Etibar Pirverdiyev YOLA SALINIR - Belə deyirlər...
Tarix: 9-07-2018, 09:51 | Çap et
Ölkəyə iki gün enerji “terroru” yaşatmış “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyevin başı “edam kötüyündədir”.
Reportyor.İnfo-ya verilən xəbərə görə,prezidentin tapşırığı əsasında Hesablama Palatası tərəfindən ASC-də yoxlamalar aparılır.
İstefaya göndərilməsinə sayılı zaman qalan Pirverdiyevin mal-mülkü, biznes varidatı, sosial şəbəkələrdə fotosu yayılan villası da dosye şəklində prezidentə məruzə olunub.
Müşavirədə dövlət başçısının Pirverdiyevə “utanmalısınız” deməsi, fövqəladə hallar naziri Kamaləddin Heydərovun ASC-yə edilən xəbərdarlıqlara məhəl qoyulmadığını söyləyərək onu “baqaja” qoyması baş energetikin “qələmini qırıb”.
Hazırda qeyri-rəsmi istintaqı aparılan Pirverdiyev şələ-şüləsini toplayıb, prezidentin rəsmi sərəncamını gözləyir.
“Azərenerji” ASC məmurlarının da arasında həbslər gedəcəyi istisna edilmir. Dövlətin büdcəsindən ayrılan 100 milyonun hara xərcləndiyi soruşulur.Bu 100 milyona elektrik stansiyalarının avadanlıqları modernləşdirilə, qurğular yenilənə bilərdi.
Ancaqdəvə fermalarına, şəhərdəki villalarına bu vəsaiti yönəltmiş Pirverdiyev respublikanı rəsmən iki gün enerji blokadasına salıb, Ermənistan üçün strateji fürsət qazandırıb, Qafqazın ən lider dövləti imicini yerlə yeksan edib.
Bu müddət ərzində düşmən ordusu müxtəliftəxribatlar, əməliyyatlar həyata keçirə bilərdi ki, faktiki olaraq Yunis Səfərov adlı şəxs Gəncənin icra başçısına həmin saatlarda sui-qəsd edə bildi, fürsətdən istifadə etdi.
Ona görə də siyasi hakimiyyət tərəfindən Pirverdiyevin iqtisadi xətası bağışlanmaz səhv kimi qiymətləndirilib.
“Siz xalq və ölkə qarşısında utanmalısınız”
Hadisənin səbəblərindən ən böyüyü isə odur ki, stansiyada quraşdırılan transformatorların soyutma sistemləri düzgün işləməyib. Soyutma sistemləri hava kəskin isti olanda avtomatik olaraq rele-mühafizə qurğuları işə düşməlidir.
Və bu sözügedən soyutma sistemləri olan cihaz və avadanlıqlar da sovetlər dövründən köhnə olaraq orada quraşdırıldığından, müasir avrostandartlara uyğun olmadığından milyardlarla manat ziyanla nəticələnən bu cür xoşagəlməz hadisə baş verib.
Təbii ki, bu təxribat xarakterli korrupsiyanın cəzası da Pirverdiyevin işindən azad olunması ilə müşayiət olunacaq.
Mətbuatda gedən xəbərə görə, bu keçən 10 il zaman aralığında Pirverdiyev maaşlara etdiyi qənaətdən əldə edilən milyonları “Azərenerji”dəki təchizat xərclərinə sərf etməyib.
Azərbaycan İES-in 1-cə saatda istehsal etdiyi elektrik enerjisinin pulu 2700Mqvt x1000000 kvt x 0,09 qəp(7qəpiklə 11qəpik pulun ədədi ortası).=243milyon manat edir.
Bu qədər maliyyə vəsaiti ərsəyə gətirən qurumda Etibar Pirverdiyev 17 il ərzindədayanıqlı elektrosistem təşkil edə bilməyib. Çünki pullar dəvələrə və villalara gedib.
2008-ci ildən bəri Sumqayıtda inşa edilən çoxsaylı sexlərin binalarının metal konstruksiyalarını isə Elmi- Layihə İnstitutlarına pul köçürülməməsi üçün sıravi işçilər təhkim edilməklə, o sexlər necə gəldi tikilib, istifadəyə verildi. Yəni, o layihələrə ayrılan külli miqdarda maliyyə vəsaiti də mənimsənilib.
Reportyor.İnfo xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsindən “Azerenerji” ASC-yə 81,4 milyon manat vəsait ödəniləcək. Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, “Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 kilovatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satınalınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın “Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar “Azerenerji” ASC-nin nizamnamə kapitalının artırılması üçün 81,4 milyon manat vəsait yönəldiləcək.
“Azərenerji” şirkət olaraq qeyri-rentabelli işləyə bilməz. Çünki hazırda ölkədə ən çox enerji istehsalı mazut və qazın üzərinə düşür.
Bu da həmin şirkətə dövlət tərəfindən güzəştli qiymətlərlə satılır. 1 kiloqram mazutdan alınan enerji təxminən 60-70 qəpik civarındadır. Halbuki həmin mazut “Azərenerji”yə 10 qəpiyə satılır.
Şirkət maya dəyərindən 5 qat artıq vəsait qazanır. Onun aldığı xammalla istehsal etdiyi məhsulun dəyəri arasında dəfələrlə fərq var ki, bu zaman da şirkəti qeyri-rentabelli işləyə bilməz. Təəssüf ki, bu şirkətlərdə həm korrupsiyaya, həm də vəsait israfçılığına yol verilir.
“Azərenerji”nin və digər qurumların hökumətə təqdim etdiyi hesabatdan da aydın olur ki, səmərəsiz işləyirlər.
Yaranmış xərclərini belə bağlaya bilmirlər. “Azərenerji”də bir fəhləyə 3-4 müdir düşür. Buna nə ehtiyac var?
Bu qəpiklər isə Pirverdiyevi oliqarxa çevirib. Pirverdiyevin heyvandarlıqdan tutmuş tikinti sektorunadək bir çox sahələrdə gəlir qaynaqlarının olduğu hamıya məlumdur.
Mətbuat dəfələrlə yazıb ki, təkcə 2004-2012-ci illərdə Azərbaycan dövləti üst-üstə 9 milyard 545,9 milyon dollar borclanıb, alınan xarici kreditlərdə ən böyük pay sahiblərindən biri isə məhz “Azərenerji” olub: 24,09%. Yəni nə az, nə çox düz 2,3 milyard dollar! Bunun üzərində dövlət investisiya layihələrini gəldikdə ortada külli miqdarda məbləğ yaranır.
“Azərenerji” prezidentinin “biznes imperiyası” son vaxtlar sürətlə çökməkdədir. Məsələn, “işıq şefi”nin nəzarətindəki “Azinko” şirkətinin işləri heç də əvvəlki illərdə olduğu qədər “yağ kimi” getmir. Buna səbəb isə Pirverdiyevin şirkətinin iri məbləğli dövlət investisiya layihələrindən məhrum edilməsidir.
“Azinko”nun investisiya layihələrindən kənarda saxlanılması “Azərenerji” prezidentini möhkəm pərişan edib, onun gəlirlərini əhəmiyyətli şəkildə azaldıb.
Məsələ burasındadır ki, Pirverdiyevin “Azinko” şirkəti Bakıda Dövlət Bayrağı Meydanının qülləsini inşa edərkən ciddi maxinasiyalara yol verib.
“Azərenerji” rəhbərinin çətin vəziyyətdə olan biznes nöqtələrindən biri də Sumqayıt Texnologiyalar Parkıdır (STP). Hələ ötən ilin yazında ölkə KİV-ləri yazırdılar ki, STP-də ciddi maliyyə böhranı yaşanır. Pirverdiyevin nəzarətində olan bu müəssisədə işçilərə əmək haqqı verilmədiyi də gələn bilgilər arasındadır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|