"Sovetski"nin Səməd İslamovla Cavanşir Yusifov bəlası - Abid Şərifova şikayət
Tarix: 4-07-2016, 09:25 | Çap et
Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küç, ev-98, mən-46-da müvəqqəti yaşayan İsmayılova Ceyran İfit qızı tərəfindən Miq.az-ın redaksiyasına daxil olmuş məktubu olduğu kimi təqdim edirik: Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifova ƏRİZƏ Çox hörmətli Abid Şərifov! Diqqətinizə çatdırmaq istəyirəm ki, artıq 2-ilə yaxındır Azərbaycanda elə qurum, elə təşkilat qalmayıb ki, ora müraciət etməyək, teleqram göndərməyək, ərizə ünvanlamayaq. Amma heç bir faydası olmamışdır. Sizlərin qəbuluna gəlib, dərdimizi söyləyib, haqq xahişimizə Sizdən kömək istəyirik, müdafiə olunmağımızı rica edirik. İnanırıq ki, göz yaşları ilə yazdığımız bu ərizəmizə doğma münasibət bəsləyəcək, 2-ilə yaxın müddət ərzində çözülməyən haqq işimizi öz böyüklüyünüzlə, ədalətli olmağınızla yoluna qoyacaq və 13-nəfərlik ailə üzvlərimizin sevinc və alqışlarını qazanacaqsınız. Hörmətli Abid Şərifov! Yasamal rayonundakı "Sovetski” ərazisindəki ata mülkümüzdə, yəni S.Əsgərova-9/96 ünvanında həyat yoldaşımı 2010-cu ildə itirəndən sonra 13-nəfərlik ailə üzvlərimizin həm atası, həm də anası mən olmuşam. 13-nəfərlik ailə üzvlərimizlə yuxarıda göstərilən ünvanda çətinliklə də olsa birtəhər yaşamış, ata mülkümüzün söküləcəyinə və bizlərə evimizin hər kvadratmetrinə 1500 (min beş yüz) manat pul, kompensasiya veriləcəyinə ümid edərək ömür sürmüşük. Eyni zamanda Möhtərəm Cənab Prezidentimiz İ.Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetindəki 16.04.2012-ci il tarixli müşavirədə sökülən mənzillərin hər kvadratmetri üçün 1500 (min beş yüz) manat kompensasiya ödənilməsinə dair tapşırıq və göstərişləri, Baş nazirin müavini Abid Şərifovun "Sovetski” sakinlərinin mitinqlərində dəfələrlə hər kvadratmetrə 1500 manat kompensasiya ödəniləcəyinə rəsmi söz verməsi və ölkəmizdə fəaliyyət göstərən bütün KİV-lərdə sökülən mənzillərin hər kvadratmetri üçün 1500 manat kompensasiyanın dövlət tərəfindən ödəniləcəyinə dair əlaqədar qurum rəhbərlərinin müsahibələri, vədləri unudulmazdır. Lakin Möhtərəm Cənab Prezidentimizin yuxarıda qeyd olunan müşavirədəki göstəriş və tapşırıqlarının qulaqardına vurulması, şəxsən siz -baş nazirin müavini Abid Şərifovun rəsmi bəyanatlarının bəzi qurumlar tərəfindən unudulması mənim kimi 13-nəfərlik ailə başçısına böyük problemlər yaratmışdır. Belə ki, ata mülkünün 35-kvadratmetrinin hər kvadratmetrinə 1500 manatdan, qalan 110-kvadratmetrinin hər kvadratmetrinə 1000 (min) manatdan kompensasiya ödənilmiş, 13-nəfərlik ailə üzvlərimizi həyatın ümidinə buraxaraq vəzifələrini bitmiş hesab etmişlər. Bu məsələdə 13-nəfərlik ailə üzvlərimizin mülkiyyət hüquqlarını pozan, vətəndaş haqqını tapdalayan məmurlardan biri Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin "əbədi” rəisi Cavanşir Yusifov, ikincisi isə Yasamal RİH-nin nəzdində yaradılmış Köçürülmə Komissiyasının sədri Səməd İslamovdur desəm səhv etmərəm. Adı çəkilən hər iki dövlət məmurları öz mənafelərini həm mənim, həm də dövlət mənafelərindən üstün tutmaqda püxtələşmişlər. Dəfələrlə qəbullarına gedib dərdimə əlac axtarmağıma baxmayaraq, məni kabinetlərindən qovmaqdan çəkinməmişlər və yarıtmazlığı, savadsızlığı ucbatından küçələrə atılan 13-nəfərlik ailə üzvlərimizin taleyinə biganə qalmışlar. Həm Səməd İslamovun, həm də Cavanşir Yusifovun 13-nəfərlik ailəmizə qarşı sərgilədikləri kobud qanun pozuntusuna görə hələ də onlara "gözün üstə qaşın var” deyən tapılmamışdır. Halal haqqımızı mənimsəyən, Möhtərəm Cənab Prezidentimizin sökülən mənzillərin hər kvadratmetrinə 1500 manat kompensasiya ödənilməsinə dair göstəriş və tapşırıqlarına məhəl qoymayan, şəxsən siz Abid Şərifovun mitinqlərdə rəsmi açıqlamalarınız, öhdəlikləriniz və KİV-lərdəki müsahibələrinizi bu günə kimi qulaqardına vuran Səməd İslamov və Cavanşir Yusifov hələ də bizim-13 nəfərlik ailə üzvlərimizin halal haqqını verməməkdə mülkiyyət hüquqlarımızı pozmaqda davam edirlər!!! Elə ona görə də Sizlərin diqqətinə çatdırmaq istəyirəm ki, təməli Mərhum Ümumilli Liderimiz tərəfindən qoyulan hüquqi dövlətimizdə bəzi məmurlar tərəfindən vətəndaşlıq hüquqlarımız pozulur, 13-nəfərlik ailə üzvlərimizlə birlikdə acınacaqlı həyat yaşayır və halal haqqımızı əldə edə bilmirik. Axı Bakı ş. Yasamal r. S.Əsgərova-9/96 ünvanındakı Ata Mülkümüzün hər kvadratmetrinə 1500 manat kompensasiya ödənilsəydi, indi 13-nəfərlik ailə üzvlərimizlə birlikdə çətinliyə düşməz, əlaqədar təşkilat rəhbərlərindən kömək istəməzdik. Ata Mülkünün 110-kvadratmetrinin hər kvadratmetrinə 1000 (min) manat məbləğində kompensasiyanın ödənilməsi qanunsuzluq, rüsvayçılıqdir. Sökülən mənzillər arasında qoyulan belə fərqlər nəyə hesablanıb, deyə bilmərəm. Amma bizim 13-nəfərlik ailə üzvlərimizin halal haqqını mənimsəyənlər qanun qarşısında cavab verməli və vurduqları zərəri dərhal ödəməlidirlər! Hörmətli Abid müəllim! Sizin qəbulunuza gələrək başımıza açılan kobud qanun pozuntularını diqqətinizə çatdırmaqla Sizdən xahiş edirəm, yuxarıda qeyd etdiklərimə əsasən məsələni Şəxsi Nəzarətinə götürməklə halal mənzilimin 110-kvadratmetrinin hər kvadratmetrinə -1500 (min beş yüz) manat əvəzinə 1000 (min) manat kompensasiya ödənilməsinin aradan qaldırılması və bu bu özbaşınalıqları, qanunsuzluqları ailəmizin başına açan Səməd İslamovun, Cavanşir Yusifovun vəzifələrindən sui-istifadə hallarına yol verdiklərinə görə müvafiq qanuni tədbirlər görülməsi üçün əlaqədar orqan rəhbərlərinə göstəriş verəsiniz. Hörmətli Abid Şərifov! Sizə ünvanladığımız məktubdakı problemlərlə bağlı mətbuata müsahibə vermişdiniz. Bildirmişdiniz ki, aparılan söküntü işləri qanun çərçivəsində həyata keçirilir və bəzi vətəndaşların məhkəməyə müraciət etmələri də qanun çərçivəsində həllini tapacaq. Hörmətli Abid müəllim! Bu məktub vasitəsilə məhkəmədən əvvəl sizə müraciət edərək bildiririk ki, hüquqlarımızın qanunla müdafiəsi üçün sizdən kömək gözləyirik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
|