Qarabağda müharibə hədəsi və ya TƏHLÜKƏLİ SAKİTLİK
Tarix: 8-07-2016, 12:02 | Çap et
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əməli işlər hələ də yoxdur. Bunun əksini sübut edəcək bir arqument yoxdursa, deməli, heç bir addım atılmayıb.
Son günlərin ən real addımlarından biri cəbhə xəttində mövcud olan nisbi sakitlikdir. Prezidentləri Vyana görüşündən dərhal sonra bütün cəbhə boyu nisbi sakitlik yarandı. Amma bir neçə gün əvvəl bu sakitliyə də, ciddi yanaşmağın əbəs olduğunu sübut edən fakt qeydə alındı. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri erməni snayper tərəfindən vuruldu.
Bunu gərginliyin ilk simptomu hesab etmək olar. Amma məsələnin digər maraqlı məqamları da var. ABŞ və Almaniya Dağlıq Qarabağ nizamlanmasında Rusiyanın dominant olduğunu bir daha etiraf etdi və həm də bu etiraf mövcud reallıqla barışmaq idi. Həm kansler Merkel, həm də prezident Obama Rusiyanın daha fəal olmasını dilə gətirdilər. Mövqelər ortadadır. Və bu mövqelərin fonunda Azərbaycan və Ermənistan prezidentlərinin müzakirəsinə verilmiş Rusiyanın təklifləri var. Əldə olan informasiyalara görə, başqa bir həll planı nə gündəlikdə, nə masa üzərində, nə də müzakirədə yoxdur. Deməli, Rusiya bütün ipləri əlinə yığa bilib.
Amma bu da Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış situasiyanın tam mənzərəsi deyil. Məsələ ondadır ki, Vyana görüşündən sonra atəş xəttində nisbi sakitlik olsa da, müharibə reallığının hər an gündəmə gəlməsi proqnozları var.
Bu proqnozlar əsasən, Qərbdən və Ermənistanda üzü Qərbə baxan ekspertlərdən gəlir. Ən ciddi belə proqnoz Beynəlxalq Böhran Qrupundan (BBQ) oldu. Azərbaycanın yenidən hərbi əməliyyatlara başlayacağını və hətta istifadə olunacaq raketlərin tipini də xəbər verən hesabatında BBQ sanki həyəcan təbili çaldı.
Başqa bir ciddi bəyanat isə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Herbert Salber səsləndirib. “Azadlıq” radiosuna müsahibəsində avropalı diplomat Qarabağ münaqişəsi cəbhəsində gərginliyin artması ehtimalının çox olduğunu bildirib: “Əgər problem həll olunmasa, yeni zorakılıq qığılcımının başlanması mümkündür”.
Cəbhədə mövcud olan sakitlik fonunda müharibə qorxusunu ifadə edən təkcə beynəlxalq güc mərkəzləri deyil. İndi Ermənistanda da, tez bir zamanda müharibənin ola biləcəyini proqnozlaşdıranlar var.
Regional Araşdırmalar Mərkəzinin rəhbəri Rimard Kirokasyan hesab edir ki, yaxın zamanlarda Azərbaycan bir neçə rayonu azad etmək üçün hücuma keçə bilər. Kirokasyan Azərbaycanın bu addımlarının qarşısını almaq üçün beynəlxalq birliyin mexanizmlərinin olmadığını bildirir: “Rusiya, Fransa və ABŞ nə qədər güclü dövlətlər olsalar da, münaqişə tərəflərinə təsir mexanizmləri yoxdur”.
Bəli, doğrudan da, tərəflərə real və rəsmi təsir mexanizmləri yox səviyyəsindədir. Əslində, bu, reallıqdır. Amma bu gün Qarabağın başı üzərində Domokl qılıncı kimi asılan müharibə hədəsinin aradan qaldırılmasına yönəldilmiş bəyanatlar Azərbaycanın haqlı davasına qarşı vahid cəbhənin açıldığını bir daha göstərir. İndi Azərbaycan rəsmiləri hansı addımlar atacaqları ilə yanaşı, hansı ritorikanı seçəcəklərini də ciddi götür-qoy etməlidir.
ASƏF Quliyev
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
|