov,müavini M.Vəliyeva nazirlikdə baş verən proseslərə tam nəzarət edə bilmirlər, təhsil nazirliyi müxtəlif maraqların toqquşduğu,müxtəlif qruplaşmaların mənafelərinin təmin olunduğu bir sistemə çevrilib. Naziliyin rəhbər strukturu hər biri müxtəlif qruplaşmanın maraqlarını təmin edir-bircə bədbəxt təhsilin maraqlarını təmin edən yoxdur. Məhşur nağılda olduğu kimi arabanı hərə öz tərəfinə çəkir-araba isə tərpənmir ki,tərpənmir!

Saytımıza daxil olan məlumatlara görə, nazirliyin üst təbəqəsində özünə yer edən belə insanlar əslində C.Bayramova formal olaraq tabedirlər. Aldığımız məlumata görə, onlar nəinki nazirə tabedirlər,əslində əmri və göstərişi kənardan alır,elə hesabatı da kənara verirlər. Belə kadrlardan biri də nazirliyin Daxili nəzarət şöbəsinin müdiri İlqar Mahmudovdur. Bu şəxsin bütün fəaliyyəti nazirliyin daxilində sabotaj yaratmaqdan,narazılıq formalaşdırmaqdan ibarətdir. Keçmiş SSRİ dövründəki NKVD funksiyasını oynayan bu qurum məktəb rəhbərlərinin, rayon təhsil şöbələrinin dəhşətli yuxusuna çevrilib. KQB-dən, NKVD-dən daha dəhşətli olan bu qurumu İlqar Muradov əsl pul kəsən maşına çevirib.

Az qala “nazirlik içində nazirlik” funksiyasını oynayan DNŞ müxtəlif vasitələrlə rayon təhsil şöbələrinə,məktəb direktorlarına təzyiqlər edir, əvəzində onlardan alınan yüklü miqdarda rüşvət müqabilində rahat buraxılırlar. Təbii ki,bu müvəqqəti rahatlıq növbəti narahatlığa qədər davam edir. İlqar Mahmudov rüşvəti və korrupsiyanı rəhbərlik etdiyi şöbənin iş prinsipinə çevirib.

“200 minlik kollec əməliyyatı” — Paytaxtda «DİREKTOR OVU»

Ümumiyyətlə onun təhsil sistemində çox unudulmaz bir keçmişi var. Daha çox “200 minlik kollec” əməliyyatı ilə yadda qalan İ.Mahmudov bütün fəaliyyəti dövründə rüşvətxorluğu özünün fəaliyyət prinsipinə çevirib. Zamanında kollec rəhbəri işlədiyi dövrdə iftixarla “200 min verib bu vəzifəyə gəlmişəm,pulumu çıxardıram” deyən Mahmudov ümumiyyətlə təhsil sistemini “pulçıxartma” vasitəsi hesab edir.

Bunun həqiqət olduğunu görmək üçün elə indiki fəaliyyətinə azacıq nəzər salmaq kifayətdir. Nazirliyin Daxili nəzarət şöbəsini daxili işlər nazirliyinə çevirən,özünü və komandasını isə polis statusunda görən İ.Mahmudov təhsil ictimaiyyətini qorxu içərisində saxlamaqla şəxsi ambisiyalarını təmin edir. Demək olar ki, bütün rayon təhsil şöbələri,məktəb direktorları aylığa otuzdurulublar. Narazılıq pik həddədir,sadəcə cürət edib səsini çıxardan yoxdur. Daxili nəzarət şöbəsi adı altında təhsil sistemində böyük rəzalət yaşanır.

İ.Mahmudov rəhbərlik etdiyi şöbəni direktorlara təzyiq etmək, onları vəzifədən çıxarmaq və ya vəzifədə saxlamaq üçün təzyiq vasitəsinə çevirib. Dünyanın indiki zamanında bu şöbə hələ də 37-ci il təfəkkürü ilə hərəkət edir, amma qorxunun, təzyiqin sonu Bayılda və ya Sibirdə bitmir. Bütün dəhşətlərin sonu İ.Mahmudovun müəyyən etdiyi qiymətlər cədvəlindən keçir.

BŞTİ-nin icraçı rəhbəri kimi desək R.Tağıyevin nəinki təhsil sisteminə bağlılığı,eləcə də idarəetmə qabiliyyəti sıfıra bərabərdir. O, daha yaxşı icraçıdır-verilən əmrləri reallaşdırmağı,yuxarıdan edilən telefonları cavablandırmağı əla bacarır. Zatən BBTİ hələ də “özü burda olmayıb ürəyi burda olanlar” tərəfindən yönəldilir. Nədənsə Elnur Əliyevin maliyyəçi barmağı hələ də BBTİ-nin cibindən çıxmır. Elə R.Tağıyev də bu barmağın cazibə dairəsindədir. Beləcə BBTİ Vergilər Nazirliyinin bir sektoru kimi fəaliyyət göstərməkdə davam edir! Belə bir şəxsin təhsil sahəsində hələ yüksək postda qalması birbaşa dövlət başçısının, Mehriban xanımın təhsilin inkişafı naminə gördüyü böyük işlərə zərbə vurmaqdan başqa bir şey deyildir.

Son dövrlər ölkədə aparılan kadr islahatları dövlət başçısının siyasi iradəsinin təzahürüdür. Etiraf edilməlidir ki, Mikayıl Cabbarov prezidentin ən uğurlu təyinatlarından biri kimi işlədiyi bütün vəzifələrdə ona göstərilən etimadı doğruldub. Elə təhsil naziri olduğu dönəmlərdə atdığı mütərəqqi addımlar indi də təqdir olunmaqdadır. Təəssüf ki, eyni sözləri onun təhsil sistemində qalan kadrları barədə demək mümkün deyil. Bu şəxslər bəlkə də yaxşı iqtisadçı, vergi müfəttişidirlər. Amma bu insanların təhsil sisteminə yaxından-uzaqdan heç bir aidiyyatı yoxdur.
M.Cabbarovun təhsilimizə ən böyük töhvəsi bu insanları tezliklə öz sahələrində görəvləndirmək olardı.

Bu gün paytaxtın prestijli məktəblərində “DİREKTOR OVU” aparılır. Müxtəlif təzyiq vasitələri ilə direktorlar vəzifədən azad olunur,əvəzində yeniləri görəvə gətirilir. Təbii ki, bu zaman səriştə,bilik və təcrübə heç də əsas rol oynamır. Elə 53 saylı məktəbdə baş tutan son belə əməliyyat da dediklərimizin sübutudur.

Yuxarıda qeyd etdiyimiz bütün bu biabırçılıqlar isə C.Bayramovun,müavini M.Vəliyevanın gözləri önündə baş verir. Proseslərə diqqət etdikdə belə qənaətə gəlmək olar ki, onlar ya proseslərə müdaxilə etmək imkanında deyillər, ya da etmək istəmirlər. Hər iki halda isə əsas zərbə təhsilimizə, onun gələcəyinə vurulur.

Təhsil sistemi pedaqoqların nəzarətinə keçməlidir

Dövlət başçısının, xüsusilə Mehriban xanımın təhsil sisteminə göstərdiyi böyük diqqət nəticəsində son illərdə böyük uğurlar əldə edilib. Çəkilən zəhmət artıq ilkin bəhrələrini verir. Belə bir məqamda ölkənin təhsil sisteminin inkişafına mane olan bu yersiz intriqalar,qeyri-peşəkar idarəetmə kimlərin maraqlarına xidmət edir? Təhsillə elə də ciddi bağlılığı olmayan şəxslərin ümidinə qalan Azərbaycan təhsilini acınacaqlı duruma salmaq bilavasitə dövlətin bu sahədə atdığı inqilabi addımlara badalaq vermək deyilmi? Cənab Prezidentin, Mehriban xanımın yüksək diqqət ayırdığı təhsil siyasəti adlarını çəkdiyimiz şəxslər tərəfindən yerlərdə sürünür, korrupsiyanın və rüşvətin qurbanına çevrilir. Ölkədə ciddi islahatların aparıldığı bir zamanda bu qədər arxayınlıqla hərəkət etmək, rüşvəti gündəlik iş prinsipinə çevirmək anlaşılan deyil. Adlarını çəkdiyimiz şəxslər sanki qəsdən ciddi narazılıq formalaşdırırlar.

Hesab edirik ki, təhsil sistemində ciddi struktur dəyişiklikləri aparılmalıdır. Bu sahədə rəhbərliyə təhsil sisteminə bağlı olan şəxslər gətirilməlidir. Təhsilin problemlərinə bələd olan,onların həlli yollarını bilən, intriqalardan, şəxsi maraqlardan uzaq olan peşəkar bir komanda bu problemləri həll edə bilər. Ölkə təhsilini hansısa kənar nazirliyin maraqları prizmasından idarə edən, inzibati-amirliyi,qorxunu,xofu islahat hesab edən adamların atdığı addımlar ilk növbədə dövlət siyasətinə zərbə vurur. Tezliklə bu şəxslər təhsil sistemindən uzaqlaşdırılmalı,öz sahələrində görəvləndirilməlidir. Təhsil sistemi pedaqoqların nəzarətinə keçməlidir-bütün hallarda müəllimlər dövlətin vergisini vaxtlı-vaxtında ödəyəcəklər!
Rubrika.Az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Bu gün, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Bu gün, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Bu gün, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Bu gün, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Bu gün, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Bu gün, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Bu gün, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Bu gün, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Bu gün, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Bu gün, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Bu gün, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Bu gün, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Bu gün, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Bu gün, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Bu gün, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Bu gün, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Bu gün, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Bu gün, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Bu gün, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Bu gün, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Bu gün, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Bu gün, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Bu gün, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Bu gün, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Bu gün, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Bu gün, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Bu gün, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Bu gün, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Bu gün, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Bu gün, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Bu gün, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Bu gün, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Bu gün, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Bu gün, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Bu gün, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10
İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02
Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56
İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09
"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02
Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59
Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45
Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru