Əbülfəs Qarayev belə bir işçi ilə "yola davam" deyirsə... - İTTİHAM VAR
Tarix: 13-07-2016, 09:16 | Çap et
Ölkəmizdə dövlət büdcəsindən ayrılan vəsaitlərin müxtəlif işlər görülməsi adı altında silinərək mənimsənilməsi artıq adi hala çevrilib. Son illər büdcədən Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrinə ayrılan yüz min manatlarla vəsaitin xərclənməsində korrupsiya hallarına yol verilməsi ilə bağlı mətbuatda mütəmadi olaraq məlumatlar dərc olunur. Hətta Hesablama Palatası da son illər rayon mədəniyyət və turizm şöbələrində apardığı yoxlamalarda ciddi şəkildə maliyyə vəsaitlərinin mənimsənilməsi faktlarını üzə çıxarıb. Buna baxmayaraq, hələ də bəzi şöbələrdə problemlər qalmaqdadır. Gundelik-baku.com-a verilən bilgilərə görə, Salyan rayon Mədəniyyət və Turizm Şöbəsində də neqativ işlər cərəyan etməkdədir. Bu barədə bir qədər sonra. Məlumat üçün bildirmək istəyirik ki, Salyan rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 109 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Onlardan 16 mədəniyyət evi (1 rayon mədəniyyət evi, 1 qəsəbə mədəniyyət evi, 14 kənd mədəniyyət evi), 30 klub (25 kənd klubu, 5 şəhər klubu), 2 muzey (1 Tarix-Diyarşünaslıq vmuzeyi, 1 Heydər Əliyev muzeyi), 55 kitabxana (1 Mərkəzləşdirilmiş Kitabxana ,1 uşaq, 1 gənclər, 5 şəhər, 47 kənd kitabxanası), 1 Dövlət Kukla Teatrı, 1 kinoteatr (fəaliyyəti müvəqqəti dayandırılıb), 1 Dövlət Rəsm Qalereyası, 1 Mədəniyyət və İstirahət Parkı, salyanlıların musiqi zövqünün formalaşmasına dəstək olan 2 musiqi mərkəzi ( İncəsənət məktəbi, Yenikənd kənd musiqi məktəbi) fəaliyyət göstərir. Bütün bu müəssisələrdə 480 nəfər işçi çalışır. Bizə verilən məlumatlara görə, şöbənin müdiri Toğrul Cavadov öz maraqlarını əsas tutaraq büdcə vəsaitlərinin qəniminə çevrilib: «Salyan Mədəniyyət və Turizm Şöbəsinə hər il yüz min manatlarla vəsaitlər ayrılır. Təkcə 2014-cü ildə 258 min manat, 2015-ci ilin ilk rübündə isə 219 min manat vəsait ayrılıb. Həmin vəsvaitlər əsasən cari təmir, dəftərxana ləvazimatlarının, maşın avadanlıqların, bərk və yumşaq inventarların alınması üçün ayrılır. Bu vəsaitlər şöbədə çalışan mədəniyət işçilərinin maaşlarına və digər xərclərə aid deyil və sırf Salyan Mədəniyyət və Turizm şöbəsinin təminatına xərclənib. Lakin ayrılan vəsaitlərin yetərli hissəsi aidiyyatı işlər, avadanlıqların alınması adı altında silinib. Rayondakı xeyli sayda mədəniyyət və turizm obyeki olsa da, bunların əksəriyyəti bərbad vəziyyətdədir. Kəndlərdəki mədəniyyət evləri demək olar ki, tamamilə dağılıb, kitabxanaların isə adı var, özü yoxdur». İddialara əsasən, şöbə müdiri büdcə vəsaitlərini olmayan obyektlərin adına yazaraq, özünə götürməyi bacarır: «Toğrul Cavadov bir müddət əvvəl keçirilən tenderdə 227 min manatın sahibi olmağa nail olub. Deyilənə görə, ayrılmış pulun 13235 manatı idarənin digər xərcləri adı altında silinib. Bu «digər xərclərin» konkret olaraq nədən ibarət olduğunu isə bilən yoxdur. «Əlövsət-Ə» MMC ilə əlbir şəkildə hərəkət edən şöbə müdiri avadanlıqların satın alınması adı altında da daha 22121 manatı özünküləşdirməyə nail olub. «Şərik»lərin işləri bununla da bitməyib. Onlar bərk inventarların alınması üçün 43871 manat, yumuşaq inventarların alınması üçün isə 15 min manata yaxın pul «xərcləyiblər». Deyilənlərə görə, bu alınanlardan yalnız Toğrul Cavadov faydalana bilib. Çünki təkcə otağının mebelini dəyişdirməklə bütün prosesi yekunlaşdırıb. Salyan Mədəniyyət və Turizm Şöbəsi əsaslı təmir işlərinə 18774 manat xərclədiyi halda, cari təmir işlərinə isə 43260.52 manat sərf olunub. Şöbə müdirinin kiçik bir müəssisə üçün 19 min manatlıq dəftərxana ləvazimatı alması isə işin ağını çıxarmaqdan başqa bir şey deyil». Rayondakı mənbələrin bildirdiyinə görə, şöbə müdiri imza atdığı qeyri-qanuni işlərin sayəsində maddi durumunu xeyli yaxşılaşdırıb. Onun böyük biznes şəbəkəsinə sahib olduğu bildirilir. Bu haqda yaxın günlərdə ətraflı məlumat verməyə çalışacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
|