İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

Şübhəli yanğında Səlim Müslümov izi... - İDDİA
Tarix: 5-06-2018, 08:45 | Çap et
Şübhəli yanğında Səlim Müslümov izi...
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ona tabe olan qurumlarda yoxlama apardığı bir vaxtda Dövlət Sosial Müdafiə Fondunda(DSMF) yanğın baş verməsi çox ciddi iddiaların ortaya çıxmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyi DSMF-də baş verən yanğınla bağlı yaydığı rəsmi məlumat isə iddialarda yer alan məlumatların həqiqətlə əlaqəsinin olmasını bir qədər də inandırıcı edib. Yada salaq ki, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Digər otaqlar isə yanğından mühafizə olunub.

Fonddakı sənədlər tezalışan materialdan hazırlanıb?

Hansı sənədlərin yanması, yanğının hansı şöbədə meydana gəlməsi haqda bilgi yoxdur. Yanğının qəsdən və ya təsadüf nəticəsində baş verdiyi də bilinmir. “DSMF-də sənədlər niyə yanıb” sualı açıqdır və iddialar əsasən qəsdən yandırılma versiyasının üzərində cəmləşib. Bu da təsadüfi deyil.

Siyavuş Novruzov da dedi, faktlar ortalıqda...

Son aylarda mətbuatda DSMF-də baş vermiş böyük korrupsiya cinayətləri haqda məlumatlar yayılıb. Kifayət qədər ciddi olan bu iddiaların Hesablama Palatasının müfəttişləri tərəfindən yoxlandığı da bildirilir. Yayılan məlumatlardan birində deyilir ki, Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmiləri ilə əlbir olub və atəşkəsdən 24 il sonra 900 rayon sakininə Qarabağ veteranı statusu verdirib. Bu şəxslərin əksəriyyəti isə Qarabağda müharibə getdiyi illərdə Azərbaycanda olmayıblar, o dövrdə Rusiya bazarlarında alver ediblər. Bu məsələ bir neçə ay əvvəl mətbuatda tirajlanan zaman Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun kəskin reaksiya vermişdi. YAP icra katibinin müavini demişdi ki, ölkədə 90 min nəfər cibində müharibə veteranı vəsiqəsi gəzdirir: “Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min 2 ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.

900 nəfər güllə səsi eşitməyən 1 qərarla Qarabağ veteranı statusu necə aldı?

YAP icra katibinin dediklərində böyük həqiqətlər olduğunu yayılan məlumatlarla da təsdiqləyir.

Təkcə Gədəbəyin sabiq icra başçısının 900 nəfər güllə səsi eşitməyəni 1 qərarla Qarabağda döyüşmüş, canından keçmiş şəxslərin sırasına qoşması ilə bağlı suallar bu gün də aktualdır. Bu gün də bilinmir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti hansı faktları əsas tutub atəşkəsdən 24 il sonra həmin şəxslərin müharibədə iştirakını sübut edə bilib? Bu adamlar ötən 23 ildə Qarabağ veteranı statusu verilməsi üçün müvafiq qurumlara müraciət etməyiblərsə, Ramiz Yediyarov onların müharibədə döyüşmələrinə necə şahidlik edə bilib? Ən başlıcası isə 900 nəfərə status verilməsi 500-1000 manat civarında rüşvət hesabına başa gəldiyi haqda məlumatlar da var.

“Müslümovçular”ı işdən qovur, cinayətləri araşdırırlar

Hazırda Hesablama Palatası müfəttişləri Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentində geniş yoxlamalar aparırlar. Müfəttişlərin bu faktı da araşdırdıqları haqda konkret bilgilər yoxdur. Bilinən odur ki, sabiq nazir Səlim Müslümovun xüsusi nəzarətində olan bu departamentdən qeyri-qanuni fəaliyyətə görə xeyli əməkdaş işdən çıxarılıb. Hesablama Palatası 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və tabe qurumlarında apardığı araşdırmalar zamanı da çox ciddi, bir sıra hallarda cinayətə bərabər faktlar aşkar etmişdi.

181 vəfat etmiş şəxsin hesabına özlərinə həyat qurublar

Məsələn, Hesablama Palatasının 2016-cı ili əhatə edən auditinin nəticəsində üzə çıxmışdı ki, Səlim Müslümovun işçiləri 181 nəfər rəhmətə getmiş pensiyaçının hesabını bağlamayıblar. Yəni rəhmətliklərin adından dövlət büdcəsindən nə az, nə çox 624 min 500 manat alıb ciblərinə qoyublar. Bu hələ harasıdır? Eyni şəxsə Səlim Müslümovun işçilərinin 2 pensiya kartı verdikləri halları da az olmayıb. Eyni adam Pensiya Fondunun, məsələn, Xətai şöbəsindən də, Səbayel şöbəsindən də pensiya alıb. Audit dövründə 35 belə şəxs üzə çıxarılmışdı. Onlara ikiqat pensiya ödənildiyi təsdiqlənmiş və bu maxinasiyadan dövlət büdcəsinə ümumilikdə 319 min 100 manat məbləğində zərər dəydiyi məlum olmuşdu. 2016-cı ildə fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1 milyon 920 min 600 manat olub.

Bu da süd məsələsi....

Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662 min 700 manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb. Qanunvericilikdə fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, fond və nazirlik tərəfindən konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

Hesablama Palatasının bu hesabatı o dövrdə də DSMF sistemindəki ciddi maxinasiya mexanizminin olmasını ortaya qoyurdu. Ölmüş şəxslərin adına pensiya ödənməsi, bir nəfərə 2 rayondan pensiya verilməsi halları fondun bütün rayonlarında mövcud olan mənimsəmə mexanizminin tərkib hissələri idi.

2 milyard 500 milyon manat büdcə vəsaiti harada “yandı”

Belə iddialar da vardı ki, Səlim Müslümovun nazir, bundan əvvəl isə DSMF sədri olduğu illər ərzində təkcə bu istiqamət üzrə 2-2,5 milyard manat vəsait yoxa çıxarılıb. Hesablama Palatasının 2016-cı ilə dair hesabatı da fond sistemində oturuşmuş korrupsiya sxemi yaradılmasını ortaya qoyub. Hesablama Palatasının əvvəlki yoxlamaları ilə indiki arasında da çox ciddi keyfiyyət fərqinin olması xəbərləri də var. Bu isə o deməkdir ki, ortaya daha böyük korrupsiya faktları Hesablama Palatasının rəsmi hesabatı şəklində çıxa bilər.

Bu iddialar fonunda Səlim Müslümovun susqunluq nümayiş etdirməsi, haqqında digər ittihamların da tirajlanmasına yol açıb. Modern.az saytı yazır ki, bir müddət əvvəl iddia olunurdu ki, eks-nazir Nazirlər Kabinetində yer almaması xəbərinə çox pis olub və hətta guya infarkt keçirib. Səhhətində yaranan problemlər xəbər gündəmini zəbt etdikdən sonra indi də eks-nazirin xaricə köçəcəyini söyləyənlər var.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru