Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                 

Vidadi Zeynalovla bağlı istintaqa yalan ifadə verən kimdir? - İTTİHAM VAR
Tarix: 16-02-2016, 09:03 | Çap et
Vidadi Zeynalovla bağlı istintaqa yalan ifadə verən kimdir?
Mediada yer alan məlumatlara görə, rektor Ədalət Muradovun israrla tətbiq etdiyi yarıtmaz idarəçilik üsulları bu ali təhsil müəssisəsində bir müddət əvvəl yaranmış gərginliyi getdikcə daha da artırır. İlk növbədə əlbəttə ki, ADİU-da həyata keçirilən rüşvət yığımları tələbələrin və bəzi müəllimlərin ciddi narahatlığına və etirazlarına səbəb olan amil kimi çıxış edir. Universitetin daxilində olan mənbələr də cumhuriyyet.az-a verdiyi məlumatlarda təsdiq edirlər ki, Ədalət Muradovun ADİU-ya rektor təyin olunmasından sonra adıçəkilən təhsil müəssisəsi kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər isə, ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə artıb.

Rüşvət məzənnələri və bir qarşıdurmanın pərdəarxası

Son bir iki il ərzində ADİU-da rüşvətxorluq az qala rəsmiləşdi. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, artıq tələbələr semestrdən semestrə artan rüşvət məzənnəsindən boğaza yığılıblar və hətta universitetdə baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət etmək barədə fikirlər də səsləndirilir. Əldə etdiyimiz məlumata görə 2014-2015-ci tədris ilində ADİU-da dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində “ödənişlər” müəyyən edilmişdi. Digər tərəfdən isə ADİU-ya işə qəbul məsələləri də artıq ciddi korrupsiya əməlləri ilə müşayiət olunmaqdadır. Qeyd etmək lazımdır ki, bu barədə məlumatlar ölkənin bir çox mətbu orqanlarında da yayımlanmaqdadır. Belə ki, bir müddət əvvəl yayımlanmış məlumatada universitetin keçmiş məzunlarından biri tərəfindən ADİU-ya işə qəbul olunmaq üçün müəllimlərdən birinə 4000 manat məbləğində rüşvət verildiyi iddiası irəli sürülmüşdü. Açıqlamalar görə rüşvətin alınması faktı 2014-cü ilin aprel ayında, yəni Ədalət Muradovun rektor təyin olunmasından az sonra baş verib. Öz növbəsində pulu alan müəllim də şikayətçi ilə telefon danışıqları zamanı ona bildirib ki, bütün məbləği birbaşa rektora təhvil verib. Digər tərəfdən də Ədalət Muradovun ADİU-nun keçmiş rektoruna qarşı apardığı antitəbliğat kampaniyası da universitetdə mövcud gərginliyin artmasını stimullaşdırır. Bununla belə etiraf etmək lazımdır ki, müxtəlif instansiyalara Şəmsəddin Hacıyevə qarşı “kompramat” xarakterli məlumatların ötürülməsinə daha əvvəldən başlanmışdı və prosesdə ADİU-nun bəzi əməkdaşlarının da yaxından iştirakı olmuşdu.
Əldə etdiyimiz başqa bir məlumatda Ədalət Muradovun Şəmsəddin Hacıyevə qarşı apardığı kampaniyanın fərqli səbəbləri də diqqət mərkəzinə çəkilmişdi. Mənbə bildirmişdi ki, bir neçə il bundan öncə İqtisad Universitetinin müəllim heyətinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə, məhz Şəmsəddin Hacıyevin təşəbbüsü əsasında “İqtisadçı-2005” MTK şirkəti təsis olunub. Məlumata görə bu şirkət hazırda kifayət qədər rentabelli bir müəssisəyə çevrilmişdir. Ədalət Muradovun Şəmsəddin Hacıyevə qarşı apardığı kampaniyanın daha bir məqsədi də məhz bu şirkət üzərində nəzarəti ələ keçirmək olub…


Prezident sərəncamına sayğısızlıq

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov son zamanlar sensasiya sayıla biləcək şok addımlar atmaqdadır. Aşağıdakı yazıda cumhuriyyet.az olaraq rektorun adına bağlı sensasion faktları diqqətinizə çatdıracayıq. Onu da bildirək ki, yazı tezadlar.az saytında yer alan məlumatlar əsasında hazırlanmışdır. İlk olaraq onu bildirək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun rəhbəri olduğu universitetin adı ilə bağlı atdığı hüquqi addımlar isə artıq siyasi özbaşınalıq kimi də dəyərləndirilə bilər. Belə ki, rəsmi “Azərbaycan” qəzetinin 17 yanvar 2016-cı il tarixli sayında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun imzası ilə ““Thomson Reuters”ə çıxış universitetlərin dünya elminə inteqrasiyasını sürətləndirəcəkdir” başlıqlı məqaləsi dərc olunub… Məqalənin mahiyyəti bizim üçün maraqlı deyil və diqqəti çəkən, narahatlıq doğuran başqa məsələdir. Daha doğrusu, rektor Ədalət Muradovun Prezident İlham Əliyevin onu rector təyin etməsi haqqında imzaladığı 5 mart 2014-cü il tarixli sərəncamına görünməmiş hörmətsizliyidir. Budur, Prezidentin Sərəncamında deyilir:
“Ə.C. Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2014-cü il”.
Bu da Ə.Muradovun məlum məqaləsinin vacib hissəsi: “… Yaxın dövr ərzində UNEC-də “Thomson Reuters”in elmi platformaları da daxil olmaqla, dünyanın əksər nüfuzlu elmi platformalarına elektron qaydada tam çıxış imkanlarına malik, eləcə də rəflərində ən müasir elmi və populyar nəşrlərin olduğu müasir bir kitabxananın açılışının edilməsi planlaşdırılır. Hesab edirik ki, belə bir kitabxananın istifadəyə verilməsi UNEC-də həm tədris prosesinin, həm də elmi fəaliyyətlərin informasiya təminatını köklü şəkildə yaxşılaşdıracaq və UNEC-i dünya səviyyəli universitet olma yolunda bir addım daha önə aparacaqdır.
Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor
Elşən BAĞIRZADƏ, UNEC rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru”.
Göründüyü kimi, Prezident Sərəncamında vəzifəsi “Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru” göstərilsə də, professor Ədalət Muradov rəsmi dövlət qəzetində (həmçinin universitetdaxili əmrlərdə) vəzifəsini “Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor” kimi göstərir.
Biz bu adın mənasını aydınlaşdırmağa çalışdıq. Məlum olur ki, rektor bunu 30-cu ildə bu təhsil ocağında hansısa bir ingilisin olması şərəfinə belə bir ad seçib və bunu beynəlxalq əmtəə nişanı kimi tanıtmaq və təbliğ etmək fikrindədir.
Əcaba, bu ingilisin şərəfi Azərbaycan Prezidentinin Sərəncamından, Azərbaycanın dövlət dilinin mahiyyətindən və nəhayət, milli maraqlarımızdan irəli və şərəflidirmi???

Rektorun adı MTN işində: Vidadi Zeynalovla əlaqələr…

Rektor Ədalət Muradovun adı hallanan digər bir qalmaqallı məsələ MTN işi ilə bağlı həbs olunmuş Vidadi Zeynalovla bağlıdır. Məlumat üçün bildirək ki, Vidadi Zeynalov 1995-ci ildə Bakı şəhər Maliyyə İdarəsində əvvəlcə şöbə rəisi vəzifəsində çalışıb, sonra isə Bakı Maliyyə İdarəsinin rəisi olub… Ta 2000-ci ilədək, yəni Azərbaycan Dövlət İqtisad Universitetinə işə qəbul olunanadək. O, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb, 2004-cü ildən isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib… Bu təyinatda onun MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun böyük rolu olub… Sonradan məlum MTN işi ilə bağlı Vidadi Zeynalovun MTN-də Tədris Mərkəzinin rəhbəri olan qardaşı Vahid Zeynalov da işdən azad olunaraq, istintaqa cəlb olunub. Vidadi Zeynalovun Dövlət İqtisad Universitetinin indiki rektoru Ədalət Muradovla, prorektor, KİV-lərdə adı tez-tez hallandırılan Damət Bağırovla olduqca sıx əlaqələri olub. Bu yaxınlıq onunla təsdiqlənir ki, məsələn, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalov cavan və təcrübəsiz olsa da, universitet Həmkarlar Komitəsinin rəhbəri təyin olunub və hələ də bu vəzifədədir… Pərviz Zeynalov hazırda rektor Ədalət Muradovun və rektor Ədalət Muradovun xüsusi işlər üzrə prorektoru olan Əziz Əzizovun dəstəyi ilə tezliklə dissertasiya müdafiə etmə ərəfəsindədir. Ən maraqlısı budur ki, Vidadi Zeynalov 2004-cü ildə Rabitə Nazirliyinə təyinat alandan sonra da İqtisad Universitetində baş müəllim kimi uzun illər maaş alıb.

Ədalət Muradov Vidadi Zeynalovun qanunsuz maaş almasını istintaqdan niyə gizlədib?

MTN işi ilə bağlı Vidadi Zeynalov həbs olunandan sonra Azərbaycan Baş Prokurorluğunun Baş İctintaq İdarəsi bu qanunsuz maaş alma məsələsinə rəsmi aydınlıq gətirilməsi üçün Dövlət İqtisad Universitetinə rəsmi sorğu da göndərib. Bəs rektor Ədalət Muradov bu rəsmi sorğuya necə cavab verib? Məlumatlardan və real vəziyyətdən belə bəlli olur ki, Azərbaycan Dövlət İqtisad Universitetində MTN işi ilə bağlı həbs olunmuş Vidadi Zeynalovun müdafiəsi ilə bağlı rektor Ədalət Muradov səviyyəsində əməlli-başlı müdafiə sistemi qurulub… Sual yaranır: rektor Ədalət Muradov Vidadi Zeynalovun Rabitə Nazirliyində işləyə-işləyə həm də İqtisad Universitetindən məvacib alması kimi korrupsiya əməlini niyə bütün səyi ilə istintaqdan gizlətməyə çalışır? Dövlət İqtisad Universitetində bilməyən yoxdur ki, Vidadi Zeynalovun doktorluq işi (?) həbsindən az əvvəl məhz rektor Ədalət Muradovun birbaşa rəhbərliyi ilə seminardan keçirilmişdir… Bu isə rektorun himayəsi olmadan mümkün olmayan bir məsələdir.

Prorektor Əziz Əzizov rüşvətlə işdən qovulmuş dosenti hansı yolla işə bərpa etdirib?

Rektor Ədalət Muradovun 28 noyabr 2014-cü ildə imzaladığı 155-//|3 saylı əmri də olmaqla bir neçə sənədin surətini təqdim ediblər. Bu sənədlər sırasında bir neçə əmr də var… Məlum olur ki, Dövlət İqtisad Universitetində Beynəlxalq Münasibətlər fakültəsi vardır və bu fakültədə bir müddət əvvəl görünməmimş bir qalmaqal olub. Belə ki, 4 il kəsiri olan bir neçə tələbə dövlət imtahanına buraxılmışdır. Bu məsələnin üstü açılanda rektor Ə.Muradov bərk qəzəblənib və məcbur olaraq əmr imzalayıb ki, bu fakültədə korrupsiya məsələsi vardır və s. Lakin sehirli çubuq həmin əmrin icrasını gedər-gəlməzə yola salıb.
Bundan başqa, əmrlərdən biri də Dövlət İqtisad Universitetinin MBA (magistratura) direktoru Rövşən Quliyevlə bağlıdır. Lakin yenə də rektor Ədalət Muradovun əmrini niyə sonradan «don vurub», bax bu çoxsaylı suallar doğurur. Həmçinin Dövlət İqtisad Universitetinin «İqtisadi nəzəriyyə-1» kafedrasının dosenti Aydın Bayram oğlu Məmmədovun universitetdə hamıya məlum əməli ilə bağlı rektor Ədalət Muradovun verdiyi əmrin sonrakı taleyi barədə maraqlı faktlar üzə çıxıb…
-Bəs bu qalmaqallı əmr necə yerinə yetirilib?
-Rektor Ədalət Muradovun həmin əmrində nələr etiraf olunur?
-Əmrin icrası kimə həvalə olunub və icrası hansı səviyyədə tamamlanıb?
(Davam var)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru