Sement mafiyasıyla niyə bacara bilmirlər? - Müdaxilə zərurəti...
Tarix: 5-07-2016, 09:07 | Çap et
Məşhur lətifəni yəqin xatırlayırsınız. Bina uçur. Tikinti materiallarını bir-bir sorğu edirlər. Növbə sementə çatanda o, bildirir ki, o vaxt orada olmamışam. Azərbaycanını hazırkı sement bazarı elə həmin lətifəni xatırladır. Bakının mərkəzindən çox yox, 30 km araladı əməlli başlı dərəbəylikdi. Hər addımbaşı sement zavodlarıdır. Nə hüquqi ünvanları var, nə də sertifikatları. Nə laboratoriyaları var, nə də hansısa sınaq metodları. Elə bil, orta əsrlərdi. Cəhənnəm zəbanilərini xatırladan bir neçə fəhləni sanki qul bazarından tapıb gətirirmiş kimi işlədirlər. Nə əmək müqavilələri var, nə də hansısa sığortaları. Kimdi bunlar, kimlərin himayəsi altındadır bilinmir. Amma onların istehsal etdiyi sementlər bazarlardadır. Azərbaycan bazarlarında. Azca araşdırma aparsan, məlum olacaq ki, qanuni istehsal fəaliyyəti olmayan şəxslər kisənin üzərində sementin markasını yüksək (400 marka, 500 marka) göstərməklə istehlakçıları aldadırlar. Sement istehsalı üçün dövlət standartları almayan, akkreditasiya edilmiş sınaq laboratoriyası olmayan şəxslərin satışa çıxardığı «yüksək markalı» sement məhsulları istifadə edildiyi sahələrdə ciddi təhlükələrə səbəb ola bilər. Necə deyrələr, günlərin bir günü adi, xırda bir yer tərpənməsi yüzlərlə evi yerə gömə bilər. Kimdi bu istehsalçılar? Və onlar insanları necə aldadırlar? Məsələn, sement bazarında "Garant İnşaat Sənaye” MMC adlı müəssisəyə məxsus "UNİVERSAL” əmtəə nişanlı smentlər var. Amma fiziki şəxs Ağayev Anar Gülağa oğlu tərəfindən təqlid (təkrar) edilərək qanunsuz sement istehsal etməsi və ölkənin əmtəə bazarında satışa çıxarılması, bununla da istehlakçıların hüquqlarının pozulması, aldadılması adi hala çevrilib. Həmçinin başqa bir istehsalçı «AZBETON» adı ilə – rənglər və təsvirlər «AZBENTONİT» adı ilə eyni olan sementi ticarət şəbəkəsinə çıxarıb. Həmin məhsulun kisəsinin rəngləri, üzərində «AZBETON» sözünün şrifti və rəngi müəssisənin «AZBENTONİT» yazısı ilə eynidir. Müəssisənin daimi müştəriləri də bildirirlər ki, «AZBETON» yazılışlı kisənin rəngləri və dizaynı müəssiənin istehsalı olan sementin kisəsinin görünüşü ilə tamam oxşar olduğundan qarışdırılır. Araşdırmalar nəticəsində məlum olub ki, «AZBETON» yazılışlı sementləri «Laçın-1» firması istehsal edir. Firmanın təsisçisi Anar Məlikov adlı iş adamıdır. Bizə çatan məlumatlara görə, bu firmanın sement istehsalı üçün nə standartları, nə də laboratoriyası var. Həmçinin bu firmanın müşayiətedici sənədləri, sertifikatı da yoxdur. Qanunsuz sement məhsullarının istehsalı ilə məşğul olan firma rəhbərliyi keyfiyyətsiz və təhlükəli sementləri vətəndaşlara satmaqla onların hüquqlarını pozur.
Acınacaqlı hal ondan ibarətdir ki, artıq xeyli müddətdir bazarda cövlan edən bu firmanın məhsullarının satışına nəzarət demək olar ki, yoxdur. İddialara görə, firmanın təsisçisi Anar Məlikov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bəzi vəzifəli şəxsləri ilə «anlaşaraq» istehsal etdiyi məhsulları asanlıqla bazara çıxara bilir. Məhz firma rəhbərinin komitənin səlahiyyətli işçiləri ilə ortaq məxrəcə gəlməsi «Laçın-1” firmasının istehsal etdiyi "AZBETON” sementinə Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən uyğunluq sertifikatının verilməsi ilə nəticələnib. Bununla yanaşı, firmanın istehsal etdiyi "AZBETON” sementinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq əmtəə nişanı (№ 002328) verilib. Fikrimizcə, komitənin firmanın istehsalı olan sementə verdiyi əmtəə nişanı və ümumiyyətlə, «Laçın-1» firmasının fəaliyyəti dərindən araşdırılmalıdır. 20 ildir bənnalıqla məşğul olan usta Vaqif Əmirov deyir ki, bir qədər əvvəl bir evdə işləyirdim. “Ev yiyələri “Qaradağ- AA” sementi almışdılar. Ondan işlətdim. Kərpic kərpicə yapışmırdı. Bunu necə, niyə buraxırlar bəlli deyil. Amma ucuz olduğuna görə, çoxu buna qaçır”. Lakin saxta sement istehsalı ilə bağlı yalnız monitorinq keçirməklə kifayətlənmək olmaz. Düzdür, ildə bir neçə dəfə reyd keçirib təqlidçi məhsulları bazardan yığışdırmaq olar. Amma təbii ki, gizli fəaliyyət göstərən təqlidçi firmalar öz işində olacaq, üstəlik reyd nəticəsində onlara dəymiş ziyanı ödəmək üçün daha çox məhsul buraxacaqlar. Hazırda “Qaradağ AA” məhz bu yolu tutub. Müəssisənin bir istehsal dəyirmanı var. Amma oradakı fəhlələrlə söhbət zamanı məlum oldu ki, dəyirman 24 saat işləyir. Sementə qatılmalı olan əsas maddə klinker normadan az vurulur. Bir qədər əvvəl 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə "Qaradağ AA "UNİVERSAL" yazısı olan sement kisələrinin hazırlanması və satışı iş üzrə cavabdeh Ağayev Anar Gülağa oğlu və "Məişət Malları" ASC-yə və digər şəxslərə qadağan edilib. Lakin məhkəmə qərarına əməl edilmir, hələ də bazarda qanunsuz istehsal olunan sement markaları var. Müxtəlif rayonlardan sement bazarındakı problemlərlə bağlı istehlakçı müraciətləri davam edir. İqtisadi İnkişaf Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, hüquq-mühafizə orqanları ölkədə qanunsuz yolla standartdankənar, sertifikatı olmayan sement istehsalı və satışını dayandıra bilmirlər. Əslində, saxta malın istehsalçısı da, istehsal və satış yeri də məlumdur. Azərbaycanda yeganə polipropilen kisə istehsalçısı olan "Məişət Malları" ASC bütün saxta sement mallarının kisələrini Keşlə qəsəbəsində buraxır. "Qaradağ AA "UNİVERSAL" sement kisəsinin hazırlanması və satışına məhkəmə qadağa qoyub. Bazarda isə qadağan olunmuş malın satışı davam edir. Aidiyyəti dövlət qurumları da heç bir tədbir görmür. Rayonlarda qanunsuz sementin satışına yerli məmurlar, bəzi icra orqanlarının rəhbərləri biganəlik göstərir. Ümumiyyətlə, sement istehsalında dövlət orqanlarının nəzarəti sanki yox dərəcəsindədir. Qaradağ ərazisində bütün nəzarət və keyfiyyət standartlarından kənar çoxsaylı sement istehsalı sahələri var. Bazarda tanınmış markaların saxtalarını istehsal edib rayonlara çıxarırlar. Belə çıxır ki, rayonlarda tikintilərin taleyi təhlükədədir. İqtisadi İnkişaf Nazirliyinin müvafiq Dövlət xidməti istehlakçının hüququnu pozan bu qanunsuzluğa qarşı tədbir görmür. Standartlaşmaya və keyfiyyətə nəzarət edən dövlət orqanları bu məsələyə biganədir. Hesab edirik ki, Fövqəladə Hallar Nazirliyi tikintilərin dayanıqlığının zərurətini, istehlakçıların və cəmiyyətin təhlükəsizliyini nəzərə alaraq qanunsuz sement istehsalını dayandırmalıdır. Çünki hər zaman gözlənilməz təbii hadisə baş verə bilər, keyfiyyətsiz sementlə inşa olunan tikintilərin sahibləri, sakinlərin faciəsi ilə üzləşə bilər. GundemXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
|