Sahil Babayev və təcrübəsiz komandası... - nazirlikdə narazılıq yaradıb
Tarix: 31-07-2018, 09:07 | Çap et
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev artıq bir neçə dövlət qurumu ilə yanaşı, rəhbərlik etdiyi nazirlikdə də ciddi narazılıqla üzləşib.
“Reytinq”ə verilən məlumata görə, təyinatından 3 ay ötən yeni nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzi aparatı və strukturlarına daxil olan qurumlarda indiyədək 100-dən çox şəxsi vəzifədən uzaqlaşdırıb:
“Düzdür, bunların arasında vəzifədən getməyi haqq edənlər də kifayət qədərdir. Elə nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin, Səlim Müslümovun əmisi oğlu, nazirin müşaviri Yalçın Müslümovun, bacısının həyat yoldaşı olan DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərovun, dayısının kürəkəni olan Əmək müfəttişliyinin rəisi Fuad Əlizadənin, həmçinin ƏƏSMN-in Daxili nəzarət, Kadrlarla bağlı şöbə müdirlərinin və daha bir neçə şəxsin işdən çıxarılması ictimaiyyətin böyük kəsimi kimi, daxildə də alqışlandı. Lakin keçmiş zabit Sahil Babayevin “ayaq səsləri”nin vahiməsi bundan o yana gedə bilmədi. O, nazirlikdə “güclü şəxslərə” nəinki nüfuz etməyi bacardı, əksinə, kənardan nazirliyə gətirdiyi təcrübəsiz kadrlarla “qaş düzəltdiyi yerdə, göz çıxarmağa” başlayıb”.
Yüksək vəzifələri kimlər icra edir?
Nazirlikdən verilən məlumata görə, aprelin 21-də nazir təyin edilən Sahil Babayev hələ bu gündək Aparat rəhbəri başda olmaqla bir çox vəzifələrə kadr təyin edə bilməyib:
“O, Aparat rəhbəri vəzifəsini kənardan müşavir postuna gətirdiyi, hələ də ƏƏSMN-in strukturunu mənimsəməmiş Anar Əliyevə həvalə edib. Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsini Sabir Qocayevə, Əmək siyasəti şöbəsinin müdiri vəzifəsini Əbülfət Məhərrəmova, Daxili nəzarət şöbəsinin müdiri vəzifəsini sektor müdiri Heybət İmanova, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsini sektor müdiri Nərmin Bayramova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini kənardan gətirdiyi və müqavilə ilə həmin şöbəyə müavin təyin etdiyi Fazil Talıbova həvalə edib. Nazirliyin və DSMF-nin digər çoxsaylı şöbələrində də eyni vəziyyətdir. Hətta elə anlar olub ki, nazir əvəzediciləri belə vəzifədən çıxarıb və onların da yerinə təyinat aparılmayıb. İndi elə şöbələr var ki, orada sektor müdiri həm müavin, həm də müdir vəzifələrini icra edir. Çox maraqlıdır ki, nazir boşalan və vacib vəzifələrə təyinat apara bilməsə də, kənardan nazirliyə topladığı təcrübəsiz kadrları vasitəsi ilə bir ucdan hələ də dəyişiklikləri davam etdirir”.
Bir gündə dağılan iki şöbə və işdən uzaqlaşdırılan 8 nəfər
Nazir ötən həftə mərkəzi aparatdan daha 8 nəfəri işdən çıxarıb. Bununla yanaşı, o, nazirliyin ən böyük şöbələrindən sayılan İqtisadiyyat şöbəsini də ləğv edib: “Ləğv edilən İqtisadiyyat şöbəsinin 5 əməkdaşı – 3-ü qadın, 2-si kişi olmaqla işdən çıxarıldılar. Həmin şöbə ilə yanaşı, Kadrlar şöbəsindən Leyla, Nəzrin və Xatirə adlı xanımlar da ötən gün işdən azad olundular. Bununla yanaşı, nazir yalnız ləğv edilən İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya yeni vəzifə verib. Hansı ki, nazirin digər əmri ilə ləğv edilmiş İqtisadiyyat şöbəsinin bazasında iki yeni şöbə – Maliyyə və icmal büdcə şöbəsi və Uçot siyasəti və Satınalmaların təşkili şöbəsi yaradılıb. Şəlalə Cəfərova da yeni yaradılan bu şöbələrdən birinə – Maliyyə və icmal büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Lakin Sahil Babayev digər yeni şöbənin müdiri vəzifəsini də boş saxlayıb”.
Mənbəmiz bildirib ki, Şəlalə Cəfərova Səlim Müslümov hələ DSMF-nin sədri olarkən irəli çəkilib.
Müşavir, Aparat rəhbəri, yoxsa…
Məlumat üçün bildirək ki, Sahil Babayevin vəzifədən müxtəlif iddia və bəhanələrlə uzaqlaşdırdığı şəxslərin çoxu dövlət qulluqçusudur: “Onların böyük əksəriyyəti məhz müşavir Anar Əliyevin təqdimatı ilə vəzifələrindən çıxarılıblar. Bəli, bu cavan oğlan, yaxud onun naziri qanunla belə şəxslərin vəzifədən kənarlaşdırılması üçün ciddi səbəb axtarmalıdır. Amma bu səbəbi tapmaq çətin olduğundan Aparat rəhbəri vəzifəsini icra edən Anar Əliyev işdən uzaqlaşdırmaq istədikləri şəxslərin bəzilərindən ilk növbədə könüllü “istefa ərizəsi” almaq istəyir. Hətta çoxlarını yeni vəzifə vədi ilə aldadıb, ərizə alıb, hətta bəzilərini təhdid ediblər. İndi bu səbəbdən hamı nazirlikdə maraqla soruşur: axı bu Anar Əliyevin vəzifəsi müşavir, Aparat rəhbəri əvəzi, yoxsa kadrlar üzrə təqdimatçıdır? Kimdir axı o? Sahil Babayevlə bunu hansı gizlinlər birləşdirir?”.
Məleykə Abbaszadəyə, yoxsa qanunlara sayğısızlıq?
Məlumata görə, aldadıqlarını sonradan anlayan bəzi işçilər artıq birgə hərəkət üçün təşkilatlanmağa başlayıblar. Onlar məhkəməyə və aidiyyatı orqanlara, həmçinin ölkə rəhbərliyinə müraciət etmək istəyirlər. Qanunsuz azad edildiklərini əsas gətirən “Dövlət qulluqçusu” statusu olan bəzi sabiqlər hesab edir ki, Sahil Babayev-Anar Əliyev tandemi son addımları ilə “Dövlət qulluğu haqqında” qanunu da kobud şəkildə pozur. Üstəlik, kənar sahələrdən ƏƏSMN-ə yeni vəzifəyə təyin edilənlərin çoxu da dövlət qulluqçusu deyil, onlar yalnız daxili müqavilələrlə işə qəbul edilib, “köhnələr” üzərində təzyiqə çevrilirlər.
Məlumtada qeyd olunur ki, S. Babayev vakant vəzifələrlə bağlı (Hansı ki, bu vəzifələrin tutulması üçün mütləq dövlət qulluqçusu status olmalıdır) indiyədək mütləq Dövlət İmtahan Mərkəzinə (DİM) məlumat verməli idi: “Lakin DİM-in son 3 gündə məmur olmaq istəyənlər üçün yaydığı rəsmi məlumatlarda göstərilən vakant vəzifə siyahılarında ƏƏSMN-dən bir vəzifə belə göstərilməyib. Bu isə o deməkdir ki, yeni nazir həm qanunları, həm də DİM-in direktoru Məleykə Abbaszadəni saymır. Açıq görünür ki, Sahil Babayev DİM-ə və qanunlara məhəl qoymadan dövlət qulluqçularını işdən qovur, üstəlik, qanuna uyğun olaraq, bu barədə vakansiya elan etmir. Bu azmış kimi, daxili müqavilələrlə kənardan gətirdikləri təcribəsiz işçiləri ƏƏSMN-ə toplayırlar. Bu gün ƏƏSMN-də belə şəxslər xeyli saydadır. Bir sözlə, indi ƏƏSMN-də bir çox vəzifələrə gətirilənlər “qalib ordunun fərariləri”ni xatırladır”.
Babayev Qurbanovun qardaşını işdən azad edə bilməyib
Məlumatlı şəxs deyir ki, hazırda nazirin bir neçə yaxını mərkəzi aparatda tez-tez görünür: “Nazirliyin qarşından keçəndə diqqət edin, 150-300 minlik maşınlar ƏƏSMN-in qarşında göz oxşayır. Onlar yeni nazirdən yeni vəzifə gözləyənlərdir. Maraqlıdır, maksimum maaşı 1000 manat olan bu vəzifələrə iddialı şəxslər nazirliyə hansı gözlə baxırlar? Axı bu maaş heç onların sürdüyü avtomobillərin aylıq yanacaq xərcini ödəməyəcək”.
Hazırda nazirlikdə bir neçə vəzifəli şəxsin də “yol üstə” olduğunu deyən mənbəmizin sözlərinə görə, bunlardan biri də ƏƏSMN yanında Tikilməkdə Olan obyektlərtin Müdriyyətinin baş direktoru Natiq Əzizovdur. Onun nazirin yaxın dostlarından biri ilə əvəz ediləcəyi bildirilir. Bundan başqa, DSMF və məşğulluq sistemində də yaxın zamanlarda yeni dəyişikliklər gözlənilir. Ən maraqlı dəyişiklik isə böyük ehtimalla ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanovla bağlı ola bilər. O, “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun qardaşıdır, 7-8 aydır səhhəti ilə bağlı işə çıxa bilmir. Nazir bir neçə dəfə onu vəzifədən azad etmək istəsə də, səhhəti ilə bağlı bülletendə olduğundan bunu həyata keçirə bilməyib.
Əlbəttə, bütün bunlar yeni nazirə əlavə problemlər də yaradacaq. Zatən nazir hazırda DİM və Səhiyyə Nazirliyi ilə konfliktdədir, digər yandan Cavid Qurbanovla da qarşıdurma yaratmaq yeni naziri çətin vəziyyətlə üzləşdirə bilər”.
Babayev digər nazirliyin səlahiyyətinə müdaxilə edir
Yeni nazirin saxta pensiya adı ilə pensiyaçılara qarşı fəaliyyəti onu Səhiyyə Nazirliyi ilə üz-üzə qoyub. Belə bir iddia ilə çıxış edən nazirlik əməkdaşının sözlərinə görə, S. Babayev iki həftə əvvəl bununla bağlı İşçi Qrupu yaradıb: “Həmin İşçi Qrup ünvanlı sosial yardımları araşdırmaqda bəlkə də tamam ilə haqlıdır. Amma onların əlil və digər pensiya hüquqlu şəxslərin sənədlərinə məhəl qoymadan araşdırmaq, hətta bu zaman bəzi xəstələrlə kobud davranmağa nə hüquqları, nə də mənəvi haqları var. Yəqin ki, bir neçə gün əvvəl saytlarda telejurnalistlərdən birinin xərçəng xəstəsi olan bacısının başına açılan oyundan xəbəriniz var. Bəli, həmin xəstəyə Əlillərin Bərpa Mərkəzindən zəng edib, çox kobud danışaraq təhdid ediblər. Deyiblər ki, dərhal mərkəzə gəlməsən, əlilliyə görə ödəniş (pensiya) dayandırılacaq. Bu fakt göstərir ki, ƏƏSMN tamamilə qanunsuz bir addım atmaqla kifayətlənməyib, eyni zamanda, digər nazirliyin saləhiyyətinə də kobud müdaxilə edib. Əvvəla, prezident İlham Əliyevin də hər dəfə dediyi kimi, heç bir məmur xəstə və ya adi vətəndaşla kobud danışa, onu təhdid edə bilməz.
İkincisi, hamı əla bilir ki, pensiya təyinatları Səhiyyə Nazirliyinin müvafiq epiqrizləri əsasında təyin edilir. Yəni bunu dəyişdirmək və ya ona düzəliş etmək səlahiyyəti də ƏƏSMN-in rəhbəri Sahil Babayevin işi deyil. ƏƏSMN yalnız onu təsdiqləməklə görəvlidir.
Üçüncüsü, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin kurasiyasında onkoloji xəstələrə aid heç nə yoxdur. Belə olan halda, təhdid dolu zənglər tamamilə qanunsuz olmaqla yanaşı, həm də hüquqi məsuliyyət yaradır.
Ancaq son həftələr xəstəlik sənədinə baxmadan belə zənglər ucdantutma çox adama edilib. Təkrar edirəm, bu, sadəcə, dərəbəylikdir, qanuni deyil və birmənalı olaraq, nazir Sahil Babayevin qanunsuz tələbindən qaynaqlanır.
Çox yaxşı olardı ki, Nazirlər Kabineti ƏƏSMN-in strukturlarında dəyişiklik edib, “VTEK”-ləri də Səhiyyə Nazirliyinin tabeliyinə versin. Əgər xəstəni xəstəxanalar müayinə edib, onunla bağlı qərar verirsə, o zaman əlillik qruplarını digər nazirliyin müəyyənləşdirməsi məntiqli deyil. Yaxşı olardı ki, bu, elə ilk andan müayinə və müalicə edən səhiyyə sisteminin kurasiyasına verilsin. Yoxsa, əvvəl-axır Sahil Babayev təcrübəsizlikdən ölkədə çox ciddi səs-küy yaradacaq”.
Son…
Son olaraq bildirək ki, işdən qanunsuz azad olunduqlarını iddia edən bir neçə nəfər “Reytinq”ə müraciət edib. Həm bu, həm də Sahil Babayevin ƏƏSMN və onun strukturlarından anlayışı olmayanları hansı səbəbdən, özü də müqavilə əsasında nazirliyə toplaması ilə bağlı araşdırmalarımız davam edəcək. O zaman S. Babayevin vakant vəzifələrlə bağlı Dövlət İmtahan Mərkəzinə niyə məlumat verməməsinin də gizlinlərini öyrənməyə cəhd edəcəyik.
Redaksiya nazirliyin də məsələyə münasibətinə yer ayırmağa hazırdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|