İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

Miqrasiya Xidməti: rəis Firudin Nəbiyevin qohumlarının təltifi, 3 manatlıq əməliyyatlar və... - Xidmətdə nələr yaşanır?
Tarix: 5-04-2018, 08:39 | Çap et
Miqrasiya Xidməti: rəis Firudin Nəbiyevin qohumlarının təltifi, 3 manatlıq əməliyyatlar və...
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin rəhbərlik etdiyi qurumun tətbiq etdiyi "sistem” nəinki minlərlə soydaşımızı, o cümlədən Azərbaycana sərmayə qoyan əcnəbi iş adamlarını da təngə gətirib.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, iş o yerə çatıb ki, hətta 20 l əvvəl Azırbaycan vətəndaşı ilə ailə quran, rəsmi nigaha daxil olan əksər Gürcüstanlı soydaşlarımız ya boşanmaya, ya da geri dönməyə məcbur qalıblar.

Maraqlı burasıdır ki, ailələrini dağıtmaq istəməyən Azərbaycan vətəndaşı olan kişilərin bəziləri hər üç aydan bir sərhəd keçib –qayıtmaq xərclərini qarşıya bilmədikləri, eyni zamanda, 5 illik qeydiyyat qeydiyyat üçün əvvəlcə hər il bir tələb olunan çoxsaylı sənədlər və xərclər, həmçinin buna sərf edilən əzab-əziyyəti göz önünə alaraq Gürcüstana köçüblər.

Qafqazın ən zəngin neft ölkəsi olmaqla öyündüyümüz Azərbaycandan köç edən vətəndaşlarımız, o cümlədən soydaşlarımız orada dilənçi gününə düşüblər. Bu azmış kimi, ən böyük problem hələ də qalır: bəs belə ailələrin Azərbaycan vətəndaşı olan övladlarının taleyi necə olacaq, onların övladları gələcəkdə hansı ölkədə hərbi xidmət keçəcək və s.

Bu və ya digər məsələlərlə bağlı Miqrasiya Xidmətinin adının çəkilməsini istəməyən əməkdaşlarının biri ilə söhbət etdik.

Həmin şəxsin Mia.az-a veridyi məlumata görə, hazırda Miqrasiya Xidmətində elə bir "sistem” davam edir ki, bundan sonra da qeyd edilən problem nəinki həll edilə, əksinə, ildən ilə daha da etiraz doğuracaq vəziyyət ala bilər. Çünki rəis Firudin Nəbiyev və komandası ya bilərəkdən, ya da savadsızlıqdan əngəllərin mövcud olmasına, hətta dərinləşməsinə çox maraqlıdır:

Miqrasiya Xidməti: rəis Firudin Nəbiyevin qohumlarının təltifi, 3 manatlıq əməliyyatlar və...

"Görün nə vəziyyət yaranıb ki, hətta ölkə rəhbərliyini də aldatmağa cəhd edirlər. Sizə adicə bir fakt deyim. Cənab prezident İlham Əliyev 20 gün əvvəl, daha dəqiqi, martın 16-da Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Siz o sərəncamda adı olanlar haqda araşdırma aparsanız, görəcəksiz ki, bir-iki nəfər istisna olmaqla, Firudin Nəbiyev əslində, kimlərin adına təltif üçün təqdimat verib və bununla kimlərə hansı mesajları verib. Mən çox dərinə getmək istəmirəm. Sadəcə o təltif olunanlardan birinin adını çəkirəm.

Baxın, miqrasiya orqanlarında qulluqda fərqləndiyi və səmərəli fəaliyyət göstərdiyinə görə "Tərəqqi” medalı ilə təltif olunan Səfərov Rövşən Elxan oğlu kimdir? O, Miqrasiya xidməti rəisi Firudin Nəbiyevlə necə qohum olub? Axı, vaxtı ilə Dövlət Sərhəd Xidmətində işləmiş bu adama o yaşda birdən-birə niyə və kimə görə Miqrasiya Xidmətində ehtiyac yarandı? Və nəhayət, doğrudanmı o, səmərəli fəaliyyət göstərir?

Və yaxud "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunanlar - Abdullayev Ramil İntizam oğlu, Əhmədov Tural Rüstəm oğlu, Əliyev Pərviz Namiq oğlu, Hüseynova Əfsanə Məzahir qızı, İsayev Əli Arif oğlu, Kazumova Günay Şaiq qızı, Kərimova Zülfiyyə Ənvər qızı, Məmmədov Kənan Əsvər oğlu, Mirzəyev Elvin Əli oğlu, Mikayılov Bağır Mikayıl oğlu və Şirəliyev Kamil Güləli oğlu xidmətdə hansı vəzifələri tuturlar? Onların xidmətdə əsas işləri nədən ibarətdir?

Bu istiqamətdə kiçik araşdırma aparsanız, müvəqqəti və işçi qeydiyyatı, o cümlədən daimi yaşamaq üçün müraciət edən vətəndaşların nələr çəkdiklərinə də işıq sala bilərsiniz”.

Xidmətin əməkdaşı deyir ki, Firudin Nəbiyev bu sistemdə ötən il müavini təyin edilmiş Vəli Nağıyevə qədər ümumiyyətlə, heç kimi saymayıb: "O, indinin özündə də yalnız Vəli Nağıyevdən ehtiyat edir. Digər müavinləri isə ona zərrə qədər təsir göstərmək və ya təklif vermək səlahiyyətində deyil.

Yeri gəlmişkən, martın 16-dakı sərəncamla Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilməsi də, buradakı Nəbiyev qruplaşmasını sanki yasa batırıb...”.

Müsahib deyir ki, hazırda Nəbiyev və onun qrupu elektron qeydiyyat və prezidentin fərmanıyla tətbiq edilən e-viza sistemi ilə şəffaf fəaliyyət göstərdikləri istiqamətində süni görüntü yaratmağa cəhd edirlər:

"Hələlik diqqətinizi elektron viza ilə bağlı məqsədli tətbiq edilən pöroblemə çəkim. Baxın, bu sistemlə Azərbaycana gəlmək istəyən turist və ya istənilən əcnəbi yalnız 1 aylıq viza ala bilər. Çox maraqlıdır, niyə bu sistemlə 2 və ya 3 aylıq viza almaq olmur?

Düzdür, Nəbiyev deyə bilər ki, bu, ondan aslı deyil. Yaxşı, o zaman ona sual verən lazımdır ki, bəs bu sistemlə bağlı layihəni, təklifləri, yekun müddəaları kim hazırlayıb, kim hökumətə təqdim edib? Və niyə bir aydan çox ölkədə qalmaq istəyən əcnəbidən əlavə sənədlər tələb olunur?

Özü də Azərbaycana gəldikdən sonra. Biz bu tip məhdudiyyətlərlə bura uzun müddətli turist axını cəlb edə bilərikmi?!

​Nəzərinizə çatdırım ki, başqa normal ölkələrdə bir aydan artıq viza almaq üçün bizdəki kimi tələblər yoxdur. Əgər 1 aylıq vizayla Azərbaycana gəlib, sonra bu vizanın müddətini uzatmaq istəsən, miqrasiya idarəsi o qədər sənəd istəyir ki, onları toplamaq qeyri-mümkündür. Məsələn, həkimdən elə sənəd verməlisən ki, obrazlı desək, saat kimi işləkliyin təsdiqlənməlidir. Yaxud, miqrasiya idarəsi az qala ulu babanın doğum şəhadətnaməsini tələb edir. Rüşvətsiz bu sənədləri burada almaq mümkündürmü? Və ya buna nə qədər zaman sərfiyatının getdiyi aydın deyilmi?”.

Məlumatlı şəxs müvəqqəti pulsuz qeydiyyatla bağlı problemə də toxunub:

"Ölkəmizə vizasız gələ və burada 90 gün yaşamaq istəyən insanlar üçün reklam çarxı hazırlayıblar. O çarxda deyilir ki, siz idarəyə bura gəlmədən evinizdən internet vasitəsi ilə qeydiyyata dura bilərsiz. Düzdür, bu, mümkündür. Amma məsələ budur ki, məsələn Rusiyanın Sibir vilayətindən və ya Gürcüstanın ucqar kəndindən gələn və heç bir internet anlayışı olmayan və ya hələ də bu sistemə güvənməyən əcnəbi neyləməlidir?

Əvvəla, onların heç çoxunun bu reklam çarxından xəbərləri yoxdur. İkincisi və ən əsası isə onlar ən etibarlı qeydiyyatı dədə-baba qaydasında, yəni birbaşa xidmətə gəlməklə, rəsmiləşdirmək və rahat olmaq istəyirlər. Bəs, Firudin Nəbiyev bu "paraqraf"la bağlı hansı şəraiti yaradıb?

Nzərinizə çatdırım ki, o, əvvəl Miqrasiya Xidmətinin Bakı Regional İdarəsin 8-10 nəfər işçi yığıb, bunu qeyri-rəsmi pullu xidmətə çevirdi. Beləliklə, müvəqqəti qeydiyyata düşən hər bir şəxsdən 3 manat "xidmət haqqı” toplanmağa başlanıldı. 5-6 ay əvvəl isə bu, idarə içində söz-söhbət yaratdı. Düzü, bunun pul üstə, yaxud qorxudan edildiyini bilmirəm. Ancaq fakt odur ki, həmin qeyri-leqal pulyığanlar idarənin binasından çıxarılıb, yaxınlıqdakı 9 mərtəbəli binanın birinci mərtəbəsinə yerləşdirildi. Və hazırda da bu pulyığma əməliyyatı idarə binasının 5 addımlığında eyni işçilər və sistemlə türklər demişkən, yenə də tıkır-tıkır işləməyə davam edir”.

Müsahibimizin ehtimalına görə, F.Nəbiyev ola bilər ki, nə vaxtsa buna görə cəzalandırıla biləcəyini də düşündüyü üçün önləyici tədbir də görüb:

​"O, dar ayaqda uşaqbaşı aldadırmış kimi, deyə bilər ki, bəs 3 manat "xidmət haqqı alan qrup” xidmətin işçiləri deyil. Hansısa özəl şirkətin işçiləridir və onlar sərbəst formada anket-sənəd doldura bilməyənlərə guya hüquqi yardım göstərir. Bəli, bu məsələdə düz deyir, o işçilər həqiqətən də Miqrasiya Xidmətinin rəsmi işçiləri deyil, lakin Firudun Nəbiyevin yaxın qohumunun təsis etdiyi MMC-inin işçiləridir. Dövlət Xidmətinə müraciət edənlərin hər biri də məqsdəli şəkildə onların üzərinə göndərilir. Ancaq ora daxil olanların hamısı həmin qızları Miqrasiya Xidmətinin rəsmi işçiləri olduğunu zənn edir. Və elə sanırlar ki, bu ödədikləri 3 manat da Miqrasiya Xidmətinin tətbiq etdiyi rəsmi xidmət haqqıdır. Axı, əcnəbi haradan bilir ki, kassa-fason yerdən cəzma-qaralı, istifadə edilmiş adı kiçik kağız parçasına vurulan möhürün özünün belə hüquqi əsası yoxdur?!

Və maraqlıdır ki, bütün bunları Miqrasiya Xidmətinin bütün rəhbər heyəti əla bilir, lakin göz yumurlar. İndi kim iddia edə bilər ki, Firudin Nəbiyevin burada hər hansı marağı yoxdur? Əksini iddia edirsə, o zaman miqrasiyaya 7-8 gənc və ya "Asan-xidmət”dəki kimi könüllülər cəlb edib, bunu pulsuz niyə həll etmirlər?”.

Xidmətin əməkdaşı iddia edir ki, çox rahatlıqla elə belə "xırda görünən proseslər"dən böyük pullar qazanırlar.

Sonda məlumatlı şəxs xidmət daxilində cərəyan edən çox maraqlı məlumatlardan da söz açıb. Bu və ya digər məqamlarla bağlı qarşı tərəfədən mövqe öyrənə bilmədik.

Qarşı tərəfin rəsmi mövqeyini də dinləməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru