Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                 

Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ - GİLEY
Tarix: 23-10-2018, 09:23 | Çap et
Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ
Bu ildən etibarən bir neçə rayonun orta məktəblərində siniflərin komplektləşdirilməsinə start verilib. Şagird sayı yetərli olmayan siniflərin birləşdirilməsini nəzərdə tutan komplektləşdirmə Tovuz rayonunda da həyata keçirilib. Təhsil Nazirliyinin təlimatına uyğun olaraq Hümbət Vəliyev adına Əlibəyli kənd tam orta məktəbinin şagird sayı az olan I və III sinifləri birləşdirilərək bir sinif yaradılıb. Bu isə düşmənlə təmas xəttinə yaxın yerləşən Əlibəyli kənd sakinlərinin narazılığına səbəb olub.

Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ
Düşmən səngərinin bir addımlığında yerləşən Əlibəylidə orta məktəbi


Valideynlər Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətdə komplektləşdirilmə nəticəsində övladlarının tədrisdən geri qaldığını, dərs mənimsəmənin aşağı səviyyədə olduğunu bildiriblər. Onlar komplektləşdirmənin düşmən səngərinin bir addımlığında yerləşən Əlibəylidə orta məktəbin bağlanmasıyla nəticələnəcəyini düşünürlər. Çünki artıq bir neçə valideyn övladını sözügedən məktəbdən çıxararaq, qonşu kənd, yaxud rayon mərkəzinə göndərib.

Kənd sakinlərinin qənaətinə görə, düşmənə sipər olan Əlibəylidə bir sinfin bağlanması bir kəndin boşaldılması deməkdir.

Valideyn Elxan Ələsgərov müxtəlif yaş, dünya görüşü və bilik səviyyəsinə malik şagirdlərə bir sinifdə dərs keçirilməsini uşaqların gələcəyinin məhv edilməsi kimi dəyərləndirir: "Bu il birinci sinfə gələn uşaqlar heç bağçaya getməyiblər. Hərəsi bir ailədən gəlib, dərsdə özlərini aparmağı, partada oturmağı belə, bilmirlər. Eyniyaşlı paralel siniflərin birləşdirilməsi başa düşüləndi, amma belə fərqli yaşda şagirdlərin bir yerdə təhsil alması uşaqlarımızın gələcəyinin məhvinə aparacaq" — deyə kənd sakini problemi izah edir.

Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ
Əlibəylidə orta məktəbində dərs prosesi


Digər valideyn Minayə Həsənova da bu cür təhsildən razı qalmadıqlarını və övladlarını çıxarıb rayon mərkəzində məktəblərdən birinə göndərmək fikrində olduqlarını bildirib: "Müəllimə deyirlər ki, hər sinfə 22 dəqiqə vaxt ayırsın. Bu uşaq 22 dəqiqəyə nə öyrənməlidir? Müəllim dərs keçsin, tapşırığı soruşsun, yazı yazdırsın, hansına çatdırsın? 1-cilərlə məşğul olanda 3-cülər mane olur, 3-cülərlə məşğul olanda 1-cilər. Bu uşaqların valideynləri döyüşlərin ən qızğın vaxtında belə, məktəbə həvəslə gedirdilər, amma indi dinc vaxtda uşağı məktəbə göndərə bilmirik".

Sədaqət Məmmədova isə Əlibəyli kimi düşmən mövqeyində yerləşən bir kəndin sakinlərinə güzəştlər edilməsi əvəzinə, kəndə problemlər yaradıldığını bildirib: "Müharibənin ən qızğın vaxtında belə, bu məktəb dayanmayıb, camaat evlərini tərk etməyib. İş-güc olmadığından, əkin sahələrinin erməni postlarının nəzarətində olduğundan gənc ailələrin çoxu dolanışıq dərdindən çıxıblar kənddən. O səbəbdən ibtidai siniflərə gələn uşaqların sayı da azalıb".

"Kənddə qalanlar belə şeylərə görə məcbur olub tərk edəcək kəndi. Uşaqlara yaxşı təhsil verə bilmək üçün məcburuq ki, aparıb başqa yerlərdə oxudaq" — deyən S.Məmmədova Əlibəylidən çox savadlı adamlar çıxdığını, bu uşaqlarınsa belə təhsillə onların davamçısı ola bilməyəcəyini söyləyib.

Sakinlər onu da qeyd ediblər ki, məsələylə bağlı yerli orqanlara müraciət ediblər. Lakin onlara yerli aidiyyatı qurumların bu işdə heç bir səlahiyyəti olmadığı, qərarın Təhsil Nazirliyi tərəfindən verildiyi bildirilib. O da deyilib ki, vəziyyətdən narazı valideynlər övladlarını istədikləri məktəbdə oxutmaqda sərbəstdirlər.

Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ
Bir neçə dəfə mərmi düşdüyündən qəzalı vəziyyətdə olan məktəbdə dərslər öz qaydasında davam edir


Üç tərəfdən düşmən postlarının nəzarətində olduğundan istinad divarlarının əhatəsində yerləşən, bir neçə dəfə mərmi düşdüyündən qəzalı vəziyyətdə olan məktəbdə isə dərslər öz qaydasında davam edir. Birləşdirilmiş sinfin müəllimi Gülçöhrə Tağıyeva ildən-ilə məktəbdə şagirdlərin azaldığından gileylənib.

O bildirib ki, bu cür şərait məktəbin gələcəkdə şagirdsizləşməsinə səbəb olacaq: "40 ildir bu məktəbdə sinif müəllimi işləyirəm. İlk sinfimdə 33 şagirdə dərs keçmişəm. Amma bu gün 6 nəfər 3-cü, 8 nəfər isə 1-ci sinfə gəlir. 1-cilərdən birini valideyn artıq çıxarıb başqa məktəbə aparıb. Bu vəziyyət müəllim üçün də çətindir. Hazırda 1-cilərə əlifba keçirəm, 3-cülərsə vurma cədvəli öyrənməlidir. Məndə bu kəndin sakini kimi, bir müəllim kimi cəbhə bölgəsində mövcud problemləri nəzərə alıb, cəbhə kəndlərinə müəyyən güzəştlər olunmasını istərdim".

Məktəb haqda məlumat verən direktor Rasim Əliyev məktəbdə 27 müəllim işlədiyini, 108 şagirdin təhsil aldığını bildirib. Qeyd edib ki, siniflərin komplektləşdirilməsinə Təhsil Nazirliyinin təlimatı ilə bu ildən başlanılıb: "Komplektləşdirilmiş siniflərlərin yaradılması sovetlər dövrünün praktikasında da mövcud olub. Müstəqilliyimiz dövründə də bu barədə qərarlar qəbul olunub. Yəni burda qeyri-qanuni bir şey yoxdur. Sadəcə valideynlər və müəllimlər sərhəd bölgəsində yerləşən bu məktəbin gələcəyi üçün güzəştlər edilməsini istəyirlər".

Məktəb direktoru rəhbəri olduğu məktəbdə siniflərin birləşdirilməsinin tədrisə təsir etməməsi üçün əllərindən gələni etdiklərini vurğulayıb. Dərslərin nəzarətə götürüldüyünü, dinləmələr aparıldığını, keyfiyyətinin düşməməsinə çalışdıqlarını bildirib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan əlaqədar təşkilatlara da sorğu ilə müraciət edib. Sputnik Azərbaycanın sorğusuna Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova cavab verib. Onun sözlərinə görə, Tovuz Rayon H. Vəliyev adına Əlibəyli kənd tam orta məktəbində sinif birləşməsi ilə əlaqədar müvafiq araşdırma aparılıb: "Müəyyən edilib ki, 2018-2019-cu tədris ilinin sinif şəbəkəsi formalaşdırılan zaman məktəbin ibtidai sinifləri üzrə 1-ci sinifdə 8 şagird, ikinci sinifdə 16, 3-cü sinifdə 6 şagird, 4-cü sinifdə 16 şagird olub. 1-ci və 3-cü siniflərdə şagird sayı cəmi 14 olub, Təhsil Nazirliyinin müvafiq təlimatına əsasən sinifdə şagird sayı 20-dən az olduğu nəzərə alınaraq 1-ci və 3-cü siniflər birləşdirilərək müvafiq sinif komplekti yaradılıb. Əlavə olaraq qeyd edirik ki, qeyd olunan sinifdə tədris mövcud təlimati qaydalara uyğun şəkildə icra edilir”.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru