QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                 

Şahin Mustafayev yeni baş nazir ola bilər - İDDİA
Tarix: 20-04-2018, 08:56 | Çap et
Şahin Mustafayev yeni baş nazir ola bilər
Aprelin 18-də İlham Əliyev rəsmən dördüncü müddətə prezidentlik səlahiyyətlərinin icrasına başladı. Xatırladaq ki, 2013-cü ilin oktyabrın 23-də Milli Məclisdə and içərək prezident səlahiyyətlərinin icrasına başlayan İ.Əliyev dərhal Nazirlər Kabinetinin yeni tərkibini elan etmişdi. Gözlənilirdi ki, bu dəfə də andiçmə mərasimi başa çatdıqdan sonra yeni kabinetin tərkibi elan olunacaq. Amma İ.Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərini yeni hökumət formalaşanadək icra etmələri haqda sərəncam imzaladı.

Yada salaq ki, 2013-cü ildə seçkilərdən sonra açıqlanan yeni kabinetdə müdafiə naziri Səfər Əbiyevin, əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun və kənd təsərrüfatı naziri İsmət Abbasovun adları yox idi. Müdafiə naziri postu Zakir Həsənova, əmək və əhalinin sosial müdafiəsi naziri postu isə Səlim Müslümova həvalə olundu. Heydər Əsədov isə kənd təsərrüfatı naziri vəzifəsinə təyinatı aldı.

“Yeni Müsavat”a daxil olan məlumata görə, hökumətin yaxın günlərdə elan olunacaq tərkibində bəzi sensasion təyinatlar gözlənilir.

Məlumdur ki, neçə illərdir medianın əsas diqqəti baş nazir Artur Rəsi-zadəni əvəzləyəcək namizədə dikilib. İndiyədək bu posta ən müxtəlif şəxslərin adı hallanıb. O nazirlərin bəziləri artıq hökumətdən uzaqlaşdırılıb, bəziləri isə əvvəlki qüdrətdə deyil. İkinci bir tərəfdən, 2016-cı il konstitusiya düzəlişlərindən sonra baş nazir artıq ölkənin ikinci səlahiyyətli şəxsi sayılmır. Amma bütün bunlar “Rəsi-zadə gedərsə, kim gələcək” sualı ətrafında müzakirələri səngitməyib. Həm seçki ərəfəsi, həm seçkidən ötən qısa müddətdə baş nazirlə bağlı “informasiya axını” güclənib.

“Yeni Müsavat”ın məlumatına görə, baş nazirin gedəcəyi dəqiqdir. Mənbəmiz onun ilin sonuna kimi yenidən vəzifəsinə təsdiqlənəcəyi ilə bağlı xəbərləri inandırıcı saymır. Bildirilir ki, prezident böyük ehtimalla iqtisadiyyat naziri Şahin Mustafayevin namizədliyini Milli Məclisə göndərəcək.

Şahin Mustafayev 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub. M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006-2008-ci illərdə vergilər nazirinin birinci müavini vəzifələrində işləyib. 2008-ci ildən hökumətdə nazir portfelinə sahibdir. Adı korrupsiya və rüşvət qalmaqallarında hallanmayan nazir xüsusilə ölkənin qeyr-neft sektoruna keçidi dövründə hökumətdə əsas fiqurlardan birinə çevrilib. Prezident yanında güvənilən “iqtisadi komanda”ya daxildir.

Ş.Mustafayevin baş nazir təyinatı kifayət qədər uğurlu seçim ola bilər. Çünki iqtidar neçə illərdir ki, ölkənin iqtisadiyyatını neft asılılığından qismən də olsa qurtarmağa çalışır və buna müəyyən dərəcədə nail də olub. Yaxın illərdə də bu strategiya davam edəcək və bu baxımdan “işin içində olan” Ş.Mustafayev kimi kadrın baş nazir təyinatı mümkün görünür.

Digər bir ehtiyat namizəd kimi Yaqub Eyyubovun da adı çəkilir. Yaqub Eyyubov 1999-2003-cü illərdə baş nazirin müavini, 2003-cü ildən baş nazirin birinci müavinidir. Yəni Nazirlər Kabinetində işlədiyi müddətin davamlılığını nəzərə alsaq, onun baş nazir postuna gətirilməsində problem yoxdur. Ən azından uzun illərdir ki, ayrı-ayrı zamanlarda Artur Rəsi-zadəni əvəzləyib.

Yaqub Eyyubov 1945-ci ildə Mingəçevir şəhərində anadan olub. İxtisası inşaat mühəndisidir, texnika elmləri doktoru, professordur.

Hökumət tərkibində gözlənilən daha bir sensasion dəyişiklik xarici işlər naziri Elmar Məmmədyarovun istefaya göndəriləcəyidir. E.Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil. Təcrübəli diplomat olan E.Məmmədyarov, təəssüf ki, illərdi XİN-i “hücum diplomatiyası”na kökləyə bilməyib. Son illər “DQR”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda “dişsiz siyasətinin” nəticəsi hesab olunur. Azərbaycan iqtidarına Qərb dairələrindən hücumlarda da E.Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu da deyilir. Xüsusən siyasət və informasiya texnoloqları belə hesab edirlər ki, nazir diplomatların seçimində də peşəkar deyil. Bu səbəbdən də son illər səfirliklərlə bağlı korrupsiya faktları hallarına rast gəlinir. Bu da idarəetmədə ciddi nöqsanlar olduğu barədə rəyləri möhkəmləndirir.

Hökumətə yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, E.Məmmədyarovla bağlı qərar verilib. Məlumatlı mənbə iddia edir ki, 2004-cü ildən nazir işləyən Məmmədyarov müəyyən müddət istirahət arzusundadır, bundan sonra o, BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin edilə bilər.

E.Məmmədyarovu əvəzləyəcək diplomat isə Vaşinqtondan gələcək. Mənbənin iddiasına görə, Azərbaycanın xarici siyasət nazirliyinə başçılıq ABŞ-dakı səfirimiz Elin Süleymanova həvalə oluna bilər.

Elin Süleymanov uzun illər Azərbaycanın Los-Ancelesdəki konsulu işləyib. 2011-ci ilin oktyabrından isə ölkəmizin ABŞ-da fövqəladə və səlahiyyətli səfiridir.

Qeyd edək ki, mediada müdafiə sənayesi naziri Yavər Camalovun da yeni hökumətdə təmsil olunmayacağı ilə bağlı iddialar var. Onun səhhətində problemlər olduğu deyilir. Kənd təsərrüfatı naziri Heydər Əsədov da hökumətdən uzaqlaşdırıla bilər. Bu məsələdə qudası Ziya Məmmədov faktorunun olduğu da istisna edilmir, amma iddialar var ki, iqtidar onun 5 illik fəaliyyətindən razı deyil.

Təhsil nazirinin kim olacağı ilə bağlı hətta ən ağlagəlməz versiyalar var. Ekspertlər bu məsələdə “baş sındırmağı” heç kimə məsləhət görmür. Çünki prezident İlham Əliyev 15 illik hakimiyyəti dönəmində işdən çıxardığı hansısa nazirin yerinə kimin təyin ediləcəyi məsələsində mediaya hər zaman “qalib gəlib”.

Bu dəfə yanılıb-yanılmayacağımızı çox gözləmək lazım gəlməyəcək...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru