Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb? - "Dərman mafiyası işi”
Tarix: 21-05-2018, 08:55 | Çap et
Məsələ dərman biznesi ilə məşğul olan deputatları da vurmağa başlayıb. Bir müddət öncə xanım deputat Elmira Axundovanın adı bu işdə keçdikdən sonra Bakı Ürək Mərkəzinin rəhbəri Rəşad Mahmudovun vəzifəsindən uzaqlaşdırılması da "Dərman mafiyası işi” ilə bağlanır. Artıq R.Mahmuvodun bu məsələ ilə bağlılığı haqda bəzi iddialar səsləndirilsə də, bunların həqiqətə nə qədər yaxın olması haqda hələlik heç bir ehtimalımız olmadığı üçün kluarlarda bu işdə adı daha çox hallanan başqa bir deputat – Cavanşir Feyziyevlə bağlı xəbərlərin üzərində dayanmağı lazım bildik. Mətbuat C.Feyziyevin artıq özünümüdafiə məqsədilə hərəkətə keçdiyi, haqqında internet mediada əvvəllər dərc edilmiş neqativ yazıların sildirilməsi üçün addımlar atdığı barədə yazır. Məlumatsız oxuculara xatırlatmaq yerinə düşər ki, C.Feyziyev "Avromed” şirkətinin yaradıcısı və payçısıdır. Bir neçə il əvvəl deputat şirkətin təsisçiliyindən imtina etdiyini açıqlasa da, əslində, onun "Avromed”də əhəmiyyətli paya malik olduğu aydın məsələdir. Onu da xatırlatmaq yerinə düşər ki, bir neçə il öncə hətta hakimiyyətə yaxın media orqanlarında da C.Feyziyevi və onun şirkətini tənqid edən materiallar özünə yer alırdı. Şərhlərdə onun hökumət mediasında vurulmasının müxtəlif səbəbləri göstərilsə də, həmin ərəfələrdə "Avromed”in işinin xeyli zəiflədiyi nəzərə çarpdı. Düzdür, sonradan C.Feyziyev açıqlama verərək şirkətin təsisçiliyindən getdiyini bildirdi. Lakin bunun da reallığı əks etdirmədiyi hamıya məlumdur. Parlamentdəki biznesmen deputatların heç birinin biznesini özünün adına rəsmiləşdirmədiyi, yaxud mandat aldıqdan sonra öz adından çıxarıb başqasının adına keçirməsi sirr deyil. C.Feyziyev də bu ənənədən kənar qalmayıb desək yanılmarıq. Mövzu ilə bağlı söhbətləşdiyimiz əczaçı deyir ki, son təxminən bir ildən çox müddətdə "Avromed” yenidən bazarda əvvəlki mövqeyini bərpa etməkdədir: "Yenə bazarda aparıcı paya malik olmaq istiqamətində gedir işlər. Saxta dərmanlar məsələsi bir az qəlizdir, bunu hər sıravi əczaçı bilə bilməz. Təcrübəmdə işlədiyim apteklərin hər hansı birində alıcı tərəfindən saxta olduğu üçün geri qaytarılan dərman görməmişəm. Lakin böyük firmaların böyük partiyalarla saxta dərmanlar gətirməsi haqda son günlər tez-tez eşidirəm”. Həmsöhbətimiz onu da qeyd etdi ki, "Avromed”in apteklərində heç bir başqa firmanın dərmanı satılmır: "Onlar apteklərində yalnız öz dərmanlarını satırlar. Əksinə, başqa firmaların aptekləri onlardan mal götürür. Eşitdiyimə görə, rəhbəri deputatdır”. C.Feyziyevin adının bu işdə hallandırılmasına sosial şəbəkələrdə daha çox rast gəlinir. Deputatın bu işdə mütləq cəlb edilməli olduğu barədə şərhlər mövcuddur. Detallı olmasa da, insanların bu cür mövqe sərgiləməsinin ehtimal ki, hansısa əsaslı səbəbləri var. Yaxud bəlkə də sadəcə C.Feyziyevin ən böyük dərman firmalarından birinin rəhbəri olması bu cür iddialara səbəb olur. Məsələ hər nədirsə, təəssüf ki, adıçəkilən deputata ulaşmaq, ondan hansısa suala cavab almaq müşkül məsələyə çevrilib. AFN olaraq bir müddət bundan əvvəl "Avromed”in bazardakı rolu ilə bağlı deputata bir neçə sual ünvanlasaq da, cavab ala bilməmişik. Hər bir halda, bütün yazılanlarla bağlı C.Feyziyevin mövqeyini verməyə hazırıq. AFN
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|