Tənəzzül dövrünü yaşayan AYB-ni bataqlığa çevirən Anar... - Artıq reaksiya qabiliyyətini də itirib
Tarix: 25-06-2018, 09:21 | Çap et
Artıq 20 gündür ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilir. Bayram ovqatlı tədbirlər ərəfəsi xalqına qarşı daxili kin-küdurətini nümayiş etdirən və əsil həqiqəti billə-bilə erməni dəyirmançısına çevrilən Rüstəm İbrahimbəyovun ala-yarımçıq ssenarisi əsasında çəkilən "Qafqaz üçlüyü" filmi bütün türk dünyasının qəzəb və nifrətinə səbəb oldu. Əslində, bu filmin adı "Qafqaz üçlüyü" yox, "Azərbaycan üçlüyü" qoyulsa idi daha düzgün yerinə düşərdi. Çünki Rüstəm İbrahimbəyovdan qabaq Əkrəm Əylislinin "Daş yüxüları" əsl həqiqətləri əks etdirməyən, öz millətinə ləkə gətirən, onu vəhşi, cani, quldur, acıgöz, şərəfsiz adlandırdığı bu xalq onu meydanda daşqalaq etmədi. Bu gün də, şəhərin mərkəzində utanmaz-utanmaz əli cibində gəzir.
Bir neçə il bundan qabaq mən, dostum İsaqla Nizami küçəsində, Nəsimi heykəlinin yanında Əkrəm Əylisli ilə rastlaşdım. Hər zaman mənə şirin münasibət bəsləyən Ə. Əylisli çox əsəbi halda dilləndi:
- Məni də millət vəkili seçmədi də. Dedim: - Əkrəm mən kiməm ki, səni millət vəkili seçim? Onu xalq seçib.
- Siz naxçıvanlılar qoymadınız da.
Dedim: - Əkrəm, bəs sən özün haralısan?
- Mən ordubadlıyam, naxçıvanlı deyiləm.
Bu söhbətlə Ə. Əylislinin öz xalqına, millətinə qarşı nankorluğunun əsl səbəbini üzə çıxarmış oldum. Ə. Əylisli millətimizin başına 200 ildən bəri min cür müsibətlər gətirən öz doğulduğu Naxçıvan mahalının hər bir yaşayış məntəqəsini odlayıb, qırğınlar törədən, körpə uşaqları süngüyə keçirən quldur Andronikin əməllərini ört-basdır etməklə bərabər ermənilərin məzlum, fağır, yazıq və günahsız obrazlarını qələmə alaraq iqtidardan acıq çıxmaq məqsədilə öz şəxsi ambisiyasını öz millətini təhqir etməklə daha üstün tutdu. Bütün dünya erməniləri Əkrəmi alqışladılar və söz verdilər ki, "Daş yuxular"ı mütləq Nobel mükafatına təqdim edəcəklər. Mən şair-dramaturq Ramiq Muxtar da vaxtı bada vermədən "Daş yuxular"a cavab olaraq "Mənim oyaq yuxularım" povestini yazıb, tarixi faktlarla, sübutlarla, arxiv materialları ilə Ə. Əylislinin yazdığı yalan-palanının axırına çıxdım.
Düzdü, R. İbrahimbəyov estafeti Ə. Əylislidən alıb. Amma Ə. Əylisli də estafeti bu gün ağzına su alıb səsini çıxarmayan Azərbaycan Yazıçılar Birliyinin sədri Anardan almışdır. Çünki bu yolu Əkrəmdən və Rüstəmdən qabaq Anarın tutmuşdur. Yazıçı dostumuz bir məclisdə danışdı ki, Anarla biz - 4-5 yazıçı birlikdə - Göyçaya seçicilərlə görüşə getmişdik:
“Saat 14:00-da Göyçay mədəniyyət evinə gəldik. Zalda cəmi 6 nəfər oturmuşdu. Anar çox əsəbi halda gəlib maşina oturdu və biz bir baş Bakıya qayıtdıq. Çünki Göyçay camaatı bir millət vəkili kimi Anarı özləri seçmədilər".
Göyçaylı "E" adlı bir nəfər danışdı ki, mənim evim yanmışdı. Gəlib Anar müəllimdən xahiş etdim ki, mənə bu işdə kömək etsin. O isə çiyinlərini çəkib dedi:
"Mən sənə kömək edə bilməyəcəm".
Anar isə Göyçaydan millət vəkili seçilməməyini iqtidardan gördü və iqtidara acıq vermək məqsədilə "Bakı Xəbər" qəzetində müsahibə verib dedi ki, "Rəsul Quliyev mənim ən yaxın dostumdur". İndi ortalığa bir sual çıxır. Ay hörmətli Anar müəllim, R. Quliyev okeanın o tayında oturub Ulu öndərimiz Heydər Əliyev haqqında iftira dolu yazılar yazır, Azərbaycanda demokratik şəraitin olmaması haqqında yalanlar danışır. Sən isə deyirsən R. Quliyev mənim ən yaxın dostumdur. Bəs sən bir yazıçı kimi öz ürək dostuna niyə demirdin ki, ayıbdır Rəsul, özünü ələ al, bu cızma-qaralarını yığışdır. Müstəqil ölkəmizi bütün dünyada rüsvay etmə. Hələ utanmadan da 50 min manat Ulu öndər Heydər Əliyev mükafatını alırsan, həm də boynundan orden asılır.
1992-ci ildə erməni yazıçıları Kremlin qapısını sındıran vaxt sən gedib Türkiyədə universitetdə işləyirdin. O zaman Azərbaycanın gündə bir kəndi, rayonu işğal olunurdu. Bu da azmış kimi bir gün cəbhədə olmayan oğlun hal-hazırda Misirdə səfir işləyir. Anar, sən əsil zəmanə adamısan. Həm İmamyar, həm Qaloş, həm də Mindilli obrazlarını gözəl ifa edirsən. Amma unutma ki, zaman gələcək Yazıçılar Birliyində baş alıb gedən maliyyə fırıldaqları üzə çıxacaq. Onda səndən soruşacaqlar ki, İstiqlal küçəsi 11-də Yazıçılar Birliyinin balansında olan 730 kv. metr sahəsi olan binanı nə məqsədlə Dövlət Komitəsinə verdin? Komitə də həmin ərazini başqa bir şəxsə satdı. Halbuki o binada 6 qəzet-jurnal, təbliğat bürosu, ədəbiyyat fondu yerləşirdi. Bununla da, 120 əməkdaş yurdsuz-yuvasız qaldı. Yazıçılar Baş Prokurorluğa müraciət etdilər. O işi aparan müstəntiq isə şəxsən mənə dedi ki, mən gedib Anarla görüşüb sual etdim ki, nə üçün şəhərin mərkəzində, Baksovetlə üz-üzə olan bir memarlıq binasının 5-ci mərtəbəsini Əmlak Komitəsinə vermisiniz? O isə müstəntiqə deyib ki, mənim bu işdən xəbərim yoxdur. Müstəntiq Anarın imzası və möhürü olduğu sənədi masanın üstünə qoyub. O isə vəziyyətdən çıxmaq üçün "Görünür, bunu məndən xəbərsiz Fikrət Qoca edib",- deyib.
Yazıçılar Birliyinə bitişik 160 kv.metr sahəsi olan bina 20 ildən artıqdır ki, həm sığorta qurumuna, həm də restoran kimi işləmək üçün şəxsi adama icarəyə verilib. Hər kəsə bəllidir ki, icarəyə verilən mülklə bağlı hər iki təşkilat arasında müqavilə bağlanır. Hər ay icarəyə götürən təşkilat pulu Yazıçılar Birliyinin mühasibatlığına köçürməlidir. Lakin bu 20 il ərzində ayı 8 min manat icarə haqqı olan binadan 1 qəpik də olsun Yazıçılar Birliyinin mühasibatlığına daxil edilməyib. Pullar nağd ələ verilib. Yəqin ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu məsələ ilə maraqlansa külli miqdarda yeyintilər üzə çıxacaq.
Yazıçılar Birliyinə ayrılan 9 ədəd 2 otaqlı mənzil Səbail Rayon İcra Hakimiyyətində mənzil növbəsində duranlara yox, elə insanlara verilib ki, onlar nə icra hakimiyyətində növbəyə dayanıblar, nə də ki, onların mənzilə ehtiyacı var. Adətən, Azərbaycan Yazıçılar Birliyində mənzil və maşın növbəsində olanlara Yazıçılar Birliyinin katiblərindən biri rəhbərlik edirdi. Lakin Yazıçılar Birliyinin sədri Anar 4 katibi bu işdən uzaqlaşdırıb, yazıçı olmayan bir işbazı gətirib mənzil komissiyasına sədr təyin edib. Bu işbaz Rauf Aslanovdur. Onun əmək kitabçasına baxsanız uzun müddət turizm idarələrində çalışmağı açıq-aşkar işin nə yerdə olduğundan xəbər verir. Görün hansı vəziyyət yaranıb ki, R. Aslanov yazıçı Anarın və Səbail rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərovun 11 aprel 2002-ci ildə təsdiq etdikləri mənzil növbəsində olanların siyahısını kənara ataraq özündən saxta bir siyahı tərtib edib, Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Həmin siyahını nə Anar, nə də Səbail rayon icra hakimiyyətinin başçısı təsdiq etməmişdir. Qəribədir ki, sənəddə ay, gün və tarix də yazılmayıb. Buna görə də mən "Reytinq" qəzetində "Saxtakarlıqdan əl çəkin" məqaləsi ilə çıxış etdim. Yazıçılar Birliyi isə, onların şərəf və ləyaqətini təhqir etməyimi iddia edərək məni məhkəməyə verdi. Lakin Apellyasiya Məhkəməsi 16 may 2018-ci il tarixində qərar çıxardaraq mənim haqlı olduğumu təsdiqlədi. İndi isə mən Səbail Rayon Məhkəməsində AYB haqqında iddia qaldırmaqla, bu 6 il ərzində çəkdiyim əzab və əziyyətlərin əvəzinə həm mənzilimi, həm də 300 min manat təzminat tələb edəcəyəm. Gec də olsa haqq-ədalət öz yerini tapacaq. Onda görəcəklər ki, Yazıçılar Birliyində baş verən dələduzluq o yerə çatıb ki, Yazıçılar Birliyinin hüquq şöbəsi rəhbərinin özü dələduzluq maddəsi ilə ikinci dəfədir ki, həbs olunub. Bu Şəmsi Vəfadardır. İşbaz Rauf Aslanovun məhkəmədə vəkili. Çox qəribədir ki, R. Aslanovu müdafiə edən vəkili onunla aralarında olan pul haqq-hesabına görə həbsdə yatır.
Bu gün yazıçı Elçin Əfəndiyevin, akademik Teymur Bünyadovun, professor Qəzənfər Paşayevin televiziyada çıxışlarını təqdirəlayiq hesab edirəm. Onlar öz vətəndaşlıq borcunu R. İbrahimbəyova verdikləri cavabla bir daha kim olduqlarını təsdiq etdilər. Bəs sən niyə susursan Anar? 30 il Azərbaycan yazıçılarına rəhbərlik edən böyük istedad sahibi, vaxtilə sənə «Mizrab» satirik jurnalında həsr etdiyim «Süd dişi çıxarmayan Anara» şeirim bu gün də öz aktuallağını itirməyib:
Süd dişi çıxarmayan Anara
Rüstəm – Zal boyunu, Nəfsinə etmə qul. Nə vaxtdan zəfər çalıb, Ədalətə haram pul.
Nə qədər ki, gec deyil, Ağlını yığ başına. Çıxart tamah dişini, Hörmət elə yaşına.
Səbail icrasında, Vadır məzil növbəsi. Özün təsdiq etmisən, Yox bir kəsin şübhəsi.
Yazıçı olmayanı, Götürmüsən sən işə. Külli-ixtiyar vermisən, Rauf adlı dərvişə.
O da yığıb başına, Növbədən kənarları. Şıdırğı alver gedir, Paylayır otaqları.
Ekranda çox məşhursan, Qəlyan çəkməyinlə. Vallah yoxdur oxşarın, Stalinə, Çörçilə.
Son yazdığın şeirlər, Məni qorxudur Anar. Yəhudi həkiminə, Sənin ehtiyacın var.
Ulu Öndər Atanın, Düşməninə dost dedin. Əlli min mükafatın, Sən nə üzlə həzm etdin.
Böyük Mirzə Cəlilin, Duzlu hekayəsi var. Gözlə Rəsul Qulunu, «Bəlkə də qaytardılar».
Ramiq MUXTAR, Şair-dramaturq, Prezident təqaüdçüsü, "Şərəf" ordenli Reyting.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|