Fazil Məmmədovun nəhəng biznes imperiyası - İlginc iddialar
Tarix: 16-03-2016, 09:30 | Çap et
Şəmkir şəhərində yeni iri şirkət qurulub. Buradakı 13 şirkət «Comas» MMC-yə qoşulmağa qərar verib.
Beləliklə, bölgədə «AtaHolding», «Synergy Group» və «Shamkir Capital Group» kimi nüfuzlu şirkətlər qruplarından sonra sayca dördüncü yeni iri şirkət yaranıb.
Sözügedən 4 qrupun “gizli tellər”lə bir-birinə bağlanması diqqət çəkir. AzadlıqRadiosu məsələni araşdıraraq, “kələfi” çözməyə çalışıb.
Xalq şairinin adını daşıyan küçədə 100-dək şirkət qeydə alınıb
2013-2014-cü illərdə qurulan və ilk ünvanı Bakı şəhərində iş mərkəzi kimi tanınan Süleyman Rüstəm küçəsi, ev 9 olan 13 şirkət («AS Brand», «Asset Mart», «Blossom Pact», «Platek Mart», «Relt Mart», «Relt Pact», «Dekot Capital», «Trade Alliance», «Trade Company», «Trade Concept» və «Trade Integration» MMC-lər, eləcə də Şəmkir dəri emalı zavodu və «Xəzər-Petrol» MMC) “təsisçinin qərarı ilə” «Comas» MMC-nin çətiri altında birləşib.
Qəribədir ki, kommersiya yönümlü hüquqi şəxslərin dövlət reyesrtində olan məlumata görə, ləğvetmə dönəmini yaşayan bu şirkətlər indi “başsızdır”. Başqa sözlə, ləğvetmə prosesini aparacaq bir kimsə yoxdur.
“Süleyman Rüstəm, 9” ünvanı yuxarıda sadalanan holdinqlərə daxil olan çoxsaylı şirkətlərin də “evidir”.
Təxmini hesablamalara görə, indiyədək burada ölkə iqtisadiyyatının müxtəlif sahələrində tanınan 100-dək şirkət qeydə alınıb. Onların bəzisi artıq ləğv edilərək fəaliyyətini dayandırıb.
“Vergi xəbərləri”nin redaktoru?
Açıq mənbələrdə «Comas» MMC-yə qoşulan şirkətlərin bir çoxu haqqında məlumat verilmir.
Təkcə bu məlumdur ki, onların hamısı Şəmkir şəhərində “Heydər Əliyev prospekti,17”-ni özünə ünvan seçib. «Xəzər-Petrol»-un çoxsaylı yanacaqdoldurma məntəqəsinə sahib olduğu, «Dekot Capital»-ınsa təkistifadəlik şprislər istehsal edən zavodun inşasına sərmayə qoyduğu bildirilir.
Amma zavodun harada qurulduğu, eləcə də indiki fəaliyyəti “qatı dumana bürünüb”.
«Comas» MMC-ni 2009-cu ilin yanvarında 10 min manat kapitalla Səid Hüseyn oğlu Əliyev qurub. O, 1 faiz payla «Synergy Group»-da da təmsil olunur.
Səid Əliyev barədə az məlumat var. Onun bir neçə il öncə “Azərbaycanın vergi xəbərləri” aylıq jurnalına redaktorluq etdiyi bilinir.
“Təsisçilər eyni adamlardır”
«Synergy Group»-un ictimaiyyətlə əlaqəlar meneceri Ayxan NəsibliAzadlıqRadiosuna deyib ki, «Synergy Group»-la «Shamkir Capital Group»-un təsisçiləri eyni adamlardır. Hər iki qrupun Müşahidə Şurasının üzvləri də eyni şəxslərdir.
Mətbuatda «AS Master» MMC təsisçisinin «Trade Market» MMC-yə qoşulmaq barədə qərar verməsi də açıqlanıb. «Synergy Group» bildirir ki, «Trade Market» MMC Şəmkirdə ən iri alış-veriş mərkəzi sayılan “WestGate” ticarət cərgəsini idarə edir. Əsasən, brend malların satıldığı bu ticarət mərkəzi Synergy-yə məxsusdur.
Ayxan Nəsibli «AS Master» MMC-nin sərnişin daşımaçılığı ilə (taksi və avtobus) məşğul olduğunu və «Shamkir Capital Group»-a daxil olduğunu söyləyib.
Azərbaycanın tanınmış şirkətlərinə sahiblik edən Səid Əliyev və Əşrəf Kamilov (o, həm də «AtaHolding» MMC Müşahidə Şurası sədrinin birinci müavini və «AtaBank» AS Müşahidə Şurasının sədridir) təvazökarlıqdan, işin çoxluğundan və ya başqa səbəbdən hələ bir dəfə də media önünə, o sıradan kamera və mikrofon qarşısına çıxmayıblar. Həm «Comas» şirkətinə, həm də «Trade Market»-ə eyni şəxs (Cəbrayıl Quliyev) başçılıq edir. Onun bunadək «Synergy Group»-a daxil olan «Synac» MMC-nin «Kids Academy» uşaq təhsil mərkəzinə direktorluğu bu üç qrupun möhkəm əlaqələrindən xəbər verir.
“Bir ailə” təsəvvürü yaradan şirkətlər
Ümumiyyətlə, bu şirkətlər sanki “bir ailə” təəssüratı bağışlayır.
Məsələn, «Shamkir Capital Group» MMC İdarə Heyətinin sədri İlkin Quliyev bu vəzifədə Fərid Hüseynovu əvəzləyib. İ. Quliyev bunadək «Blossom Pact», «Platek Mart», «Relt Mart», «Relt Pact», «Synergy Technic» və başqa şirkətlərə rəhbərlik edib. F. Hüseynovsa “rotasiya qaydasında” indi «Synergy Group» MMC-nin və qrupa daxil olan «Caspian Development Bank» ASC-nin müşahidə şuralarının üzvlüyünə təyin edilib.
Şəmkirdə özəl sahibkarlıq sahəsində baş verənlər bununla bitmir.
«Capital Partners» MMC-nin ləğvi də olay sayıla bilər. İlk məkanı “S.Rüstəm, 9” olan, sonradan digər şirkətlər kimi ünvanını Şəmkirə dəyişən bu şirkətin rəhbəri Səid Əliyev, təsisçisi isə «CAPITAL ESTATE» MMC-dir.
İnvestisiya şirkəti kimi fəaliyyət göstərən «CAPITAL ESTATE» 2012-ci ildə «Caspian Estate» adı ilə yaranıb.
Şirkətin təsisçilərindən biri Səid Əliyevin özüdür. Onun şəriki də bir başqası deyil, elə «Synergy Group»dakı Əşrəf Kamilovdur. Bu şirkətə növbələşməklə gah Səid Əliyev, gah da Əşrəf Kamilov rəhbərlik etsələr də,
indi onun direktor vəzifəsi boşdur. «CAPITAL ESTATE» MMC-yə aid «Praslin» şirkətinin keçən ötən ilin iyununda ləğvinə qərar verilib. Hazırda bu investisiya şirkəti fəaliyyəti ictimaiyyətə bəlli olmayan, ən azı, 3 şirkətə («Norfolk», «Nerka» və «Burqaz» MMC-lər) sahiblik edir.
Yenə həmin ikili rəhbərdir… Şəmkir rayon İcra Hakimiyyəti bildirir ki, indi «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC bu rayonda “lövbər salmaqdadır”. Korporasiya «Shamkir Capital Group»a məxsus «Şəmkir Aqropark»da tikinti-quraşdırma işlərində iştirak edəcək.
Bunadək “Akkord” Şəmkirin su-kanalizasiya sisteminin yenidən qurulması işlərini icra edib.
Heç təsadüfi deyil ki, bu korporasiyada da Səid Əliyev və Əşrəf Kamilov ikilisi diqqət çəkir. Maliyyə hesabatlarına görə, ölkədə və onun hüdudlarından kənarda 30-dan çox istehsal, tikinti, əmlak idarəçiliyi üzrə şirkət və müəssisəni birləşdirən “Akkord” korporasiyasına «VIP Estate» şirkəti vasitəsilə Əşrəf Kamilov nəzarət edir. 2010-cu ildə qurulan «VIP Estate» MMC-nin rəhbəri yenə Səid Əliyevdir.
Qeyd etmək lazımdır ki, «VIP Estate» MMC-nin özünün təsisçisi qismində «Solos» MMC çıxış edir.
Qəribədir ki, kommersiya şirkətləri haqqında məlumatların açıq olduğu 2010-cu ildə həmin şirkətin özünün qurucusu barədə məlumat gizli saxlanmışdı.
Bu şirkət zamanında, ən azı, 7 şirkətə “həyat verib”, amma sonradan onların bir neçəsi («Avion», «Balitor», «İnsitat» və «Brainpover» MMC-lər) ləğv edilib.
Niyəsi və necəsi başqa araşdırmanın mövzusu ola bilər.
Media onları tanımır
Azərbaycanın tanınmış şirkətlərinə sahiblik edən Səid Əliyev və Əşrəf Kamilov (o, həm də «AtaHolding» MMC Müşahidə Şurası sədrinin birinci müavini və «AtaBank» AS Müşahidə Şurasının sədridir) təvazökarlıqdan, işin çoxluğundan və ya başqa səbəbdən hələ bir dəfə də media önünə, o sıradan kamera və mikrofon qarşısına çıxmayıblar.
İstiqlal.az xatırladır ki, sözügedən şirkətlərin vergilər naziri Fazil Məmmədovun çətiri altında olması ilə bağlı mediada xəbərlər dolaşır və hələ də bu xəbərlər rəsmi səviyyədə təkzib edilməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|