"Məgər, dövlətin “kupça”sı saxta olur?" - Vəkil Qarabağ qazisinə qarşı hoqqabazlıq edir...
Tarix: 6-12-2019, 09:22 | Çap et
Əfqanıstan və I Qarabağ müharibəsi veteranı, 3-cü qrup əlil Əbülfət Həşimov 12 il əvvəl aldığı mənzilini itirmək təhlükəsi ilə üzləşib. O, bu təhlükəni ona vətəndaşların hüquqlarını qorumalı olan vəkil Vaqif Əliyevin yaratdığını deyir. DİA.AZ-ın məlumatına görə, şikayətçi deyir ki, hər şey 1994-cü ildə sabiq prezident Heydər Əliyevin ona bağışladığı 1 otaqlı evi sataraq, 3 otaqlı mənzil almasından sonra başlayıb.
Əbülfət Həşimov deyib ki, 2007-ci ilin avqustunda Xanımqız Aslanovadan Sumqayıt şəhər, 10-cu mikrorayon, ev 55 ünvanında mənzil alıb. Bunun üçün ona 36 min 500 dollar ödəyib: “Mənzili alarkən mülk sənədi (“kupça”) olub, ancaq mən almazdan əvvəl MİS-dən evdə kimlərin qeydiyyatda olub-olmaması haqda da arayış aldım. Məlum oldu ki, mənzildə mənə evi satan Xanımqız Aslanova və həyat yoldaşı Qüdrət Aslanovdan başqa üçüncü şəxs qeydiyyatda deyil. Ev təmirsiz idi, qohumlarımın maddi köməyi ilə təmir etdirdim. Ancaq 1 ay sonra Sumqayıt Apelyasiya Məhkəməsindən problemli mənzil olması haqda məktub aldım. Qəribə vəziyyət idi, mülk sənədi, MİS-dən mənzildə 2 nəfərdən başqa qeydiyyatda olmadığı haqda arayış məndə olduğu halda hansı problem ola bilərdi? Məhkəmə araşdırması zamanı məlum oldu ki, mənzil Qalina Kazımovanın adına olub, ölümünə yaxın evi Xanımqız Aslanovaya satıb. Ancaq onun Ukraynada yaşayan oğlu Aydın Kazımov vəkil Vaqif Əliyev vasitəsilə iddia ərizəsi verib ki, guya mənzil onundur. Məhkəmədə Xanımqız Aslanova arxivdən sənəd təqdim etdi ki, evi adına keçirəndə mülk sənədi naməlum şəraitdə itdiyindən məhkəməyə müraciət edib və mənzilin ona məxsus olması barədə sənəd alıb. Eyni zamanda, məhkəmə Xanımqız Aslanovadan Qalina Kazımovanın övladlarının evi onun adına keçirmək üçün razılıq sənədi tələb edib. Nəticədə Qalina Kazımovanın Ukraynada yaşayan övladları Aydın Kazımov və Tamara Kazımova Bakıya gəlib notarius vasitəsilə onlara düşən ev payından imtina etdikləri haqda razılıq sənədinə imza atıblar. Və buna görə Xanımqız Aslanovadan hər biri 2 min dollar alıblar və həmin sənəd məhkəməyə təqdim olundu. Beləliklə, hakim Yusif Cavadovun sədrliyi ilə keçirilən prosesdə yerli məhkəmənin qərarını qüvvədə saxladı. Məhkəmədə o da məlum oldu ki, Xanımqız Aslanova Qalina Kazımovadan evi 5.500 dollara alıb. Bunu prosesdə qonşular da şahid qismində təsdiqlədilər”.
Əbülfəz Həşimov apelyasiya qərarının 3 ay tamam olmasına 3 gün qalanda Ali Məhkəmədən daha bir məktub alıb: “Məlum oldu ki, Vaqif Əliyev kassasiya şikayəti verib. Amma məktub mənə yox, Xanımqız Aslanovanın adına gəlmişdi. O, evdə qeydiyyatda olsa da, yaşamırdı. Məhkəmə prosesləri vaxtımızı aldığı üçün qeydiyyatdan çıxarda bilmədim, indi də qalır. Ali Məhkəmədə hakim Qəhrəman Allahverdiyin sədrliyi keçirilən prosesdə kassasiya şikayəti təmin edildi və iş yenidən apelyasiyaya göndərildi. Guya Sumqayıt məhkəmələrində işə qanuni baxılmayıb. Hələ bu görünən tərəfidir, prosesdə aşkarlandı ki, Qalina Kazımovanın övladlarının mənzil payından imtina etdikləri haqda notarius sənədi, “kupça” və onun özünün imzalı məktubu iş materiallarında yoxdur. Yəni bu sənədlər “itib”. Deməli, Vaqif Əliyev öz əlaqələri vasitəsilə Ali Məhkəmədən istədiyi qərarı ala bildi. İşə yenidən baxan şəhər məhkəməsində hakim Rasim İsgəndərov Xanımqız Aslanovanın əleyhinə qərar çıxartdı və iş yenidən Ali Məhkəməyə getdi, orda da əleyhimizə hökm çıxarıldı. Qətnamədə qeyd olunub ki, ev əvvəlki vəziyyətinə gətirilsin, yəni vəfat etmiş Qalina Kazımovanın adına rəsmiləşdirilsin. Absurda baxın, məhkəmə ölmüş adamın adına evin rəsmiləşdirilməsi barədə qərar çıxardır. Bir haşiyə çıxım, prosesdə artıq Aydın Kazımov yox, Vaqif Əliyev canfəşanlıq edirdi. Mən yalnız bundan sonra özüm prosesə müdaxilə etdim, çünki ortada 36 min dollardan çox pulumun itməsi təhlükəsi yaranmışdı. İşə yenidən Sumqayıt Şəhər Məhkəməsində hakim Şövkət Nəcəfova baxdı, mənzilə 55 min manat qiymət qoyuldu. Vəkil Vaqif Əliyev məbləğin çox olması haqda şikayət verdi. İş apelyasiyaya göndərildi, hakim Nazim Nəcəfovun sədrliyi ilə keçirilən iclasda qəbul edilən qətnamədə qeyd olundu ki, alıcı Əbülfət Həşimovun maraqlarına toxunmamaq şərtilə icra şöbəsi Aydın Kazımovdan 5500 dollar alıb Xanımqız Aslanovaya verməli, o da bunun üstünü düzəldib mənə 43 min manat ödəməlidir. Bugünkü gün Sumqayıtda 43 min manata 1 otaqlı ev də almaq mümkün deyil. Oktyabrın 4-də məhkəmədə Vaqif Əliyev 5500 dolları verirdi, çünki evi o almaq istəyir. Burda bir haşiyə çıxım: 3 il əvvəl məni Sumqayıt Şəhər Məhkəməsinin icra şöbəsinə çağırdılar, sədrin kabinetinə daxil olanda Vaqif Əliyevi də orda gördüm. Sədr dedi ki, camaatın evini niyə boşaltmırsınız, sual verdim ki, mənim mülk sənədim olduğu halda niyə boşaltmalıyam və evi boşaldıb kimə verəsiyəm? Aydın Kazımovun adını çəkəndə, bu adamın notariusda ev payından imtina etməsi haqqında sənədi təqdim etdim. Bunu görəndə, sədr susdu, Vaqif Əliyev isə qızardı. Çünki Vaqif Əlliyev elə bilirdi ki, həmin sənəddən bir ədəd olub, o da itib, halbuki, orjinalı məndəydi. Məhkəmədən çıxanda Vaqif Əliyev iki oğluya düşdülər üstümə ki, evi boşaltmalısan. Deyirdi ki, səndəki mülk sənədi saxtadır, məgər, dövlətin “kupça”sı saxta olur? Məndə mülk sənədi var və həmin evdə qeydiyyatdayam. MİS-dən arayışım var, əgər “kupça” saxtaydısa, niyə arayış verirdilər?! Mən Xanımqız Aslanovadan qanuni sənədlə ev almışam, notariusda təsdiqlənib və bank vasitəsilə pulu ödəmişəm.
Vaqif Əliyevin bir oğlu şəhər İqtisad Məhkəməsində hakim köməkçisi işləyir. Bəlkə bu sualımın yeri deyil, amma verməliyəm, bu adam hakim köməkçisi kimi nə qədər maaş alır ki, paytaxtdakı yeni tikilidən ev alıb? İddia edirəm ki, aldığı rüşvətlərin hesabına mənzil əldə edib”.
Əbülfət Həşimov bildirib ki, o, mənzilin yenidən qiymətləndirilməsi ilə bağlı iddia qaldırıb: “Çünki 2007-ci ildə mənzili 36 500 dollara almışam, həmin ildən sonra dollar dəfələrlə bahalaşıb və evi təmir etmişəm, xərcim çıxıb. Ona görə indeksasiya keçirilməli və yenidən qiymətləndirmə olmalıdır. Gətirib 80 min manat versinlər, evi boşaldıram. Mən Əfqanıstan və Qarabağ müharibələrində iştirak etmişəm, özüm də əliləm, indi bu vəziyyətdə bomj kimi küçədə qalmalıyam?! Qarşılaşdığım özbaşınalıqla bağlı dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm, amma məktublarımın onlara çatdığına şübhəylə yanaşıram, çünki hələ reaksiya yoxdur. Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Milli Məclisə, Dövlət Təhlükəsizlik Xidmətinə yazmışam. Elə Meydan TV vasitəsilə Vəkillər Kollegiyasının sədri Anar Bağırova müraciət edirəm, sizin qurumun üzvü Vaqif Əliyev Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı, əlil olan adamın mənzilini əlindən almaq istəyir və bunun üçün müxtəlif qanunsuz əməllərə əl atır, tədbir görün”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
|