Nazim İbrahimovun qardaşının həbsi tələb olunur - GƏLİŞMƏ
Tarix: 7-02-2020, 08:07 | Çap et
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, işadamı Sahib İbrahimovun həbsi tələb olunur.
O, 2018-ci ilin avqustunda həbs olunsa da, bir ay sonra ev dustaqlığına buraxılmışdı. Xeyli vaxtdır ki, məhkəməsi gedir.
O, qanunsuz sahibkarlıq, vergidən yayınma, dələduzluq kimi əməllərdə günahlandırılır. İddia olunur ki, adamları inşa etdirdiyi çoxmərtəbəli binalarda ev satmaq adı ilə aldadıb, pulları alsa da, mənzillə təmin etməyib. Xüsusi lisenziya olmadan bina tikdirib, oradakı mənzilləri sataraq, həm qanunsuz sahibkarlıq edib, həm də 1 milyon yarım manata qədər vergi ödəməkdən yayınıb.
Amma o, özünü təqsirli bilmir.
Fevralın 6-da prokuror Sahib Ibrahimova 6 il şərti cəza istəyib. Bu da ev almaq istəyərkən pulunu da itirmiş zərərçəkənlərdən bəzilərinin etirazına səbəb olub.
Zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xaqani İmanov deyir ki, prokurorun istədiyi cəza çox yüngüldür, zərərçəkmişlərə münasibətdə ədalətsizdir. Vəkil vurğulayıb ki, Sahib İbrahimov nə dövlətə vurulan ziyanı, nə də zərərçəkmişlərin pulunu ödəyib:
"Bu Azərbaycan məhkəmə tarixində ən "ədalətli" cəza tələbidir. Biz təbii ki, bununla razılaşmırıq. Əgər məhkəmə də bu cür hökm çıxarsa, yuxarı instansiya məhkəmələrinə şikayət edəcəyik".
Xaqani İmanov bildirib ki, Etibar Allahverdiyevə 162 min 400 dollar zərər vurulub.
Sahib İbrahimov mənzil almaq istəyərkən aldanan vətəndaşların bir qismini evlə təmin edib, bəzilərinə pulunu qaytarsa da, nə ev, nə də pulunu ala bilməyən zərərçəkənlər də var.
İttihamda göstərilir ki, Sahib İbrahimov mənzil tikintisi ilə məşğul olan “STS” şirkətinin 95 faiz, "Sahil-D Company” şirkətinin isə 25 faiz payçısı olub. İttihamda söhbət 52 nəfərə dəymiş 2 milyon manata yaxın ziyandan gedir.
İttihamda o da qeyd olunub ki, lisenziya almadan Nərimanov rayonu, Həsən Əliyev 50 ünvanında ikibloklu yaşayış binası tikilib. "Galaxy Palace" MMC-nin inşa etdiyi həmin binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışından 1 milyon 61 min manat gəlir əldə olunub. Amma gəlirdən vergi ödənilməyib.
Sahib İbrahimov bununla razılaşmır. O deyir ki, Həsən Əliyev küçəsindəki binada olan obyektlər satış üçün nəzərdə tutulmayıb.
Onlar sökülən binanın sakinlərinə verilib. Təqsirləndirilən işadamının sözlərinə görə, həmin sakinlərin prokurorluqda bu haqda verdikləri ifadələr də var:
"Səttar Bəhlulzadədəki bina dövlət əhəmiyyətli layihə üçün söküldü. Həmin sakinlər Həsən Əliyev küçəsində inşa edilən binaya köçürüldü. Köçürülmə də belə oldu ki, biz vətəndaşları çətin vəziyyətdə qoymaq istəmədik, obyekt verməyi təklif etdik. Onlar da razılaşdı. Sadəcə onlara təqdim etdiyimiz obyektlərə qoyduğumuz qiymətlər yüksək idi. Vergi işçiləri də həmin qiymətlərə görə vergi hesablayıb. Halbuki, mən həmin obyektləri satmamışam, qazanc əldə etməmişəm. İnşa etdiyim bina sökülüb, vətəndaşlar narazı qalmasın deyə, başqa ünvana köçürmüşəm. Amma binam söküldüyü halda pul almamışam. Bu da az deyilmiş kimi, milyon yarım da vergi ödəməliyəm? Pulumu nə vaxt alsam, ödəyərəm".
Keçmiş Karl Marks dairəsi ətrafında illər öncə xeyli bina söküldü. Onların arasında beşmərtəbələr, paytaxtın ilk 16-mərtəbəli binasıyla yanaşı, yeni inşa olunmuş iki çoxmərtəbəli bina da vardı. O zaman yayılan söz-söhbətə görə, yaxınlıqda prezident iqamətgahı inşa olunduğundan həmin çoxmərtəbəli binalar sökülürdü ki, kənardan iqamətgahın daxili görünməsin.
Amma sonradan həmin ərazidə kiçik şəhərcik salındı, orada çoxlu villalar tikildi. Xüsusi girişli həmin şəhərciyin adı da "Baku City Villas" oldu.
Sahib İbrahimovun digər qardaşlarından Tağı İbrahimov "Azad Azərbaycan" teleradio şirkətininin keçmiş prezidenti, İbrahim İbrahimov (Nehrəmli) isə "Avesta" şirkətinin rəhbəri, "Xəzər adaları" layihəsinin (Xəzər dənizinin sahilində süni adalarda salınmış yaşayış məntəqələri) müəllifidir.
Sahib İbrahimovun iş ofisi də qardaşına məxsus "Avesta" şirkətinin binasında olub. Zərərçəkmişlərin bir neçəsi onunla orada görüşdüklərini bildiriblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|