Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                 

Eldar Mahmudovla bağlı İLGİNC FAKTLAR - Belə deyirlər...
Tarix: 27-10-2018, 09:25 | Çap et
Eldar Mahmudovla bağlı İLGİNC FAKTLAR
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq generallarının araşdırılmayan cinayətlərindən biri də Türkiyənin məşhur “Koçak Gold” şirkətinə qarşı olub. 2011-ci ilin noyabrında MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə üzvləri şirkətin nümayəndəsi Hamit Pehlivan Ahmeti Bakıda, “20 Yanvar” metro stansiyası yaxınlığında saxlayıblar.

Ondan ölkəyə gətirdiyi 40 kiloqram çəkidə olan qızıl-zinət əşyaları götürülüb. Sonradan 1 kiloqramı dövlət nəfinə müsadirə edilən qızılın 39 kiloqramının izi MTN-in binasında “itib”. Bu cinayətlə əlaqəli araşdırmalarımız olduqca ilginc məlumatları ortaya çıxarıb. Sual oluna bilər ki, ötən illər ərzində “Koçak Gold” niyə 39 kiloqram qızılının davasını aparmayıb. 2015-ci ildə MTN-dəki məlum “təmizləmə” əməliyyatndan sonra da “Koçak Gold” rəsmiləri susublar. Əldə etdiyimiz məlumatlara əsaslansaq, şirkətin Azərbaycana qaçaq yolla qızıl daşıması aydın olur.

Eldar Mahmudovun çetesinin “Koçak Gold”a qarşı əməliyyatından sonra da şirkət Azərbaycanda fəaliyyətini davam etdirib və bu gün də ölkəmizdə işləyirlər. 2011-ci ildə şirkətlə işləyənlər isə bu gün müflis durumdadırlar. Belə şəxslərdən Siyauş Fehruz oğludur. Ötən saylarımızda bu haqda yazmışıq. Musavat.com saytında - http://musavat.com/news/kocak-gold-la-islemis-is-adami-danisdi-bize-qarsi-cinayeti-arasdirin_565189.html linkində - həmin materialla tanış ola bilərsiniz.

Ümumilikdə iş üzrə 20-yə yazın zərərçəkən Azərbaycan vətəndaşı var. Onlardan biri də M.Hacıyev küçəsi ev 25, mənzil 21-də yaşayan Fizuli Bəxtiyar oğlu Məhərrəmovdur. O, 2010-2011-ci illərdə “Koçak Gold” şirkətindən qızıl əşyaları, qızıl məmulatlarını alıb. Özü İstanbula gedərək şirkətin baş ofisində Cavit adlı yaşlı şəxsdən bir neçə dəfə nağd şəkildə alış-veriş edib. Belə sövdələşmələrin birində Cavit ondan soruşub ki, Azərbaycanda qızılın gömrüyünə nə qədər pul alırlar. Cavab verib ki, hər qramına görə 1,5 dollar rüsum ödəyir. Sitat: “Cavit dedi ki, bizim şirkət Azərbaycana çoxlu qızıl satdığından rüsumumuz hər qramına görə 70 sent təşkil edir və qızılı bizdən aldıqda nümayəndəmiz sizə Bakı şəhərində təhvil verəcək. Mənə qızıl məmulatlarının kataloqunu verərək bildirdi ki, artıq məsrəf çəkməyə ehtiyac yoxdur. Kataloq üzrə sifarişi verə bilərsən, həmçinin qızıl üzrə ödəniləcək məbləği də həmin şəxslərə ödəyə bilərsən. Həmin qaydada ”Koçak Gold" şirkəti ilə bir neçə dəfə nağd şəkildə işləyib etibar qazandım. Yəni sifarişi verirdim, qızılımı da Bakı şəhərinin Biləcəri qəsəbəsində alırdım. 2011-ci ilin noyabrında sonuncu alış-veriş üzrə aramızda kataloq üzrə 48 min dollar məbləğində qızıl məmulatları sifariş etmişdim. Həmin pulun 25 min dollarını Biləcəri qəsəbəsində “Koçak Gold”un nümayəndəsinə verdim. Sifarişimin 1 həftə ərzində mənə təhvil veriləcəyini Cavit abi bildirdi. Təəssüflər olsun ki, vermiş olduğum sifariş mənə verilmədi. Cavit və Mustafa telefonumu bir müddət qaldırmadılar. Sonradan mənə başqa nömrədən zəng edərək bildirdilər ki, Azərbaycanda malları tutulub, bir az gözləmək lazımdır, danışıqlar gedir, malı qaytaranda mənim malımı verəcəklər".
Onun sözlərinə görə qızılın daşınması və gömrüyü ona aid olmadığından təxminən 1 ay bir ay gözləyib: “Koçak Gold”dan xəbər çıxmadı. Ona görə də Cavitdən vermiş olduğum 25 min dolları geri istədim. Cavitdən pulumu istədikdə mənimlə mübahisə etdi. Dedi kı, sənin mənə 23 min borcun var. Mən ona bildirdim kı, hərəkətlərindən şikayət edəcəm, cavabı belə oldu ki, get kimə nə istəyirsən de, elə eləmə ki, Bakıda başına min oyun gəlsin. Qalıq pulu ödə. 1 il onlardan halal pulumu istəyirdim, onlar da məndən görmədiyim malın pulunu istəyirdilər. 2012-ci ilin sonunda Natiq adlı şəxs mənimlə əlaqə saxlayaraq görüşdü, dedi ki, “Koçak Gold”un nümayəndəsidir, şirkətə borcun var, borcu ödə. Ödəniş etməsən başına böyük problemlər gələcək, şirkət böyük şirkətdir, əlləri uzundur və mən pulu bir də istəsəm MTN məni aparacaq. Başıma gələnləri, dərdimi Natiqə danışdıqdan sonra o şirkət rəhbərliyi ilə danışıqlar apardı. Lakin sonucda mənim 25 min dollarım batdı".

Şikayətçi deyir ki, hazırda Natiq adlı nümayəndə ilə “Koçak Gold”un məhkəmə mübahisəsi var: “Koçak Gold” şirkəti ilə nümayəndəsi olmuş Natiqin arasında məhkəmə mübahisələri var. Məhkəmənin vaxtını öyrəndim, gedib orada mənə dəyən ziyanı tələb edim. Mənə “Koçak Gold”un vurduğu 25 min dollar ziyanın ödənilməsini tələb elədim".

Şikayətçi deyir ki, onun kimi iş üzrə zərərçəkənlər çoxdur. Lakin hələ də bir çox iş adamları “MTN xofu”nun altında “Koçak Gold”a qarşı addım atmaqdan çəkinirlər. Fizuli Məhərrəmov da, iş üzrə digər zərərçəkən Siyavuş Fehruz oğlu da baş prokuror Zakir Qaralovdan Eldar Mahmudovun dövründə MTN-də baş verən qanunsuzluqlar, “Koçak Gold”un vəzifəli şəxslərinin qaçaqmalçılıq və ona qarşı qanunsuzluqlarının araşdırılmasını xahiş ediblər.

“Koçak Gold”un nümayəndəsi Hamit Pehlivan Ahmetin həbsi və 20-yə yaxın Azərbaycanlı iş adamının müflis duruma salınması ilə nəticələnən əməliyyatı isə 2011-ci ilin noyabrında MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə gerçəkləşdirib. Şirkət nümayəndəsində ölkəyə qaçaq yolla gətirilən 40 kiloqram çəkidə olan qızıl-zinət əşyaları götürülüb. Ona qarşı MTN-in İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206-cı(qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Pehlivan Hamitdən onun qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirməsini təsdiqləyən ifadə alınıb. Sonradan isə “mahmudovçu”ların klassik pul qoparma sxemi işə düşüb. Qızıllar da gedib, üstəlik Azərbaycanda qızıl biznesi ilə məşğul olan Siyavuş Fehruz oğlu, Fizuli Məhərrəmov kimi iş adamları da müflis duruma salınıblar. Böyük bir cinayəti isə araşdıran olmayıb. Zərərçəkənlər bu gün də bu qalmaqallı cinayətin araşdırılmasını tələb edirlər.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru