"Narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı?" - Oğlunu itirən atanın FƏRYADI
Tarix: 20-02-2020, 09:31 | Çap et
Bir arı sancmasından 24-yaşlı oğlunu itirən Filman Həsənov iki ildən çoxdur prokurorluq və məhkəmə yollarındadır. Oğlunun ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edən ata həm günahkarların cəzalandırılmasını, həm də onu maraqlandıran suallara cavab almaq istəyir. Ancaq hələ heç birinə nail ola bilməyib.
DİA.AZ xəbər verir ki, mərhum Cavid İmanlını sağ çiynindən arı sancıb, həmin nahiyə şişib, ağrı verib. O, Sabunçudakı 3 saylı Kliniki Tibbi Mərkəzə gedib. Atasının dediyinə görə, Cavidi cərrahiyyə şöbəsinə yerləşdiriblər: «Həkim Tağı Əliyev şiş olan yerə iynə batırıb, çirkin olub-olmadığını yoxlayıb. Deyib ki, çirk yoxdur, bir gün sonra buraxacaqlar. Ertəsi gün anası onu çıxarmaq üçün xəstəxanaya gedəndə buraxmayıblar, deyiblər, təcili əməliyyat olunmalıdır. Anası etiraz edib. Həkim deyib ki, əməliyyat edilməsə, qanqren olacaq. Anası əməliyyat otağının qabağında Cavidin gətirilməsini gözləyib. Ancaq onu əməliyyat otağında yox, kifayət qədər xəstələr olan palatada gizli əməliyyat eləyiblər. Mənim oğlum həkim səhvinin qurbanı oldu...».
F.Həsənovun sözlərinə görə, sonradan biliblər ki, elə həmin gün oğlu vəfat edib. Ekspertiza rəy verib ki, Cavidin ölümünə çiynindəki irinli iltihab (absesləşmiş fleqmonası) və orqanizmin ümumi intoksikasiyası səbəb olub. Ekspertiza həmçinin, o nəticəyə gəlib ki, gəncin ölümündə həkim səhlənkarlığı yoxdur.
Ancaq oğlunu həkim səhvi üzündən (artıq dozada narkoz verilməsindən) itirdiyini iddia edən F.Həsənov prokurorluğa, ölkə rəhbərliyinə şikayətlər göndərməklə yanaşı, özü də müstəqil şəkildə araşdırma aparmaq qərarına gəlib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 7 suallıq sorğu göndərib. Suallar da belə olub: arı sancmasından 3 gün keçəndən sonra 24-25 yaşında cavan adam aneflatik şok keçirə bilərmi; narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı; arı sancmış adamda fleqmona (hüceyrə boşluqlarının məhdudlaşmayan yayılmış kəskin irinli iltihabı-red.) ola bilərmi və s.
F.Həsənov deyir ki, Həkimləri Təkmilləşdirmə İnstitutu onun suallarına cavab verməkdən imtina edib. Daha doğrusu, cavab məktubunda yazılıb ki, «burada qaldırılan bütün sualları Səhiyyə Nazirliyinin ekspert komissiyası cavablandırıb». Ona görə də F.Həsənov institutu məhkəməyə verib. Yasamal rayon Məhkəməsi onun iddiasını rədd edib. Bu qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib.
Ancaq Ali Məhkəmə fərqli qərar verib. Yazıb ki, Həkimləri Təkmilləşdirmə İnstitutu şikayətçinin məktubuna əsaslandırılmış cavab verməliydi: «Əgər suallar onun səlahiyyətinə aid deyilsə belə, aidiyyəti üzrə müraciət etməli olduğu subyekt göstərilməli idi. Lakin bütün sualların Səhiyyə Nazirliyinin ekspert komissiyası tərəfindən cavablandırıldığını əsas gətirib sualları cavablandırmayıb. İş materiallarından görünür ki, ekspert komissiyasının rəyində də Filman Həsənovun suallarına cavab yoxdur. Orada yalnız ölüm faktı ilə aparılmış müalicə arasında səbəbli əlaqənin olub-olmaması müəyyənləşdirilib».
İnstitutun nümayəndəsi və vəkili Rauf Abdullayev isə məhkəmədə deyib ki, məktubdakı suallardan bəziləri ümumi xarakter daşıyır, birmənalı cavabı yoxdur. Qalanları da konkret sahədə xüsusi elmi tədqiqatların aparılmasını tələb edir: «Bu tip sualların cavablandırılması üçün məhkəmə-tibbi ekspertizası var. Məsələ ilə əlaqədar araşdırmalar artıq aparılıb, Səhiyyə Nazirliyi məlumatları Filman Həsənova təqdim edib. Onun qoyduğu suallara Səhiyyə Nazirliyinin Ekspert Komissiyası və ya Məhkəmə Tibbi Ekspertizasının cavab vermək səlahiyyəti var. Bunu institutdan tələb edə bilməz».
Ali Məhkəmə aşağı instansiyaların qərarını ləğv edib, ötən il dekabrın 26-da bu işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Ancaq hələ ki, apellyasiya məhkəməsində baxılmayıb.
Bununla paralel ata oğlunun ölümünə görə həkimlərin məsuliyyətə cəlb edilməsi üçün də aylardır prokurorluq və məhkəmə arasındadır. Sabunçu rayon Prokurorluğu cinayət işi başlanmasını rədd edib. F.Həsənovun şikayətindən sonra məhkəmə də prokurorluğun qərarını ləğv edib, işin təkrar araşdırılmasına qərar verilib. Amma Sabunçu rayon Məhkəməsi yenə eyniməzmunlu qərar çıxarıb.
Ata yenə şikayət edib. Bu dəfə Bakı şəhər prokurorunun müavini Sabunçu rayon Prokurorluğunun qərarını ləğv edib. Bu iş Sabunçudan alınıb, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə verilib. Bu idarədə də cinayət işinin başlanması yenidən rədd edilib. F.Həsənov yenə məhkəməyə üz tutub. Dekabrda Səbail rayon Məhkəməsi Bakı şəhər Prokurorluğunun rədd qərarını ləğv edib. Bundan sonrasından isə hələ ki, xəbər yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|