"Azər Süleymanov nəyə xidmət edir: dövlətə, xalqa, yoxsa cibinə???" - nazirə şok şikayət
Tarix: 18-06-2016, 10:22 | Çap et
Bu sözlər neçə gün əvvəl redaksiyamıza zəng edərək dərdini bizə danışan ağcabədili fermer V.Axundovun şikayət məktubundandır… V.Axundov əməkdaşımızla söhbətində olduqca maraqlı məsələlərə toxunub. Sən demə, 2 milyondan çox əhalisi olan qonaqlı-qaralı Bakıda ət və ət məhsullarının bahalığının bir səbəbi həm də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyinin fəaliyyətindəki uyğunsuzluqdur…
«Niyə rayonlarda kq-ı 5-6 manata olan ət Bakı bazarlarında 8-9, bəzən isə 10 manata satılır???»
Şikayətçi fermerin kənd təsərrüfatı naziri Heydər Əsədova ünvanlı şikayətini ixtisarla təqdim edirik (Daha geniş yazı qəzetin 21 iyun tarixli sayında dərc ediləcək): -Cənab nazir! Əvvəlcə ondan başlayım ki, 20 ildən çoxdur maldarlıq və qoyunçuluq təsərrüfatı yaradaraq fəaliyyət göstərirəm. Dövlətdən bir manat da pul almadan… Qoy bu müraciətimi cənab kənd təsərrüfatı nazirimiz kimi Siz Heydər Əsədov oxuyasınız və agah olsun ki, ölkəmizdə bəzi sahələrdə bahalığın, məhsul qıtlığının bir səbəbi də fermerlərə lazımi köməkliyin olmamasıdır. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamları ilə hər il taxılçılara maliyyə yardımı edilir. Mənim qonşu təsərrüfatımda çalışanların güzəranından görürəm ki, bunların çoxu yerlərdə nəzəri xarakter alır, mahiyyətinə gələndə fermerin adına yardım var, özü demək olar yoxdur. Azsaylı adamlara verirlər, amma çoxlarının adına yazılır və… Bunu da qoyuram bir kənara, amma qoyunçuluq və maldarlıq təsərrüfatı yaradanlara isə heç bir kömək yoxdur. Halbuki Azərbaycanlı süfrəsinin bir tərəfində çörək durursa, digərində ət məhsulları dayanır. Biz fermerlərin yem bazası yaratması üçün də kömək lazımdır. Suyu pulla alırıq, yerlərdəki baytarlıq xidmətinin hansı səviyyədə olması da bəllidir… Baytarlar yalnız bazara halal ətimizi aparanda Forma-arayış deyilən bir sənədi verəndə yada düşürlər. Daha doğrusu, onda bizi yad edirlər. Cənab nazir! Özüm ali təhsilli kənd təsərrüfatı mütəxəssisiyəm. Mənim şikayətim konkret olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun komandasının zəif fəaliyyətindən, biz fermerlərin qarşısına süni səd çəkməsindəndir. Əvvəlki rəis Sialə xanımın dövrünü xatırlayıram. Belə deyildi… Televiziyadan gördüm və sonra mətbuatdan izlədim ki, bu ilin iyunun 11-də Kənd Təsərrüfatı Nazirliyində baytarlıq xidmətinin yarıtmazlığına həsr olunmuş iclas keçirilib. İclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanov və onun işçiləri də var idi. Yadımdadır ki, Siz, cənab nazir, iclası açıb dövlətin aqrar sektora göstərdiyi diqqət və qayğıdan danışdınız. Hətta respublikada ərzaq bolluğunun yaradılmasında Baytarlıq Nəzarəti Xidmətinin müstəsna rolu olduğunu dediniz. Amma Sizin bu iclasınızda 5-3 tanınmış fermer də iştirak etsəydi, məlum olacaqdı ki, əksinə, ölkədə ərzaq qıtlığının, bahalığın yaradılmasında Baytarlıq Nəzarəti Xidmətinin rolu az deyil… Bunu bilmək üçün Siz nümayəndələrinizi, amma inandığınız, güvəndiyiniz adamları gecə saatlarında Bakıdakı kolxoz bazarlarına göndərin. Ət və ət məhsullarını paytaxt bazarlarına gətirən biz fermerlərin və ya nümayəndələrimizin başına açılan oyunu, pul alış-verişini, sizin laboratoriya müdirlərinin, baytar həkimlərin hansı hoqqadan çıxdığını, hər bazara aylıq haqqın necə qoyulmasını və s. görəndə, biləcəksiniz ki, Prezident cənab İlham Əliyevin və Sizin bir nazir kimi çəkdiyiniz əziyyətləri necə heçə endirirlər. Məni səmimi qəbul edin, olduğu kimi söyləməyə məcburam, bu yaxınlarda Mikrorayon bazarına ət aparmışdıq, halallıqla kəsilmiş, yetişdirilmiş heyvanlarım idi, uşağıma toy etdirirdim, dedim, niyə qazancı alverçilərin olsun, öz heyvanlarımın ətini özüm satdıracağam. Onsuz da bazarların hər birinin öz ət alverçisi var və biz də onlara təhvil veririk. Amma rayonlardakı mal-qoyun alverçiləri bizdən su qiymətinə alıb Bakıda üzərinə 25-30 faiz pul qoyub satırlar. Bu insafsızlıqdır… Və mən bazarda sizin laboratoriya müdirinin, baytar həkimin sənəd istəməsi bəhanəsi ilə əlimizdəki əti onların adamları olan alverçilərə yarı qiymətinə satdırmaq istəyini görəndə dəhşətə gəldim. Bu barədə eşitmişdim, amma öz gözlərimlə gördüm. Təsəvvür edin, bizdən tələb edirlər ki, bazara keyfiyyətsiz ət gətirilməsin, xəstəlik var və s. Deyirlər ki, arayış gətirin. Axı yerlərdəki baytar oturur başqa yerdə, mən fermer sabah iki mal satıramsa, onu hara dəvət edim, bəlkə mal-heyvanlarımızı onun idarəsinə aparmalıyıq? Hər gün Bakıya minlərlə mal, on minlərlə qoyun-quzu kəsilib daşınır. Mövcud şərait isə diqtə edir ki, hamı aparıb pulunu verib arayışını alsın. Heyvan xəstədir-sağlamdır, kim görür ki. Sonra Bakıdakı bazarların baytar həkimləri də bu tərəfdən. Əgər biz təkrarən bazarlardakıların «bığının altından keçəcəyiksə», daha o forma-arayışlar kimə lazımdır??? 8 km bazarında da eyni mənzərəni görmüşük, tanıdığım fermerlərin bildirdiyinə görə «Yaşıl Bazarda» və «Bakı Mərkəzi Bazar»da, Nəsimi bazarında da elə… Yaxşı biz dərdimizi kimə və necə deyək? Bazar işçiləri də etiraf edirlər ki, hər bazarın öz haqqı var. Hətta guya rəis Azər Süleymanov reyd keçirdir, at əti tutur və s. Bunlar onun rəis təyin edilməsinə hesablanmış görüntülərdir. Cənab nazir! Şikayətimin əsassız olub-olmamasını araşdırmaq üçün tamamilə inandığınız bir adamı bazarlara gecələr göndərin və bundan sonra Sizə məlum olacaq ki, niyə Bakıda ət od qiymətinədir... Söylədiklərimə bir sübut: yuxarıda qeyd etdiyim iclasda, hansı ki, Siz sədrlik edirdiniz, bazarlardakı baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının fəaliyyəti barədə çıxışlar oldu, narazılıqlar dilə gətirildi. Elə həmin iclasda elan olunub ki, işdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə görə 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova, 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilmişdir. Bundan başqa, 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilmiş, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilmişdir. Halbuki birinci şiddətli töhmət rəis əvəzi Azər Süleymanovun özünə verilməli idi… Onun bazarlardakı işçilərinin dilindən deyilənləri eşidəndə təəssüflənməli olmuşam. Bütün bunları yoxlamaq üçün bir fermeri pilot layihəyə cəlb edin, Bakıya ət gətirsin. Görün onun başına nə oyun açılacaq, baytar həkimlər nə hoqqadan çıxacaq… Cənab nazir, inanıram ki, biz fermerlərin il boyu çəkdiyi əziyyəti yüksək qiymətləndirirsiniz. Amma istəyirik ki, zəhmətimiz hədər getməsin, Baş Baytarlıq Xidmətinin rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər İdris oğlu Süleymanovun yaratdığı mövcud durum dəyişsin, onda Bakı bazarlarında qiymətlər 20-30 faiz aşağı düşəcək, bizlərin də gəlirləri çox olacaq. *** Qeyd edək ki, Azər Süleymanov birdən-birə 12.06.2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini təyin edilib, bundan 3 ay sonra (07.09.2015) Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis vəzifəsini icra edən (rəis müavini) vəzifəsinə təyinat alıb. Halbuki ona qədər bu Baş İdarədə (Xidmətdə) çoxsaylı daha təcrübəli işçilər var idi, niyə onlar kənarda qalıb??? Bu tələm-tələsik təyinat nədən qaynaqlanır??? Məsələyə dair rəis əvəzi A.Süleymanovun da mövqeyini öyrənməyə çalışdıq… Təəssüflər olsun ki, onun 562-76-13 iş telefonu zənglərimizə cavab vermədi… Bununla belə, şikayətçinin xahişi ilə Bakının üç bazarında gecə saatlarında baş verənləri canlı görmək üçün reyd keçirdik, araşdırma apardıq… Daha ətraflı yazı təqdim olunacaq və foto və videokadrlar çapa hazırlanır… (Davamı var) «Pravdainfo.org»un Araşdırması
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
|