Çarəsiz qalan vətəndaş prezidentdən kömək istədi - ŞİKAYƏT VAR
Tarix: 4-06-2016, 08:41 | Çap et
Redaksiyamıza Xəzər rayonunun Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızının dövlət başçısına, respublikanın güc strukturlarının rəhbərlərinə və surəti «Təzadlar» qəzetinə ünvanlanmış şikayət məktubu daxil olub.
Şikayətçi yazır: «Dələduzluğa görə əvvəllər məhkum olunmuş keçmiş bələdiyyə işçisi Mətanət Əkbərova həyat yoldaşım Ağasadıq Əliyevin etibarından sui-istifadə edərək aldatma yolu ilə külli miqdarda pulunu ələ keçirib, eyni zamanda mənim adıma olan torpaq sahəsinin sənədlərini baxmaq adı ilə alıb və bu günə kimi geri qaytarmayıb. Keçmiş bələdiyyə işçisi M.Əkbərovanın dələduzluğu barədə Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi surətdə şikayət etdim, lakin polis əməkdaşları məsələyə biganə yanaşırlar. Çünki Bakı Şəhər Baş Polis İdarəsində faktla bağlı ilkin araşdırma, nədənsə, hələ ki dayandırılıb. Bir müddət araşdırma aparılsa da, heç bir nəticə əldə edilməyib. Səbəbi isə bizə məlum deyil. M.Əkbərova deyirmiş ki, nə istəyirlər etsinlər, bu ölkədə ona heç kim heç nə edə bilməz, çünki əli böyüklərin ətəyindədir. Deyəsən, həqiqətən də belədir. Çünki Bakı Şəhər Baş Polis İdarəsinə etdiyim şikayətdə adı keçən nə Mətanət Əkbərova, nə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi Faiq Məmmədov, nə də əvvəllər “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində hüquqşünas işləmiş Sarvan Abbasov barəsində heç bir tədbir görülmür. Faktla bağlı heç kimin ifadəsi alınmır, əksinə, onları müdafiə edərək, istintaqdan yayındırırlar. Ona görə də bu yaxınlarda Baş Prokurorluğun əməkdaşı Bəxtiyar İsgəndərovun qəbulunda oldum və istintaqın gedişindən narazılığımı bildirdim. Çünki kifayət qədər sübutlar olmasına baxmayaraq, istintaq orqanı cinayətin əsl iştirakçısının məsuliyyətə cəlb edilməsinə maraq göstərmir, əksinə, onun məsuliyyətdən kənarda saxlanılmasına çalışırlar. Şikayətimi diqqətlə dinləyən B.İsgədərov araşdırmanın nəzarətə götürüləcəyini bildirdi». Sonda şikayətçi ölkə rəhbərliyindən xahiş edir ki, məsələnin obyektiv araşdırılması üçün dövlət orqanlarına göstərişlər versin: “Çox təəssüf ki, bəzi məmurlar və vəzifəli şəxslər reallığı dərk etmirlər. Qanunun keşiyində dayanmalı olan, lakin vəzifələrindən sui-istifadə edərək qanunları şəxsi maraqları naminə pozmağa vərdiş etmiş şəxslər özlərinin qanun qarşısında cavab verməli olacaqlarını anlamırlar. Bu gün sizin qanunsuzluqlara qarşı qətiyyətli və barışmaz mövqeyinizi, gördüyünüz tədbirlərin nəticələrindən ibrət dərsi götürmürlər. Hörmətli cənab prezident! Sizdən xahiş edirəm, şikayətimin obyektiv araşdırlması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verəsiniz”. *** Qeyd edək ki, 2010-cu ildə ölkə başçısının sərəncamı ilə Buzovna qəsəbəsi ərazisində dairəvi yolun çəkilməsi ilə bağlı bəzi həyətyanı sahələr plana düşüb. Dövlət Reyestr Xidmətində “GPS” ölçmələri ilə F.Quliyevanın həyat yoldaşı Ağasadıq Əliyevin adına olan 10 sot torpaq sahəsi də qeydiyyata alınıb. Bundan sonra Xəzər rayon İcra Hakimiyyətinin Buzovna nümayəndəliyində torpaqlara dair pulların vətəndaşlara verilməsi üçün komissiya yaradılıb. Onlar həmin komissiyaya müraciət edib. Komissiyadan onlara 72 min manat pulun ayrıldığı bildirilib. Komissiyanın sədri olan keçmiş qəsəbə sovetinin Kamal adlı işçisi onların sənədlərini 6 ay özündə saxlayıb və sonra da özünə qaytarıb. Sənədləri geri alıb qayıdanda Buzovna bələdiyyəsinin işçisi Mətanət Əkbərova F.Quliyevanın həyat yoldaşı Ağasadıq Əliyevlə rastlaşıb və plana düşən torpağın pulunu almaqda onlara kömək edəcəyini deyərək sənədləri istəyib. F.Quliyevanın sözlərinə görə, 2011-ci ildən onların sənədləri Mətanət Əkbərovadadır. Aidiyyəti orqanlara şikayət edəndən sonra Mətanət Əkbərova onlara bildirib ki, məhkəməyə müraciət etmək lazımdır. Onlar 13.06.2013-cü il tarixdə məhkəməyə müraicət ediblər. 7 ay məhkəmə davam etdikdən sonra Mətanət Əkbərova bildirib ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədov deyib ki, sənədləri məhkəmədən geri götürsünlər, pullarını ödəyəcək. Beləliklə, məhkəmə işə baxmadan sənədləri geri qaytarıb. F.Quliyevagilin xəbəri olmadan məhkəməyə verilmiş ərizələrdə əlavə dörd nəfərin də adı ortaya çıxıb. Mətanət Əkbərova onlara bildirib ki, “Azəryolservis” belə bir şərt qoyur: alacaqları məbləğin 50 faizi onların, 50 faizi torpaq sahiblərinin olacaq və onun adamı olan Abbasov Sarvan Yusif oğluna pulun alınması üçün etibarnamə vermək lazımdır. Torpaq pulunu almayan 7 nəfərdən 4 nəfəri bu şərtlə razılaşıb, qalan üç nəfər isə razılaşmayıb. F.Quliyevagil Sarvan Abbasova pulların alınması üçün etibarnamə verib. Məhkəmədən sənədlər geri götürüləndə 7 nəfərin sənədlərinə qatılmış tanımadıqları dörd nəfərin də sənədi olub. F.Quliyevagilin torpaqlarının çertyojlarının üzü çıxarılaraq həmin dörd nəfər üçün də təsdiq edilib. Həmin dörd nəfər də Sarvan Abbasova etibarnamə verib. Əslində, Xəzər rayonunda fəaliyyət göstərən 7 saylı Notariat Kontorunun verdiyi həmin etibarnamələr və sənədlər saxta olub. Onu da əlavə edək ki, A.Quliyevanın yazdığına görə, Mətanət Əkbərova ondan məhkəmə gedən ərəfədə 1000 manat pul da alıb, deyib ki, məhkəmə xərclərinə lazımdır. F.Quliyevagil yenidən şikayət edəndə Mətanət Əkbərova 2014-cü il oktyabrın 3-də, axşam saat 19:00 radələrində onlara gələrək, 30 min manat verib və oktyabrın 5-də də qalan pulu verəcəyini deyib. M.Əkbərova 30 min manatı F.Quliyevaya verəndə qəbz də verib və öz əl xətti ilə yazıb ki, ona 42 min manat borcu qalıb. Və imzası ilə təsdqiləyərək gedib. Lakin o vaxtdan bu günə kimi F.Quliyeva torpaqları üçün ayrılan pulu ala bilmir. Şikayətdə adı çəkilən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|