Doğurdan da Mikayıl Cabbarova diplomu Misir Mərdanov verib... - Əks halda...
Tarix: 16-05-2016, 08:28 | Çap et
DİA.AZ: - Bir neçə gün əvvəl keçmiş təhsil naziri Misir Mərdanov indiki təhsil naziri Mikayıl Cabbarov barəsində bir "fərəh dolusu" açıqlaması ilə diqqətə gəldi. Belə ki, müsahibəsində sabiq TN şefi bildirirdi ki, Mikayıl Cabbarova diplomu özü verib. Yəni sanki bu hadisə qürurverici bir məqam imiş...
DİA.AZ bildirir ki, aşağıda açıqlanan faktlar əslində Misir Mərdanovun haqlı olduğunu təsdiqləyir. Yəni gənc nazirimiz həiqəqətən də Misir Mərdanovun "əlindən su içib". Belə olmasaydı, ən azından bu vaxta qədər əskidən qalan bərbadlıqların aradan qaldırılması üçün ən azından yerindən tərpənərdi. Beləliklə...
Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyevin rayon təhsilindəki acınacaqlı durumla bağlı DİA.AZ-ın elektron ünvanına göndərdiyi yazıda şok faktlar açıqlanır. Bu faktları oxuduqca təhsilin acınacaqlı durumu haqda təsəvvür yaranır. İddiaların nə qədər gerçək olub olmadığını deyə bilmərik, sadəcə DİA.AZ olaraq qarşı tərəfin də öv mövqeyini dərc etməyə hazır olduğumuzu bildirir və məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 15-də keçirdiyi iclasında rüşvət və korrupsiya məsələsinə bir daha toxundu. Ölkə başçısı bildirdi ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcək: “Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik”.
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov isə hər məktəbdən aylıq 300-500 manat haqq toplayır….. Lənkəran Şəhər Təhsil Şöbəsi korrupsiya sahəsində rekorda imza atmağa hazırlaşır. Müdir müavini Güloğlan Bağırov üçün hər məktəbdən yığılan aylıqlardan söhbət açsaq, yazıq müəllimlərin ağır duruma necə düşdüyü mənzərə tam aydın olar.
Hər ay şöbənin müdir müavini Güloğlan Bağırov üçün irili – xırdalığından asılı olaraq hər məktəbdən, şöbənin tabeliyindəki məktəbdənkənar müəsissələrdən 200 – 500 AZN məbləğində pul toplanılır. Rayon üzrə 92 belə müəsissənin olduğunu nəzərə alsaq, bu xeyli vəsait edir. Şəhər təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırova isə çatacaq haqqın məbləği və ona verilməsi səhnəsi bir qədər fərqlidir. Müdir müavini üçün rayon üzrə adıçəkilən 92 müəsissədən hər ay yığılan 20 – 50 manat civarında pul zərfin içərisinə qoyularaq məktəb direktoru və yaxud, onların ayırdığı şəxs tərəfindən G. Bağırova kabinetində təqdim edilir. Pulu alarkən müdir müavini öz hərəkətinə “halallıq” çaları verməyi də unutmur. Bu zaman gülümsənən şöbə müdiri, pulu ona təqdim edənə “Allah əvəzini versin. Allah səninçün də yetirsin” ifadələrini işlədərək jestini edir.
Bu insan başa düşmür ki, ona verilən pul rüşvətdir və müəllimlərdən yığılır. Məktəb rəhbərliyinə Allah tərəfindən bunun əvəzinin verilməsi üçün isə direktor mütləq yığımın məbləğini artırmalıdır. Xatırlatmaq yerinə düşərdi ki, Güloğlan Bağırovun idarə etdiyi xarici markalı avtomobil çox bahalı, 30 – 50 manat civarındadır. Yəqin ki, şöbə müdiri öz halal zəhməti ilə bunu ala və saxlaya bilməzdi.
Daha bir məlumatda göstərilir ki, ötən ilin noyabr ayında şəhər təhsil şöbəsini yoxlayan Hesablama Palatasının fəaliyyəti uğurlu alınıb. Yoxlamanın ilk günündə təhsil şöbəsində xeyli nöqsan aşkarlayan müfəttişlər sonda razılığa gələ biliblər. Beləliklə, rayon üzrə irili – xırdalığından asılı olaraq hər bir məktəbdən şöbə müdirinin göstərişi ilə, 3000 – 8000 (hər müəllimdən 30-50 manat) civarında pul toplanaraq qonaqlar yola salınmışlar Kənd müəllimi Rövşən Əliyev deyir ki, Lənkəran rayonun təhsil şöbəsində maliyyə yoxlaması gedir:
“Lənkəranda müəllimlərin hamısından pul yığırlar. Normalda 20 manat alırlar. Eləsi var ki, ondan 70 manat alırlar. Yoxlama aparırlar. Guya 60 min əskik çıxıb. Məktəblərin direktorlarından tələb edirlər, direktorlar da müəllimlərdən yığırlar. Kənd məktəblərindən 2 min, şəhər məktəblərindən 10-15 min…” Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov attestatları 500 manata satır. Lənkəran ŞTŞ-nin 4-saylı məkəbində baş tutan attestat alveri valideynlərə 500 manata başa gəldi. Rayon rəhbərlərinin adını hallandıran Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov kimə güvənir? 12-13-14 may 3(üc) gün davam edən bu imtahan hətta bəzi valideynlərə 800 yuz manata başa gəldi. Bala-Şürük, Avrora, Mağanojba, Girdəni, Liman 2, Ürgə, Boladi, Darquba,1,2,3,4,5,6, 8 saylı, Qurumba, Şovu, Lənkəran şəhər 1, 2, 3, 4,5, 6, 7, 9,10 saylı, Sütəmurdov, Velədi orta məktəblərinin direktorlarını çağıraraq kənd məktəblərinin direktorlarından əlavə pul yığıb. Lənkəranda 90-a qədər ümumtəhsil məktəbi fəaliyyət göstərir. Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov ücün attestatlara görə 500 manat pulu orta məktəblərinin direktorları yıgır”.
Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|