Etibar Pirverdiyev dəvə fermasını kriptovalyuta fermasına dəyişib - İDDİA
Tarix: 7-05-2018, 08:28 | Çap et
“Azərenerji” prezidenti Etibar Pirverdiyev dəvə fermalarını kriptovalyuta istehsal edən fermalara dəyişib. Bu haqda “Yeni Müsavat”ı məlumatlandıran mənbə deyib ki, Sumqayıtdakı sənaye zonasında Etibar Pirverdiyev böyük bir mayninq ferması inşa etdirib. Aylar öncə inşası başa çatan fermanın “Azərenerji” prezidentinə artıq böyük gəlirlər gətirdiyi haqda məlumat da var.
Ümumilikdə isə bütün dünyada kriptovalyuta “ehtirası” artan xətt üzrədir. Belə görünür ki, azərbaycanlı məmurlar da virtual pullara çatmaq üçün əllərini sallayıb oturmayıblar, hərəkətə keçiblər. Aylar öncə redaksiyamıza daxil olan məlumatlardan bilinirdi ki, ölkəyə kriptovalyuta istehsalı üçün lazım olan xüsusi avadanlıqlar daşınmağa başlanıb.
“Yeni Müsavat”a daxil olan məlumatda deyilirdi ki, belə avadanlıqların bir partiyasını yüksək vəzifə tutan məmurlardan biri ölkəyə gətirmək istəyib. Lakin avadanlığı lazımi qaydada rəsmiləşdirməkdən yan keçmək, kriptovalyuta - bitkoin sikkələri istehsalı ilə məşğul olduğunu gizlətmək üçün fənd işlədib. Bu isə ümumilikdə avadanlığın sərhəddə ilişib qalmasına səbəb olub. Belə ki, avadanlıq adi kompüter avadanlığı kimi rəsmiləşdilib. Sərhəddə müvafiq yoxlamalar zamanı isə məlum olub ki, avadanlıq hissələrə sökülmüş bitkoin fermasıdır. Fermanın ümumi dəyərinin 20 min manata yaxın qiymətləndirildiyi barədə də məlumat var. Avadanlığın 1 ay ərzində 3-5 bitkoin istehsal gücünün olduğu da bildirilir. Ümümdünya torunda belə avadanlıqların satışı, qiymətləri, texniki xidmət, avadanlığın gücündən asılı olaraq nə qədər gəlir gətirməsi, quraşdırılması və s. məsələlərlə bağlı çoxsaylı videolar var.
(Azərbaycanlı məmurun ölkəyə gətizdirmək istədiyi bitkoin fermasının hansı şəkildə olması, quraşdırılması haqda videonu bu yazının müsavat.com saytənda dərc olunan elektron versiyasında izləyə bilərsiniz.)
Hazırda əsasən “Bitmain Atnminer S9" avadanlığına böyük tələbatın olduğu haqda da məlumatlar var. Həmin avadanlığın hansı texniki vasitələrdən ibarət olması haqda bilgiləri diqqətə çatdırmazdan əvvəl qeyd edək ki, bitkoin 17 dekabr 2017-ci tarixində 20 min 078 dollar satış qiyməti ilə tarixi bir rekord qırdı. Halbuki 2-3 il əvvəl isə 1 bitkoin 1-2 dollara bərabər idi. Düzdür, tarixi maksimuma çatdıqdan sonra kriptovlyuta bir qədər zəifləyib və hazırda 1 bitkoin 10 min dollar civarında qərarlaşıb.
“Bitkoin nədir” deyə maraqlanırsınızsa invest.az-ın təqdim etdiyi aşağıdakı məqalədə ətraflı məlumat əldə edə bilərsiniz. Bitkoin Azərbaycanda yeni populyarlaşmağa başlayıb. Xarici ölkələrdə isə pulun gələcəyi olaraq tanınır. Ölkəmizdə də tədricən tanınan bitkoin, rəqəmsal dünya üçün əlverişli bir valyuta növüdür. Bu valyutaya heç bir mərkəzi olmayan virtual valyuta deyə bilərik. Satoshi Nakamoto tərəfindən 2008-ci ildə yaradılan bu valyuta qlobal bazarlarda dollar və avroya alternativ olaraq təqdim edilir. Bitkoinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, mərkəzi bank da daxil olmaqla hər hansı bir dövlət qurumu tərəfindən idarə olunmur. Buna görə də, valyutaların qiymət hərəkəti bitkoinə heç vaxt təsir etmir. Onun dəyəri bazarda tələb və təklif şərtləri ilə müəyyən edilir. Tələb artdıqca, qiyməti artır, azaldıqda isə dəyəri aşağı düşür. Bitkoin virtual dövriyyəsi olan bir valyuta olduğundan, insanların öz şəxsiyyətlərini açıqlamadan pul göndərməyinə imkan verir. Bu sistem sizin şəxsiyyətinizi tamamilə məxfi saxlayaraq, İnternet üzərindən alış-veriş və ya investisiya etmək imkanı verir.
Bəs bitkoin necə istehsal edilir? Bu haqda əvvəl yazdıqlarımızdan sitat:
“Bu sual ”Bitkoin nə deməkdir?" sualından sonra soruşa biləcəyiniz ən vacib məsələdir. Çünki pullar dövlətlər tərəfindən dövriyyəyə verilir və Bitkoinin dövlətlərlə heç bir əlaqəsi yoxdur. Bəs bitkoin necə istehsal olunur və bunu kim edir? Əlbəttə ki, kompüterlər. Bitkoin istehsalına “mayninq” (mining) deyilir. Virtual “mayninq” üsulu ilə verilmiş 16 simvolu kodlaya bilən kompüterlər bitkoin qazanır.
Bitkoin necə qazanılır?
İlk olaraq heç bir məbləğ ödəmədən bitkoin hesabı açmalısınız. Virtual cüzdanınızı (birdən artıq virtual cüzdan yarada bilərsiniz) yaratdıqdan sonra bitkoin şəbəkəsinin əməliyyatlarını təsdiqləmək üçün kompüterlərdə riyazi əməliyyatlar etməlisiniz. Bitkoin üçün bilik və kompüterinizə güvənməlisiniz. Bitkoin əməliyyatları kompüterinizin təchizatı ilə aparılır. Kompüteriniz nə qədər güclü olsa, performansınız o qədər yaxşı olacaq. Bitkoin əməliyyatları üçün xüsusi olaraq hazırlanmış sistemləri ala və ya icarə götürə bilərsiniz. Bu barədə bilmədiyiniz halda, mövcud “mayning hovuzlarına” (bitkoin hovuzları kimi tanınır) qoşulmaqla gəlirinizi artıra bilərsiniz. “Mayning hovuzları” olduqca çoxdur. Ümumiyyətlə, bir blokdan daxil olan ümumi gəlirlər hovuz iştirakçıları arasında xüsusi formula əsasında paylanılır. Bir növ kompüterinizin gücünü digər istifadəçilərlə birləşdirərək qazanacaqsınız. Bitkoin əldə etmək üçün mövcud pulunuzu müəyyən bir valyuta məzənnəsindən dəyişə bilərsiniz və ya bitkoin-satan sistemlərdən birbaşa əldə edə bilərsiniz. Bitkoin ilə yanaşı Ethereum, Ripple, Monero, Zcash kimi bir çox kriptovalyutalar da məşhurluq qazanmaqdadır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
|