"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                 

Buralarda səhiyyə sisteminin anası ağlar günə qalıb... - İTTİHAM
Tarix: 3-10-2018, 09:25 | Çap et
Buralarda səhiyyə sisteminin anası ağlar günə qalıb...
Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında yaşanan acınacaqlı durumun varlığı, bu gün də əksər mətbu orqanların toxunduğu mövzulardan biridir. Baxmayaraq ki, bu günə kimi rayonun səhiyyə sahəsində hökm sürən acınacaqlı durumun varlığı haqda bir neçə dəfə tənqidi açıqlamalar dərc etmişdik. Hətta, aidiyyəti qurumları baş verənlərlə bağlı lazımınca məlumatlandırsaq da, nədənsə Ramiz Pirverdiyevin rəhbərlik etdiyi bu sahədə “haqq-ədaləti” bərpa etmək mümkün olmadı.
Bir neçə gün bundan əvvəl yerli sakinlərdən bir neçəsi “Gündəm Xəbər”ə bildirdilər ki, Gədəbəy MRX-da yaşananlar, bəlkə də ölkəmizin qərb zonasında fəaliyyət göstərən səhiyyə ocaqlarından heç birində yaşanmır. Çünki, adı çəkilən rayonun səhiyyə ocağında hər bir müayinə və müalicənin konkret “toskı”sı var. Düzdür, xəstəxana bir neçə il bundan əvvəl əsaslı təmir olunub nələr dəyişdirilsə də, dəyişdirilməyən baş həkim cənab Ramiz Pirverdiyevin “daxili konstitusiyası” oldu. Çünki, həmin “konstitusiyada” görüləcək hər işin konkret dəyəri müəyyən olunub. Yəni hansısa şöbə müdiri, hansısa həkim, hansısa tibb bacısı və yaxud da texniki işçilərdən biri müəyyən olunmuş “sərhəddi” pozarlarsa, o halda həmin şəxsin baş həkim tərəfindən cəzalandırılması qaçılmaz olacaq. “Gündəm Xəbər”ə çatdırılan məlumatlarda o da qeyd olunur ki, rayonun təcili-tibbi yardım stansiyasında sıravi sürücü işləyən İlqar adlı şəxs, bu gün əsl söz sahibidir. Belə ki, o, MRX-nın baş mühasibi vəzifəsini daşıyan Səkinə xanıma bağlı şəxs olduğundan, istədiyi yaxın qohum-əqrəbasını xəstəxanada işə düzəltdirə bilir. Bir sözlə o, olduqca hörmətli şəxs olduğundan sözü-söhbəti baş həkimin yanında keçərli olur. Amma, belə bir hörmət-izzətin bəzi incəlikləri var ki, onu da müəyyən çevrə bilir. Yəni, adını çəkdiyimiz bu İlqar adlı şəxs xəstəxana daxili yeyintilərdən dəqiq məlumatlı şəxs olduğundan, baş həkim onun qarşısında bir növ duruş gətirə bilmir və şərtlərinə əməl etməyə də məcbur olur. Ona görə də, hələ ki, baş həkim bu şəxsin istəkləri ilə oturub-durmağa möhtacdır.
Bundan əlavə, xəstəxananın balansında olan “UZİ” aparatından biri poliklinikadadır və onu MRX-nın baş mühasibi olan Səkinə xanımın gəlini işlədir. Biri isə, Səkinə xanımın evindədir ki, onu da gəlini hər həftənin altıncı-bazar günləri evlərində işlədir. Hər “UZİ”yə düşməyin haqqı 20 AZN-dir. Hər iki aparatdan hər kəsə pulsuz xidmət göstərmək məqsədilə istifadə olunmalı olduğu halda, təəssüflər olsun ki, hər iki “UZİ” aparatından Səkinə xanım gəlir əldə etmək məqsədilə istifadə etdirir. Bu da hüquqi nöqteyi-nəzərdən heç cür yolverilməz haldır. Baş mühasib vəzifəsini daşıyan Səkinə xanım bu ilin iyun ayında işə gəlməsə da, çox keçmədi ki, onu işinə qaytarırlar. Əldə etdiyimiz məlumatlara görə, bunun bir çox özəl səbəbləri olub.
Diqqəti cəlb edən olaylardan biri də, Gədəbəyin səhiyyəsində yaşanan digər problemlərin varlığıdır. Bu haqda da məlumatlı mənbə “Gündəm Xəbər”ə bildirib ki, rayonun səhiyyə ocaqlarında xəstələrə verilməli olan ərzaq məhsulları, geyim formaları, müxtəlif dərman və preparatlar, lazımi avadanlıqlar onlara verilmədiyindən, hətta bir çox təminolunmalar ödənilmədiyindən, bu gün atılan addımlar çoxsaylı xəstələrin haqlı narazılığına səbəb olmaqdadır. İmtiyazlı xəstələrə verilən dərman preparatlarının “qeybə çəkilməsi”, daha dəqiq desək, rayonun mərkəzi ərazilərindəki apteklərdə satdırılması və s. Ramiz Pirverdiyevin idarəçiliyinə lazımi qiyməti verməyə imkan verir.
Faciə odur ki, yaşananlar baş həkimin gözləri qarşısında baş verir, birbaşa onun diqtəsi ilə həyata keçirilir. Ramiz Pirverdiyev isə ictimai qınaqdan ehtiyat etmir və gündəlik Gədəbəy səhiyyəsini uçurumun astanasına sürükləməkdə davam edir. Mərkəzi xəstəxananın bir növ inhisarda saxlanması da, daha çox müzakirə olunan mövzulardandır. Məsələn çatdırılan məlumatlara görə, MRX-nın şəkər şöbəsinə müdirlik edən Əlviz həkimin oğlu Səbuhinin ali təhsili yoxdur. O, özü ilə ora-bura gəzdirdiyi diplomunu saxta yolla Elşad Abdullayevin rektoru olduğu Beynəlxalq Universitetdən alıb. Bundan əlavə o, həqiqi hərbi xidmətdə olmayıb və xəstəlik adı altında, hətta özünə saxta yolla hərbi bilet də düzəltdirib. Bu gün o, rayonun Saratovka kəndində yerləşən xəstəxanada yarım ştat cədvəli üzrə də həkim işləyir. Səbuhi rayonun PŞ-nin qarşısında özünə qırmızı şiferlə bir villa tikdirib, gəl görəsən. Mehdi Quliyev küçəsində isə, özünə yeni bir ev alıb və onu kirayəyə verib. Bu gün o, şəkər xəstəsi olmayanlara xəstəlik kağızı düzüb qoşur ki, həmin şəxslər pensiya ala bilsinlər. Bu şəxs xəstələrdən 20 manat pul almamış, şəkərə aid olan aparatları onlara vermir. Əgər lazımi yoxlamalar aparılsa, o halda Səbuhinin xəstə olmadığı aşkara çıxar və onun məqsədli şəkildə həqiqi hərbi xidmətdən yayınması da bəlli olar. Hal-hazırda bu şəxsin 100 ədəd arısı və 14 min manat dəyərində ağ rəngli “NİVA” markalı avtomobili var.
Rayonun Miskinli kənd xəstəxanasındakı biabırçılıqların da həddi-hüdudu yoxdur. Yəni, burada elə bir yeyintilərə yol verilir ki, eşidib bilən hər kəs sanki dəhşətə gəlir. Belə ki, bu xəstəxananın baş həkimi qadın olsa da, onu heç zaman iş başında tapmaq olmur və onun görməli olduğu işləri, Miskinli kəndində müəllim işləyən həyat yoldaşı Duman müəllim aparır. Eyni zamanda o, lazımi sənədlərə saxta yolla imzasını da atır. Xəstəxana dörd kənd sakinlərinə xidmət etmək məqsədilə tikilib. Vəziyyətin belə bir hal almasına əsas səbəb, ştat cədvəli üzrə Miskinli kənd xəstəxanasında baş həkim vəzifəsini daşıyan şəxsin Rüfət Aslanlının əmisi qızı olmasıdır. Hazırda xəstəxanada heç bir televizorun, kompyuterin, xolodelnikin və s-in olmasından söhbət gedə bilməz. Yəni, verilən nə olubsa hamısı satılıb və əldə olunan pullara Duman müəllim özünə 19 min manat dəyərində “ŞEVROLET” markalı niva maşını alıb.

P.S. Bu gün Gədəbəy səhiyyəsinin acınacaqlı durumu daha çox müzakirəyə ehtiyacı olduğundan, bir mətbu qurum olaraq problemlərin varlığına bundan sonra da diqqət yetirəcəyik. O halda hər kəsə bəlli olacaq ki, adı çəkilən rayonun səhiyyəsi ilə bağlı artıq əməli addımlar atmağın zamanı çatıb. Mövzu diqqətimizdədir.
GundemXeber.Az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru